flanş
flavonoid
OBASTAN VİKİ
Flavinyo
Flavio Aleks Valensio (port. Flávio Alex Valêncio; 27 iyul 1983, Jardin, Matu-Qrosu-du-Sul ştatı, Braziliya) — braziliyalı keçmiş futbolçu. == Həyatı == Flavinyo 1983-cü ildə Braziliyada anadan olub. Gənc illərində futbolla məşğul olan Flavinyo ilk öncə həvəskar klublarda oynayıb. == Karyerası == Peşəkar futbola 2000-ci ildə CENE klubunda başlayan futbolçu 3 ildən sonra Çinə üz tutub. Burada Seonqnam klubunun şərəfini qoruyan futbolçu bir illik fasilədən sonra yenidən doğma komandasına qayıdıb. 2005-ci ildə Sao Paulunu təmsil edən Arasatubaya transfer olub. Ancaq orada da çox davam gətirə bilməyən Flavinyo elə həmin il Paranaya keçib. Bu komandanın heyətində 10 oyunda meydana çıxan yarımmüdafiəçi fərqlənə bilməyib. Bir illik Parana macərasından sonra Aleks Valensio Mineyrusla müqavilə imzalayıb.