Bitkilər arasında (ot örtüyündə, ağac çətirlərində) yaranan meteoroloji şərait. Bitki örtüyünün növündən, yaşından, sıxlığından asılı olaraq işıqlanma dərəcəsi, küləyin gücü, torpağın, havanın temperaturu və nəmliyi dəyişir. Açıq sahədə bu göstərilən iqlim elementləri kəskin dəyişir. F. bitki örtüyünün iqlimdəyişmə xüsusiyyətini, kənd təsərrüfatı bitkilərinin bitmə şəraitinə və tarlada onları yetişdirmə texnologiyasına əsaslandırmağa qiymət vermək üçün öyrənilir.
Fitoiqlim — bitki örtüyünün yaratdığı iqlim.
== Ədəbiyyat ==
R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Digər lüğətlərdə
FİTOİQLİM
сущ. бот., лес. фитоклимат (особенности атмосферного режима в среде обитания растений)