Azərbaycanda opera

Azərbaycan operasıoperanın qollarından biri. Azərbaycanda opera sənətinin əsası 1908-ci il yanvarın 12-də (25-də) Üzeyir Hacıbəyovun Hacı Zeynalabdin Tağıyev teatrında səhnələşdirilən və şərq- müsəlman aləminin ilk opera əsəri olan "Leyli və Məcnun"u ilə qoyulmuşdur.[1][2][3][4] Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər milli opera, məhz, Üzeyir Hacıbəyovun – "Şeyx Sənan" (1909, opera), "Ər-arvad" (1909, operetta), "Rüstəm və Söhrab" (1910, opera), "O olmasın, bu olsun" (1911, operetta), "Fərhad və Şirin" (1911, opera) və s. kimi əsərləri sayəsində inkişaf edib. Teatrın binası isə 1910-cu ildə məşhur inşaatçı-mühəndis Bayev tərəfindən tikilmişdir. 1918-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmişdir.

Azərbaycan musiqisi
Ümumi mövzular
Janrlar
Xüsusi formalar
Milli musiqi
Alt janrlar
Media və təqdim etmə
Musiqi festivalları
Musiqi mediasıMədəniyyət TV
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar
Milli himnAzərbaycan himni

Zülfüqar Hacıbəyov ("Aşıq Qərib" 1916), Müslüm Maqomayev ("Şah İsmayıl" 1919), Əfrasiyab Bədəlbəyli ("Nizami" 1948), Fikrət Əmirov ("Sevil" 1955) və digər bəstəkarlar da Azərbaycan opera sənətinə öz töhfələrini vermişlər.

Bakıda opera ilk dəfə 1889-cu ilin mayında konsert ifasında səslənmişdir.[5] Bu o zaman Bakıda qastrol səfərində olan D.A.Aqrenyev-Slavyanskinin kapellasının ifa etdiyi A.N.Verstovskinin "Askoldova moqila" operası idi.[5] Lakin bir çox musiqiçilər D.A.Aqrenyev-Slavyanskinin fəaliyyətinin bəzi tərəflərini mənfi qiymətləndirərək, repertuarın qeyri-bərabərliyi, ifaçılıq üslubunda həddən artıq zahiri teatr elementlərinin istifadə olunması haqda tənqidi qeydlərlə çıxış edirdilər.[5] İki dəfə 1889-cu ilin dekabrında isə Tbilisi opera artistlərinin qastrol konsertləri olmuşdur.[5] 19 gün ərzində 19 tamaşa göstərilmişdi, onlardan 15-i opera əsəri (11-i qərbi Avropa bəstəkarlarının, 4-ü isə rus bəstəkarlarının əsəri) idi.[5] Tbilisidən orkestr, xor, balet və dekorasiyalarla birgə bütün truppa heyəti gəlmişdi.[5] Tiflis truppası artistlərinin çıxışları çox hərarət və rəğbətlə qarşılandı. O zaman "Kaspi" qəzeti yazırdı:

" Bakıya operanın gəlişi bir daha sübut etdi ki, zəka, duyğu və zövq üçün teatr nə dərəcədə vacibdir.[5] "

Kütlələrin operaya olan marağı heç də Azərbaycan paytaxtı sakinlərinin musiqi zövqünə zidd deyildi.[5] Bütün bunlar gələcəkdə Azərbaycanda opera incəsənətinin təsdiqinə ümid yaradırdı.

1890-cı illərdə Bakının teatr həyatı çox rəngarəng və maraqlı olmuşdur.[5] Buraya çoxlu kollektivlər və artistlər gəlirdilər: Tiflis opera truppası, Peterburq balet artistləri truppası, V.N.Lyubimovun truppası (Dirijorlar - V.S.Plotnikov və B.A.Truffi ilə), məşhur opera müğənniləri - Fedor Şalyapin, Nikolay Fiqner, Yevgeniya Mravina, Anton Vladislavoviç Sekar-Rojanski və digərləri.[5]

Qeyd etmək lazımdır ki, bütün tamaşalar operaların göstərilməsi üçün yenidən təchiz edilmiş sirk səhnəsində keçirilirdi.[5] Artıq 1883-cü ilin 27 noyabrından Hacı Zeynalabdin Tağıyev teatrının açılmasına baxmayaraq, teatrın sahibkarları öz maddi maraqlarını nəzərə alaraq yalnız operetta və dramatik tamaşalara üstünlük verir, opera truppalarını isə dəvət etmirdilər.[5]

XX əsrin ilk yarısı

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

XX əsrin əvvəllərində Şuşada və Bakıda verilən musiqili səhnəciklərin və «Şərq konsertləri»-nin Azərbaycanda milli operanın yaranmasında da böyük rolu olmuşdur. Bu faktı bəstəkar Üzeyir Hacıbəyov özü belə təsdiq etmişdir:

" «Leyli və Məcnun» operasının yazılışına mən 1907-ci ildən başladığıma baxmayaraq, bu operanın yaranması fikri məndə hələ 1897-1898-ci illərdə 13 yaşlı uşaq ikən, doğma Şuşa şəhərində həvəskarlar tərəfindən tamaşaya qoyulan «Məcnun Leylinin qəbri üstündə» musiqili faciəni görərkən oyanmışdı.

Bu tamaşa mənə o qədər dərin təsir etdi ki, mən bir neçə ildən Azərbaycanda xalq musiqisinin, xanəndəlik sənətinin inkişafı «Leyli və Məcnun» operasının meydana çıxmasına, beləliklə, musiqi mədəniyyətimizdə yeni bir mərhələnin başlanmasına imkan yaratmışdır....[6]

"

1900-cü ildən başlayaraq, Bakıya demək olar ki, hər il (1901 və 1913-cü illərdən başqa) opera truppaları gəlirdi.[5] Onlardan ən əhəmiyyətliləri (1904) A.A.Eyxenvaldın (1910) və D.X.Yujinanın (1912) truppaları idi.[5] Bundan başqa, o dövrdə Sankt-Peterburqun Mariinski teatrının məşhur ulduzları - O.İ.Preobrajenski, L.Q.Kyakşt, Y.N.Sedova və b. iştirak etdiyi balet truppasının qastrolları çox nadir hal sayılırdı.[5] 1908-ci il yanvarın 25-də Tağıyev teatrında Üzeyir Hacıbəyovun ilk operası olan "Leyli və Məcnun"-un ilk tamaşası olmuşdur.[7][8] Azərbaycan mədəniyyətin daxilində yaranan bu opera Azərbaycan musiqisində opera janrının formalaşması və təşəkkül tapmasının başlanğıcı idi.[9][10]

1911-ci il fevralın 28-i Bakıda Azərbaycan musiqi mədəniyyəti tarixinə Azərbaycanda musiqi professionalizminin formalaşması və milli opera janrının bünövrəsinin qoyulmasını təyin edən yeni mərhələnin başlanğıcı kimi daxil olmuşdur.[5] Həmin gün sənaye sahibkarları olan Mailov qardaşlarının vəsaiti hesabına mühəndis N.Q.Bayev tərəfindən tikilmiş Böyük opera teatrının binası açılmışdır.[5] O vaxtdan etibarən opera incəsənətində baş verən mühüm hadisələr bu teatrla bağlı olmuşdur.[5]

Üzeyir Hacıbəyov, 1913-cü il

"Leyli və Məcnun" operasının müvəffəqiyyəti Üzeyir Hacıbəyovun yaradıcılığında opera və musiqili-komediya janrlarında fəal çalışmağa sövq etdi.[5][11] Hacıbəyov "Leyli və Məcnun"dan sonra "Şeyx Sənan" (premyerası - 30.11.1909), "Rüstəm və Zöhrab" operalarını (premyerası 12.11.1910-cu il), "Ər və arvad" musiqili komediyasını (premyerası - 24.5.1911), daha sonra "Şah Abbas və Xurşid Banu" o (premyerası - 12.3. 1912), "Əsli və Kərəm" (premyerası - 18.5.1912), "Harun və Leyla" operalarını (1915-ci il) yazsa da, lakin səhnəyə qoyulmadı.[5] Hacıbəyovun ən məşhur musiqili komediyalarından biri, bu günədək bütün dünya teatrlarının səhnələrində tamaşaya qoyulan "Arşın mal alan" musiqili komediyası (premyerası 25.10.1913) oldu.[5] Hacıbəyovun inqilabdan əvvəlki əsərləri içərisində ən çox bu əsər Zaqafqaziya, Orta AsiyaRusiyanın bir çox şəhərlərində tamaşaya qoyulmuşdur.[5] Hələ o zaman "Arşın mal alan" gürcü, rus, tatar, özbək, fars, türk dillərinə tərcümə edilmişdi.[5] Bu musiqili-komediyanın müvəffəqiyyəti, mütərəqqi ictimaiyyətin diqqət mərkəzində olan "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid Banu" operaları və "O olmasın, bu olsun" musiqili komediyası ilə yanaşı geniş dinləyici auditoriyasını musiqili-səhnə incəsənətinə daha çox cəlb edirdi.[5][12]

1921-ci ildə təşkil edilmiş Azərbaycan teatrlarının bədii səviyyəsinin yüksəldilməsi üzrə Şuranın üzvü olan Üzeyir Hacıbəyov milli musiqi səhnə incəsənətinin inkişafına böyük köməklik göstərmişdir.[5] 1925-ci ildə Hacıbəyov teatrın yenidən qurulması məqsədilə rus və azərbaycan opera truppalarının vahid bir kollektivdə birləşdirilməsinə imkan yaratmış və bu, hal-hazırda Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əsasını təşkil etmişdir.[5] Üzeyir Hacıbəyovun 1920-30-cu illərdəki geniş şaxəli və dərin mə'nalı musiqi-ictimai fəaliyyəti bəstəkarın opera janrı üzərində işini dayandırmadı.[5] Əvvəlki kimi Hacıbəyovu yenə də opera yazmaq fikri narahat edirdi.[5] 1932-ci ildə o, bilavasitə yeni opera əsəri üzərində işləməyə başladı və bu janrın ən yüksək meyarlarına uyğun gələn əsil milli opera - "Koroğlu"-nu yaratdı.[5] 1937-ci ildə premyerası olan həmin əsər - bəstəkarın yaradıcılıq zirvəsini təşkil etdi.[5]

Eyni zamanda bu dövrdə Müslüm Maqomayev "Nərgiz" operasını (1935), R.M.Qliyer isə "Şahsənəm" operasını yazır.[5] Operaların müvəffəqiyyəti gənc bəstəkarları yeni opera əsərləri yazmağa ruhlandırır.[5] 1940-cı illərdə Niyazinin "Xosrov və Şirin" operası, Cövdət HacıyevQara Qarayevin "Vətən" operası, Əfrasiyab Bədəlbəylinin "Nizami" operası və b. yazılmışdır. 1953-cü ildə Fikrət Əmirovun "Sevil" operası tamaşaya qoyulmuşdur.[5]

1960-cı illər

[redaktə | mənbəni redaktə et]

1980-cı illər

[redaktə | mənbəni redaktə et]

1990-cı illər

[redaktə | mənbəni redaktə et]
˝Leyli və Məcnun˝ muğam operası. Məcnun rolunda Mənsum İbrahimov

2012-ci il noyabrın 10-da bəstəkar Üzeyir Hacıbəyovun ˝Leyli və Məcnun˝ muğam operası ilk dəfə ABŞ-də nümayiş etdirilib.[13] 2017-ci ildə Azərbaycanın musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq rok-opera yazılıb.[14] İki il müddətində ərsəyə gələn "Səyyah Sindibad" adlı əsərin müəllifi bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur.[14]

Azərbaycan operasının janrları

[redaktə | mənbəni redaktə et]

Muğam operası

[redaktə | mənbəni redaktə et]

1908-ci ilin 12 yanvarında milyonçu Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulan ilk muğam operası böyük müvəffəqiyyət qazandı.[15] Bunun əsas səbəbi Azərbaycan xalqının öz teatr səhnəsində milli operanın işıq üzü görməsini səbirsizliklə gözləməsi idi.[15] Bu operada muğam ilə məşhur klassik süjet uğurla birləşdirilmişdi.[15] "Leyli və Məcnun" Azərbaycanın ilk muğam operası kimi tarixə düşmüşdü.[15] Zülfüqar HacıbəyovunAşıq Qərib” (1916), Müslüm MaqomayevinŞah İsmayıl” (1916) operaları bu janrın maraqlı nümunələridir.[16] Bu ənənə XX əsrin ikinci yarısında da bəstəkarlar tərəfindən davam etdirilmişdir. Şəfiqə AxundovanınGəlin qayası”, Cahangir CahangirovunXanəndənin taleyi” operaları bu qəbildəndir.[16] Ramiz MustafayevinVaqif”, Vasif AdıgözəlovunNatəvan” operalarında dövrün görkəmli xanəndələrinin obrazlarını canlandırmaq üçün əsərin musiqi məzmununda muğamlardan istifadə edilmişdir.[16]

Azərbaycan operalarının xronologiyası

[redaktə | mənbəni redaktə et]
Operanın adı Premyera Bəstəkar Özəllikləri
Leyli və Məcnun 1908 Üzeyir Hacıbəyov muğam-operası
Şeyx Sənan 1909 Üzeyir Hacıbəyov muğam-operası
Rüstəm və Söhrab 1909 Üzeyir Hacıbəyov Firdovsinin “Şahnamə” poeması əsasında muğam-operası
Fərhad və Şirin 1911 Mirzə Cəlal Yusifzadə muğam-operası
Şah Abbas və Xurşudbanu 1912 Üzeyir Hacıbəyov muğam-operası
Əsli və Kərəm 1912 Üzeyir Hacıbəyov eyniadlı türk dastanı əsasında muğam-operası
Harun və Leyla 1915 Üzeyir Hacıbəyov eyniadlı ərəb dastanı əsasında muğam-operası
Aşıq Qərib 1916 Zülfüqar Hacıbəyov eyniadlı türk dastanı əsasında muğam-operası
Şah İsmayıl 1919 Müslüm Maqomayev muğam-operası
Nərgiz 1935 Müslüm Maqomayev
Koroğlu 1937 Üzeyir Hacıbəyov aşıq operası
Xalq qəzəbi 1941 Əfrasiyab Bədəlbəyli
Boris Zeydman
Xosrov və Şirin 1942 Niyazi Nizami Gəncəvinin eyniadlı əsəri əsasında
Firuzə 1945 Üzeyir Hacıbəyov yarımçıq qalmış opera
Vətən 1945 Qara Qarayev
Cövdət Hacıyev
Böyük Vətən müharibəsinə həsr olunub
İsgəndər və Çoban 1947 Soltan Hacıbəyov ilk Azərbaycan uşaq operası, Nizami Gəncəvinin İsgəndərnamə poeması motivləri əsasında
Nizami 1948 Əfrasiyab Bədəlbəyli
Sevil 1955 Fikrət Əmirov Cəfər Cabbarlının eyniadlı dramı əsasında
Azad 1957 Cahangir Cahangirov Mirzə İbrahimovun eyniadlı əsəri əsasında
Vaqif 1960 Ramiz Mustafayev Səməd Vurğunun eyniadlı dramı əsasında
Bahadır və Sona 1961 Süleyman Ələsgərov Nəriman Nərimanovun eyniadlı faciəsi əsasında
Xan və əkinçi 1962 Ramiz Mustafayev M. Ə. Sabirin 100 illik yubileyinə bəstələnmiş opera
Ölülər 1963 Vasif Adıgözəlov Cəlil Məmmədquluzadənin eynadlı əsəri əsasında
Tülkü və Alabaş 1964 İbrahim Məmmədov uşaq opera-baleti
Polad 1964 Ramiz Mustafayev Ənvər Əlibəylinin eyniadlı poeması əsasında radio-opera
Tərs keçi 1964 Ramiz Mustafayev Mirzə Ələkbər Sabirin eyniadlı şeiri əsasında birpərdəli uşaq operası
Pişik və sərçə 1964 Oqtay Zülfüqarov uşaq nağıl-operası
Ulduz-qız 1964 Oqtay Zülfüqarov uşaq nağıl-operası
Meşə nağılı 1966 Oqtay Zülfüqarov uşaq operası
Söyüdlər ağlamır 1971 Əfrasiyab Bədəlbəyli Azərbaycan xalqının Böyük Vətən Müharibəsi dönəmində qəhrəmanlığı haqqda
Aygün 1973 Zakir Bağırov Səməd Vurğunun eyniadlı əsəri əsasında
Gəlin qayası 1974 Şəfiqə Axundova Süleyman Rəhimovun eyniadlı povesti əsasında
Aldanmış ulduzlar 1977 Məmməd Quliyev Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" adlı povesti əsasında
Cırtdan 1978 Nazim Əliverdibəyov uşaq nağıl-operası
Xanəndənin taleyi 1979 Cahangir Cahangirov
Qoca Xəttabıç 1979 Zakir Bağırov rus dilində uşaq operası
Nənəmin nağılları 1982 Sevda İbrahimova qədim hind dastanı əsasında ilk Azərbaycan uşaq dastan-operası
Ağ atlı oğlan 1985 Firəngiz Əlizadə muğam-rok-opera
İblis 1987 Oqtay Kazımi H. Cavidin eyniadlı faciəsi əsasında yarımçıq qalan opera
Göyçək Fatma 1988 Oqtay Rəcəbov Azərbaycan xalq nağılının motivləri əsasında cizgi filmi-opera
Hophopnamə 1991 Oqtay Kazımov Mirzə Ələkbər Sabir, Aşıq Abbas Tufarqanlı şeirləri əsasında rok-opera
Balaca Muk 1992 Azər Dadaşov alman yazıçısı V. Qaufun nağılı əsasında caz-muğam uşaq operası [17]
Xeyir və Şər 1994 Oqtay Rəcəbov Nizami Gəncəvinin əsəri əsasında uşaq operası
Nəğməli nağıl 1997 Rəhilə Həsənova uşaq operası
Şən bahar 1997 Cəlal Abbasov A. Axundovanın şeirləri əsasında
Solğun çiçəklər 1997 Süleyman Ələsgərov Cəfər Cabbarlının eyniadlı dramı əsasında
Şəngül, Şüngül, Məngül 2000 Sərdar Fərəcov Mikayıl Müşfiqin eyniadlı xalq nağılını əks etdirən şeiri əsasında uşaq rok-operası
Dədə Qorqud 2000 Oqtay Kazımi eyniadlı xalq dastanı əsasında opera
Natəvan 2003 Vasif Adıgözəlov
İntizar 2007 Firəngiz Əlizadə
Qarabağnamə 2007 Firəngiz Əlizadə
Sənin adın dənizdir 2011 Firəngiz Əlizadə
Atatürk[18] 2016 Oqtay Rəcəbov
Səyyah Sindbad[19] 2017 Rizvan Sədirxanov rok-opera
Xocalı[20] 2018 Nazim Quliyev
Məhsəti[21] 2019 Pikə Axundova
Nəsimi[22] 2024 Siyavuş Kərimi

Görkəmli sənətçilər

[redaktə | mənbəni redaktə et]
Əhməd Ağdamski · Lütfiyar İmanov · Elçin Əzizov
  1. Qarabağlı S. Şərqin 95 yaşlı ilk operası [«Leyli və Məcnun»]. «Musiqi Dünyası», № 1-2, 2003, s.58-61.
  2. Tamaşaçı. Məcnun obrazının traktovkası haqqında. «Ədəbiyyat qəzeti». № 15, 1939, 17 aprel, s.14.
  3. Qubad. Sönməyən şöhrət: («Leyli və Məcnun» operasının tamaşaya qoyulmasının 60 illiyi münasibətilə). 1968.
  4. Ələsgərov S. Layiqli töhfə: (Ü.Hacıbəyovun musiqi əsərləri küliyyatının ilk nəşrinin I cildi. «Leyli və Məcnun» operasının partiturası). «Kommunist», № 284, 1983. 11 dekabr, s.4.
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 Fərəcova, Leyla. "AZƏRBAYCANDA OPERA TEATRI-DÜNƏN, BU GÜN, SABAH?". www.musigi-dunya.az. www.musigi-dunya.az. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2016.
  6. Şuşinski, Firidun. Azərbaycan xalq musiqiçiləri (Yazıçı). Bakı. 1985. (#accessdate_missing_url)
  7. İsayeva S. «Leyli və Məcnun» Türkiyəyə yola düşür. «Avrasiya», 1998, 23 oktyabr, s.8.
  8. "C.Məmmədquluzadə və Ü.Hacıbəyovun pedaqoji fikirləri". Yusif Talıbov, Fərahim Sadıqov, Sərdar Quliyev. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi. Bakı: Ünsiyyət, 2000. - səh. 356.
  9. Hüseynov Ş. «Leyli və Məcnun» operası – 95. «Günay», № 4, 2003, 25-31 yanvar, s. 7,11.
  10. «Xalq qəzeti», № 5, 1998, 8 yanvar, s.7.
  11. Xəlilov R. Füzüli şerinin bəstəkar qardaşı; –İsmayılovoğlu A. «Leyli və Məcnun» məktəbi –Rəsülzadə M.Ə. İki «Leyli və Məcnun». «Ədəbiyyat qəzeti», № 42, 1996, 1 noyabr, s.9-10.
  12. Məcnun köhnədir, ifaçısı təzə:(opera solisti Səfa Qəhrəmanov). «Səhər», № 50, 1994, 5 may, s.4.
  13. "ABŞ-də ilk dəfə "Leyli və Məcnun" operası nümayiş etdirilib". trend.az. trend.az. 11 January 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 may 2016.
  14. 1 2 "Musiqi mədəniyyəti tarixində ilk dəfə rok-opera yazılıb". azertag.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2017.
  15. 1 2 3 4 Hüseynov, Arif. "Gəncləşən "Leyli və Məcnun"". www.anl.az. www.anl.az. 20 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 may 2016.
  16. 1 2 3 "Muğam operalar". enene.musigi-dunya.az. enene.musigi-dunya.az. 2019-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2016.
  17. "Зулейха Байрамова - Детские оперы и балеты азербайджанских композиторов". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-01.
  18. AzərTAc. "Görkəmli bəstəkarın son beş ildəki zəhmətinin bəhrəsi - "Atatürk" operası" (az.). Azertag.az. 24.11.2017. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-15.
  19. Lider TV. "İlk dəfə olaraq rok-opera yazılıb" (az.). Youtube.com. 16.11.2017. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-16.
  20. CBC. ""Xocalı" operası təqdim olunub" (az.). Youtube.com. 26.02.2018. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-26.
  21. AzərTAc. ""Məhsəti" operasının premyerası olacaq" (az.). AzərTAc. 20.08.2019. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-25.
  22. AzərTAc. "Opera və Balet Teatrının təqdimatında ilk dəfə "Nəsimi" operası tamaşaya qoyulacaq" (az.). AzərTAc. 06.11.2024. İstifadə tarixi: 2024-11-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]