Fink

der; -en, -en zo. alacəhrə
fingieren
Finne
OBASTAN VİKİ
Torsten Fink
Torsten Fink (alm. Thorsten Fink‎; 28 oktyabr 1967, Dortmund, AFR) — keçmiş Almaniya futbolçusu, məşqçi. Torsten Fink 28 oktyabr 1967-ci ildə Almaniyanın Dortmund şəhərində anadan olmuşdur. Vətənində "Bavariya"nın heyətində 1997-2006-cı illərdəki çıxışı ilə tanınan Fink 9 ildə 236 matça 10 qol vurub. Yarımmüdafiəçi mövqeyində oynamış Torsten münhenlilərin heyətində 4 dəfə (1999-cu, 2000-ci, 2001-ci və 2003-cü illərdə) Bundesliqanın qalibi olub, 3 dəfə (1998-ci, 2000-ci və 2003-cü illərdə) ölkə kubokunu qazanıb. Bundan başqa, Fink 2001-ci ildə həm UEFA Çempionlar Liqası, həm də Qitələrarası Kuboku başı üzərinə qaldırıb. O, peşəkar futbolçu karyerasına 2006-cı ildə elə "Bavariya"da bitirərək, məşqçiliyə başlayıb. Avstriyanın "Zalsburq" klubunda öncə Lotar Matteus, daha sonra Covanni Trapattoninin köməkçisi işləyib. Torsten 2007-ci ildə 3-cü liqa təmsilçisi "İnqolstadt-04"ə baş məşqçi təyin edilib və 2 il bu komandanı çalışdırıb. 2009-cu il iyunun 9-da isə Bazel klubunun sükanı arxasına keçən Totsten bu postda Kristian Qrossu əvəzləyib.
Finkenşteyn müqaviləsi
Finkenşteyn müqaviləsi — Qacarlar dövləti ilə Fransa arasında bağlanmış saziş. Fransa İngiltərənin Hindistandakı mövqelərinə zərbə vurmaq üçün İranda möhkəmlənməyə çalışırdı. 1796-cı ilin iyulunda Fransanın nümayəndələri Olivye və Brüger Tehrana gəldi. Onlar 1708 və 1715-ci illər Fransa-Səfəvi müqavilələrinin yenidən təsdiqinə nail olmaq və İran-Rusiya münasibətlərinin kəskinləşdirilməsinə çalışırdılar. Lakin bütövlükdə bu missiyanın diplomatik kəşfiyyat xarakteri daşıdığı bildirilir. Fransanın İranda möhkəmlənməsinə yol vermək istəməyən İngiltərə diplomatik fəallığı artırdı və siyasi və ticarət müqavilələri imzalamağa nail oldu. Lakin İngiltərə 1804-cü ildə İranla-Rusiya arasında başlanan müharibənin gedişində üzərinə götürdüyü təəhhüdləri yerinə yetirməkdə ardıcıllıq göstərmədi. Belə bir vəziyyətdə Fransa ilə İran arasında münasibətlər yenidən canlandı. Fətəli şah (1797–1834) 1804-cü ildə I Napoleona məktubla müraciət etdi. Məktub növbəti ilin yanvarında Parisə çatdı.
Folker Finke
Folker Finke (d. 24 mart 1948) - alman futbol mütəxəssisi. Hal-hazırda Kamerun milli futbol komandasının baş məşqçisidir. O, 16 il ərzində "Frayburq" futbol klubuna baş məşqçilik etmişdir. 6 dekabr 2008-ci ildə Yaponiyanın "Urava Red Daymondz" klubu Finkenin baş məqçisi kimi cəlb olunduğu və onunla 2010-cu ilə qədər müqavilə imzalandığını elan etmişdir. 18 dekabr 2010-cu ildə Finke 1 fevral 2011-ci il tarixindən etibarən "Köln"nun yeni idman direktoru kimi fəaliyyət göstərəcəyi barədə mətbuata açıqlama verilmişdir. 27 aprel 2011-ci ildə o, mövsümün sonuna kimi komandaya müvəqqəti məşqçilik etmişdir. 10 mart 2012-ci ildə "Köln" "Herta" üzərikdəki 1-0 hesablı qələbədən sonra qarşılıqlı razılaşma əsasında Finke ilə müqaviləni pozmuşdur. 22 may 2013-cü ildə Finke Kamerun milli futbol komandasının baş məqçisi təyin olunmuşdur. Folker Finke bu vəzifədə kamerunlu futbolçuları 2014-cü ildə Braziliyada keçiriləcək mundiala hazırlamalı idi.
Norman Finkelşteyn
Norman Qari Finkelşteyn (ing. Norman Gary Finkelstein) — yəhudiəsilli ABŞ siyasi elm adamı, yazıçı və professor. O, dünyada Holokost və Fələstin-İsrail münaqişəsi haqdakı fikirləri, mühazirələri və əsərləri ilə tanınır. Onun anası almanların II Dünya müharibəsi dövründə Polşada yaratdıqları həbs düşərgəsində, atası isə Auşvitz həbs düşərgəsidə, almanların II dünya müharibəsi dövründə yəhudiləri saxladıqları və kütləvi şəkildə öldürdükləri ən böyük ölüm düşərgəsində idilər. Atasının almanların əlindən qaçdığı deyilir. Bütün bunlara baxmaraq, Finkelşteyn öz vicdanına sığınaraq yəhudiləri Holokostu bəhanə edərək başqalarına qarşı, xüsusən də günahsız fələstinlilərə qarşı qətlliam və vəhşiliklərdə günahlandırır. 2014-cü ildə İsrailin Qəzzəyə hücumlarına etiraz edib aksiya keçirən zamanı Finkelşteyn və 20-yə yaxın amerikalı polis tərəfindən nəzarətə götürülüb.
Volker Finke