FİLM-OPERA

сущ. фильм-опера. “Leyli və Məcnun” film-operası фильм-опера “Лейли и Меджнун”
FİLM-NAĞIL
FİLM-TAMAŞA
OBASTAN VİKİ
Opera
Opera (lat. iş, əmək, əsər) — (italyanca — inşa, iş, əmək, məşğuliyyət deməkdir), teatr sənətinin ən mürəkkəb növlərindən biridir. Məzmunu musiqi dramaturgiyası, xüsusilə vokal musiqi vasitəsilə ifadə edilən musiqi-dram incəsənət janrı. Opera, teatr incəsənətinin növüdür, o, özündə rəngarəng bədii vasitələri, solo və xor oxuma ansamblları, simfonik orkestri, təsviri incəsənətinin elementlərini (dekorasiyalar, kostyumlar) birləşdirir. Operanın əsasını libretto təşkil edir. Operanın librettosu nəzmlə yazılır. Operanın vətəni İtaliyadır. O, misteriyaların-dini tamaşaların bir hissəsi kimi yaranıb. Belə ki, misteriyaların musiqili hissəsi opera adlanırdı. İlk dəfə Beverinin "Müqəddəs Pavelin qayıdışı" (1480) dini komediyasında musiqiyə-operaya əhəmiyyətli yer ayrılıb, tamaşa boyu hadisələr əvvəldən sona qədər musiqi ilə müşayiət olunurdu.
Bizim opera (film, 1960)
Bizim opera qısametrajlı sənədli televiziya filmi rejissor Əlihüseyn Hüseynov tərəfindən 1960-cı ildə çəkilmişdir. Bakı Telestudiyasında istehsal edilmişdir. Film M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 50 illiyinə həsr olunmuşdur. Film M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 50 illiyinə həsr olunmuşdur.
Opera Kabusu (film, 2004)
Opera kabusu (ing. The Phantom of the Opera) — 2004-cü il Birləmiş Krallıq və ABŞ-nin birgə istehsalı olan musiqili, romantik, dram filmi. Coel Şumaxer tərəfindən ekranlaşdırılmış film Endryu Lloyd Vebberin 1986-cı ildə yazdığı eyniadlı müzikl əsasında çəkilib. Əsər fransız yazıçısı Qaston Lerunun eyniadlı novellası əsasında yazılmışdır. 1919-cu ildə xaraba qalmış Paris Opera Evində hərrac keçirilir. Hərraca əlil arabasına məhkum qalmış yaşlı Raul, Qraf de Şanyi fars geyimində zərb aləti çalan musiqili meymun oyuncağını alır. Hərrac zamanı o tanış simanı, gənc vaxtı tanış olduğu Madam Jirini görür. Madam Jiri indi daha yaşlıdır. Onların birgə diqqətini isə hərraca çıxarılmış 666 nömrəli lot cəlb edir; bu, yenidən bərpa olunmuş və elektrik naqilləri taxılmış nəhəng tavan şamdanıdır. Bu şamdanı hərrac işiləri yandırarkən ətraf yenidən köhnə illərə qayıdır, teatr öz əzəmətli və yaraşıqlı görkəminə qayıdır və 1870-ci ildə baş vermiş hadisələr yenidən canlanır.
Azad (opera)
Cahangir Cahangirovun "Azad" operası yazıçı Mirzə İbrahimovun 1940-cı illərdə qələmə aldığı İran Azərbaycanında olan kəndli həyatında baş verən hadisələrdən bəhs edən "Gələcək gün" romanı və "Azad qız" povestinin motivləri əsasında yazılmışdır. Opera bu əsərlərin motivlərini özündə təcəssüm etdirir. Cənubi Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda məzlum xalqların mübarizəsi bu operada öz əksini tapmışdır. Mirzə İbrahimovun "Gələcək gün" romanı və "Azad qız" povestinin əsas ideyasını mülkədarların hakimiyyəti altında olan xalqın mübarizəsi təşkil edir. Əsərlərdə mübarizə mövzusu ilə kəndli Xəlil dayının ailəsindəki hadisələr bir-birinə qarışır, qızı Səciyyənin kədərli taleyi təsvir olunur. Səriyyə və onun nişanlısı Ayazın lirik taleyi əsərlərdə mühüm yer tutur. Bu tale yolların əlaqəsi, onların yanaşı mövcudluğu iki janrın, iki başlanğıcın – epik-qəhrəmanlıq və dramatik-lirik janrların uyğunluğundan, son illərin bir çox əsərlərinə səciyyəvi olan janr sintetizmindən xəbər vermişdir. Mirzə İbrahimovun "Gələcək gün" romanının mövzusunda İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur. Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir.
Azərbaycanda opera
Azərbaycan operası — operanın qollarından biri. Azərbaycanda opera sənətinin əsası 1908-ci il yanvarın 12-də (25-də) Üzeyir Hacıbəyovun Hacı Zeynalabdin Tağıyev teatrında səhnələşdirilən və şərq- müsəlman aləminin ilk opera əsəri olan "Leyli və Məcnun"u ilə qoyulmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər milli opera, məhz, Üzeyir Hacıbəyovun – "Şeyx Sənan" (1909, opera), "Ər-arvad" (1909, operetta), "Rüstəm və Söhrab" (1910, opera), "O olmasın, bu olsun" (1911, operetta), "Fərhad və Şirin" (1911, opera) və s. kimi əsərləri sayəsində inkişaf edib. Teatrın binası isə 1910-cu ildə məşhur inşaatçı-mühəndis Bayev tərəfindən tikilmişdir. 1918-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmişdir. Zülfüqar Hacıbəyov ("Aşıq Qərib" 1916), Müslüm Maqomayev ("Şah İsmayıl" 1919), Əfrasiyab Bədəlbəyli ("Nizami" 1948), Fikrət Əmirov ("Sevil" 1955) və digər bəstəkarlar da Azərbaycan opera sənətinə öz töhfələrini vermişlər. Bakıda opera ilk dəfə 1889-cu ilin mayında konsert ifasında səslənmişdir. Bu o zaman Bakıda qastrol səfərində olan D.A.Aqrenyev-Slavyanskinin kapellasının ifa etdiyi A.N.Verstovskinin "Askoldova moqila" operası idi. Lakin bir çox musiqiçilər D.A.Aqrenyev-Slavyanskinin fəaliyyətinin bəzi tərəflərini mənfi qiymətləndirərək, repertuarın qeyri-bərabərliyi, ifaçılıq üslubunda həddən artıq zahiri teatr elementlərinin istifadə olunması haqda tənqidi qeydlərlə çıxış edirdilər.
Bəyazid (opera)
Bəyazid və ya Tamerlan 1735-ci ildə Antonio Vivaldi tərəfindən bəstələnmiş italyan operasıdır. Operanın librettosu Aqostino Pioven tərəfindən yazılmışdır. Əsərin premyerası Veronada, karnaval mövsümündə həyata keçirilmişdir. Opera (kataloq nömrəsi RV 703) üç hissəli simfoniya olan giriş və üç pərdədən ibarətdir. Operanın mövzusu Osmanlı sultanı I Bəyazidin Əmir Teymur tərəfindən əsir götürülməsindən sonrakı həyatına həsr edilmişdir. Məşhur "Sposa son disprezzata" ariyası bu operadandır. Allegro Andante Molto Allegro Bəyazid operası pastiççiodur. Bu Vivaldinin başqa bəstəkarın əsərindən bir parçanı alaraq öz əsərinə uyğunlaşdırmaqda ilk təcrübəsi idi. Bəstəkar özü müsbət personajlar (Bəyazid, Asteriya və İdaspe) üçün ariyaları yazmış, mənfi personajların (Tamerlan, İrene və Androniko) ariyalarını isə başqa bəstəkarların əsərlərindən götürmüşdür. Ariyaların bəziləri isə Vivaldinin əvvəlki operalarında da işlədilmişdir.
Cırtdan (opera)
Cırtdan — bəstəkar Nazim Əliverdibəyovun 1973-cü ildə yazdığı opera. Əsər 1978-ci ilin 25 iyunda Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində göstərilmişdir. Rejissoru Əflatun Nemətzadə olmuşdur. 1980-ci illərdə operanın böyük uğur qazanmağına baxmayaraq, sonralar 20 ildən artıq səhnəyə qoyulmayıb və 2009-cu ilin iyun ayında "Uşaq ili" münasibətilə yenidən bərpa olunub: tamaşanın bədii rəhbəri və dirijoru Kazım Əliverdibəyov, quruluşcu rejissoru Hafiz Quliyev, xormeysteri Sevil Hacıyeva, baletmeysteri Yuliana Əlikişizadə olmuşdur.
Faust (opera)
"Faust" ya "Marqarita" (fr. Faust) — fransız bəstəkarı Şarl Fransua Qunonun 4 pərdəli opera əsəri. Operanın librettosu Jül Barbye, Mişel Karre tərəfindən Yohann Volfqanq Götenin "Faust" dram poemasının birinci hissəsinin süjeti əsasında yazılmışdır. "Faust" operasının ilk primyerası Parisin “Teatr lirik” səhnəsində 19 mart 1859-cu ildə oynanılmışdır. Götenin “Faust” dram-poemasının süjeti əsasında Qunonun opera yazmaq fikiri hələ 1839-cu ildə olmuşdur. Lakin həyata keçirmək 17 il sonra mümkün olmuşdur. Librettonu yazmaq üçün Jül Barbye, Mişel Karre böyük həvəslə razılıq verirlər. Bəstə üzərində iş bitər-bitməz Parisin teatrlarında melodram Faust peyda olur. Sifarişçi rəqabətdən ehtiyatlanaraq operanı tamaşaya qoymaqdan imtina edərək Qunoya yeni bir opera yazmağı təklif edir. Bundan ruhdan düşməyən Şarl Quno operanın üzərində axıra qədər işləyərək bitirir və 19 mart 1859-cu ildə Parisdə səhnəyə qoymağa müfəssəl olur.
Firuzə (opera)
Firuzə — Üzeyir bəy Hacıbəyovun yarımçıq qalmış operası. 1945-ci ildə yaradılırdı. Librettosu Ü. Hacıbəyov tərəfindən xalq rəvayətləri əsasında yazılmışdır. İlkin adı "Şəhrəbanu" idi. Bəstələnmiş musiqi parçaları arasında Firuzənin ariyası xüsusilə diqqətəlayiqdir. Onun musiqisi həzinliyi, şairanəliyi ilə fərqlənir. Bu ariya melodiyasının ifadəliliyi və oxunaqlığına görə bəstəkarın yazdığı ən gözəl opera ariyalarından biridir. Operanın librettosu Hacıbəyovun "Seçilmiş əsərləri"nin I cildində (B., 1964) çap olunmuşdur. Firuzənin ariyası Moskvada (Y. Fidlerin tərcüməsi ilə — 1949; P. Pançenkonun tərcüməsi ilə — 1956) və Bakıda (Ü. Hacıbəyov. "Seçilmiş ariyalar, romanslar və mahnılar" toplusu.
Karmen (opera)
Karmen (fr. Carmen) — fransız bəstəkarı Jorj Bizenin Lüdovik Halevi və Anri Melyakın librettosuna bəstələdiyi 4 pərdəli faciə janrında opera. Operanın librettosunun süjeti Prosper Merimenin eyniadlı novellasından götürülmüşdür. Opera 1874 cü ildə yazılmışdır. Onun primyerası 3 mart 1875 ci ildə Parisdə, “Opera-Komik”də baş tutmuşdur. Lakin opera tam iflasa uğrayır. O dövr üçün müasir sayılan parislilər opera səhnəsindəki çılpaq reallıqları həzm edə bilmir. Paris qəzetləri operanı tənqid atəşinə tutmaqda bir- biri ilə elə bir bəhsə girmişdilər. Sevilya, siqar fabrikinin yanında suvari eskadronu düşərgə salır. Əsgərlər fabrikdə çalışan gözəl qızlarla əylənirlər.
Kodayu (opera)
Kodayu — Azərbaycan bəstəkarı Fərhəng Hüseynovun yapon dilində yazdığı opera. Yapon musiqi tarixində ilk yapondilli operadır. Librettonun müəllifi opera müğənnisi Eyko Aokidir. Rusiya–Yaponiya münasibətlərinə həsr olunmuş opera XVIII əsrdə Rusiyada yaşamış yapon dənizçi Daykokuya Kodayunun həyatı əsasında yazılmışdır 1991-ci ildə Fərhəng Hüseynov bəstəkar kimi Yaponiyada keçirilən "İpək yolu" yarışmasına qatılmış və "Zamanda səyahət" əsərinə görə birinci yeri qazanmışdır. Bundan sonra XVIII əsr yapon dənizçi qəhrəman Daykokuya Kodayu haqqında opera yazmaq təklifini almışdır. Təklif 1990-cı ildə operanın librettosunu yazmış Eyko Aokidən gəlmişdir. Belə ki, o, Rusiya ilə dostluq münasibətlərinin qurulması üçün çalışırdı. Aoki Fərhəng Hüseynova müraciət edərək operanın musiqisinin hamı üçün anlaşıqlı, eyni zamanda orijinal olmasını istəmişdir. Operanın premyerası 1993-cü ilin sentyabrın 7-sində Tokioda yerləşən "Orchard Hall" konsert şəklində baş tutmuşdur. Operanın Rusiyada premyerası 2018-ci ildə Rusiya–Yaponiya qarşılıqlı mədəniyyət ili çərçivəsində baş tutmuşdur.
Koroğlu (opera)
"Koroğlu" — Azərbaycanın böyük bəstəkarı Üzeyir bəy tərəfındən bəstələnmiş beş pərdəlik operadır. Əsərin librettosu Heydər İsmayılov və Məmməd Səid Ordubadi tərəfindən yazılmışdır. Azərbaycanın əfsanələrindən biri olan Koroğlu dastanı, çox məşhurdur. Bu opera Hacıbəyovun yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır. "Koroğlu" operası ilk dəfə 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulub. Bəstəkarın yaradıcılığında kulminasiya mərhələsi olan "Koroğlu" dünya klassik operaları sırasında parlaq nümunələrdən biridir. 5 pərdəli bu operanın libretto müəllifləri H. İsmayılov və M.S. Ordubadidir. Librettonun yaradılmasında Hacıbəyov fəal iştirak etmişdir. Üzeyir Hacıbəyov opera üzərində 1932–1936-cı illərdə işləmiş, ilk tamaşa 1937-ci il aprelin 30-da AOBT-nda olmuşdur.
Metropoliten-opera
Metropoliten-opera (ing. Metropolitan Opera) — Nyu Yorkda, Linkoln mərkəzində yerləşən musiqili teatr. Opera teatrı qısaca olaraq "Met" (ing. Met) adlandırırlar. "Met" görkəmli dünya opera sənələrindən sayılır. 1974 cü ildən teatrın bədii rəhbəri və baş dirijoru Ceyms Livayn olmuşdur. 2013 cü ildən səhətti ilə əlaqədar onu dirijor Fabio Luisi əvəz edir. Opera "Metropoliten opera haus kompani" səhmdar cəmiyyətinə məxsusdur. Varlı firma və şəxslərin subsidiyaları hesabına maliyələnir. Teatr ilin yeddi ayını: sentyabrdan aprelə qədər öz qapılarını tamaşaçıların üzünə açır.
Məzhəkəçilər (opera)
Palyaçolar (it. Pagliacci) — şəxsi libretto əsasında italyan bəstəkarı Rucero Leonkavallo tərəfindən bəstələnmiş, iki pərdəli proloqlu opera. İlk premyerası 22 may, 1892 ci ildə Milanda oynanılmışdır. Operanın “Recitar/Vesti la giubba” (“Çıxış vaxtıdır/qiyafətləri geyinmək vaxtıdır”) ariyası opera aləmində çox məşhurdur. Bəstəkar dediyi kimi uşaqlıq təsuratları əsasında bu operanı Pyetro Maskanyinin məzmunca nisbətən oxşar “Kənd saatı” operasından həvəslənərək yazmışdır. Digər bir fikirə görə operanın süjeti 1887 ci ildə Parisdə görmüş olduğu Katyulya Mendesin pyesi əsasında oynalınan tamaşadan götürülmüşdür. Əhvalat İtaliyanın cənubunda, 1865-1870 ci illərdə Montalto kəndində “Müqəddəs Məryəmin göylərə çəkilməsi” günü (15 avqust) baş verir. Qəflətən orkestrin çıxışının ortasında komediyanın personajı kloun rolunu oynayan Tanino bağlı pərdə önünə çıxaraq tamaşaçılara müraciət edərək operanın yaranma tarixçəsindən danışaraq, müəllifin məqsədinin həyatın özünü göstərmək olmuş olduğunu ərz edir. Kəndə hoqqabaz artistlər təşrif buyururlar. Kəndlilər onları sevinclə qarşılayırlar.
Nabukko (opera)
Nabukko (it. Nabucco) — Cüzeppe Verdinin Temistokle Soleranın librettosu əsasında yazmış olduğu 4 pərdəli opera. Librettosu Bibliya hekayəsi əsnasında yazılmışdır. Əsərin ilk premyerası 9 mart, 1842-ci ildə Milanda, La Skala səhnəsində oynanılmışdır. Verdinin sayca III operası olan Nabukko ona böyük şöhrət qazandırmışdır. Operada yəhudi xalqının əzabkeşliyindən, onların babillilərin əsiri olmasından, sonra isə Babil hökmdarı Nabuxodonosorom tərəfindən vətənlərinə dönmələrinə izin verilməsindən danışılır. Verdi özü qeyd edirdi ki, məhz bu opera ilə o, əsil yaradıcılığa başlamışdır. Bu opera doğrudan da tamaşaçı kütləsi tərəfindən böyük maraq və heyranlıqla qarşılanmışdır. Bir sıra tənqidçilər buna baxmayaraq opera haqqında mənfi rəylərlə çıxış edirdilər. Alman bəstəkarı Nikolay Otto librettonu alan ilk bəstəkar olsa da onun süjetini anlamır və opera yazmaqdan imtina edir.
Natəvan (opera)
Natəvan — Bəstəkar Vasif Adıgözəlovun üçpərdəli operası. Libretto müəllifi naşir, bir sıra kitabların müəllifi və tərtibçisi Nazim İbrahimov, şeir mətnlərinin müəllifi isə Rüzgar Əfəndiyevadır.
Nizami (opera)
Nizami operası — 1939-cu ildə bəstəkar Əfrasiyab Bədəlbəyli tərəfindən yazılmış, şair Nizami Gəncəvinin həyatından bəhs edən tarixi opera. Operanın musiqisi və librettosu Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanının süjet və motivləri əsasında Əfrasiyab Bədəlbəyli tərəfindən qələmə alınmışdır. Operanın premyerası 12 dekabr 1948-ci il tarixində Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur. Əsər 5 pərdə və 6 şəkildən ibarətdir. Operanın çoxpərdəli olması, iştirakçıların və xor ilə kütləvi səhnələrin çoxluğu, sarayda təmtəraqlı səhnələr bir qədər Avropanın opera janrını xatırladan xüsusiyyətlərdir. Əsərdə şəhərin taleyi ilə maraqlanan, Nizami Gəncəvi və mənəviyyatca ona yaxın adamlar öz xeyrini güdənlərə və hakimiyyət hərislərinə qarşı mübarizə aparırlar. Şair nəcib, öz xalqını, doğulduğu şəhəri sevən bir şəxs kimi təqdim olunmuşdur. Əfrasiyab Bədəlbəyli operada xor səhnələrinə geniş yer verib, bu istiqamətin rolu önplana çəkilib. "Nizami" operası Azərbaycanda opera sənətininin inkişafını irəliyə aparan əsərlərdən biri olmuşdur. Əsər mütəxəssislər tərəfindən Azərbaycanda bu istiqamətin tematik janr diapazonu, məzmun yeniliyi baxımından müsbət bir təcrübə kimi dəyərləndirilir.
Opera (brauzer)
Opera — Opera tərəfindən yaradılmış veb brauzer. Opera Blink mühərrikini istifadə edən Chromium brauzerdir. Opera GX — brauzerin oyunçular üçün hazırlanmış versiyasıdır.
Opera (şirkət)
Opera Software — 30 avqust 1995-ci ildə təsis edilmiş və Opera veb brauzerini inkişaf etdirən Norveç şirkətidir. Firmanın tam adı Opera Software ASA-dır. ASA adı Allmennaksjeselskap-dan gəlir. Şirkətin Opera Brauzeri, Opera Neon, Opera GX, Vivaldi, My Opera, Opera Mail və s. məhsulları var. 1995-ci ildə Norveçin Oslo şəhərində yaranıb.
Opera Mini
Opera Mini — mobil qurğular (mobil telefonlar, smartfonlar, fərdi planşetlər) üçün məşhur brauzerdir, Opera Mobile-nin sadələşdirilmiş versiyası. J2ME (həmçinin Symbian, Android, iOS, Bada, Windows Mobile və MeeGo üçün istifadə edilir) əsasında yaradılmışdır, 2005-ci ilin sonunda yaradılmışdır. Opera Software şirkətinin proksi-serveri vasitəsilə işləyir. Brauzer pulsuzdur.2012-ci ilin oktyabr ayına əsasən Opera Mobile və Opera Mini-də 215 milyondan çox istifadəçi qeydə alınmışdır, onlardan — təxminən 193 milyonu Opera Mini-nin istifadəçisi idi.
Opera Mobile
Opera dağı
Opera dağı. (norv. Operafjellet) — Şpitsbergen arxipelaqında (Norveç), Qərbi Şpitsbergen adasında yerləşən zirvə. Zirvənin hündürlüyü 951 metrə çatır. Opeta dağı Andvenfordun qərb sahilində yerləşir. 29 avqust 1996-cu ildə «Vnukov hava yolları» şirkətinə məxsus Tu-154M təyyarəsi hava limanından 3,7 km aralıda Opera dağına çılpılaraq qəzaya uğramışdır. Nəticədə ekipaj üzvü daxil olmaqla 141 nəfər həlak olmuşdur. Bu Norveç tarixində itki sayına görə ən böyük avia qəza olaraq düşmüşdür.
Opera müğənnisi
Opera (lat. iş, əmək, əsər) — (italyanca — inşa, iş, əmək, məşğuliyyət deməkdir), teatr sənətinin ən mürəkkəb növlərindən biridir. Məzmunu musiqi dramaturgiyası, xüsusilə vokal musiqi vasitəsilə ifadə edilən musiqi-dram incəsənət janrı. Opera, teatr incəsənətinin növüdür, o, özündə rəngarəng bədii vasitələri, solo və xor oxuma ansamblları, simfonik orkestri, təsviri incəsənətinin elementlərini (dekorasiyalar, kostyumlar) birləşdirir. Operanın əsasını libretto təşkil edir. Operanın librettosu nəzmlə yazılır. Operanın vətəni İtaliyadır. O, misteriyaların-dini tamaşaların bir hissəsi kimi yaranıb. Belə ki, misteriyaların musiqili hissəsi opera adlanırdı. İlk dəfə Beverinin "Müqəddəs Pavelin qayıdışı" (1480) dini komediyasında musiqiyə-operaya əhəmiyyətli yer ayrılıb, tamaşa boyu hadisələr əvvəldən sona qədər musiqi ilə müşayiət olunurdu.
Opera teatrı
Opera teatrı, opera salonu və ya opera evi — opera tamaşalarının nümayişi üçün istifadə edilən binalara verilən addır. Binaya səhnə, orkestr yeri, tamaşaçı oturacaqları və səhnə arxası xidmət bölmələri (geyimlər və səhnə dekorasiyası üçün) daxildir. Bu binalar bəzi şəhərlərdə yalnız opera tamaşalarına həsr olunmuş binalar olarkən, digər şəhərlərdə isə daha böyük tamaşa sənəti mərkəzlərinin bir hissəsi kimi xidmət edirlər. Tarixdə ilk tanınmış və ictimaiyyətə açıq olan opera teatrı İtaliyanın Venesiya şəhərində yerləşən və 1637-ci ildə açılan Teatro San Cassiano opera teatrıdır. Tarixən təkcə elit təbəqənin deyil, həm də ictimaiyyətin bütün təbəqələrinin operaya maraq göstərdiyi bir ölkə olan İtaliyada bu gün də çox sayda opera salonları mövcuddur.
Opera tortu
Opera tortu (fr. Opéra) — fransız biskvit desertidir. Biskvitlər badamlı olur. Biskvitlər siroplarla isladılır. Bəzən kofe, şokolad kremi və ya şokolad qlazuru ilə isladılır. Larus ensiklopediyasına görə opera tortu-çətin badamlı kofe ilə isladılmış biskvitdir. Tort fransız şirniyyatçısı tərəfindən 1906-cı ildə Lui Klişi tərəfindən Fransada hazırlanmışdır. Bu desert Klişinin ən məşhur şirniyyatıdır. Bəzilərinə görə isə tort 1960-cı ildə Qaston Lenotr tərəfindən hazırlanmışdır. Dİgər bir mülahizəyə görə isə tort fransız operasının şərəfinə Dalloyau şirniyyat şirkəti tərəfindən hazırlanmışdır.