folqasız
follikulin
OBASTAN VİKİ
Follikulit
Follikulit tük kisəsinin irinli iltihabıdır. İnfeksiya tək, yaxud çoxlu tük kisələrinin iltihabına səbəb ola bilər. Uzun və qalın tük örtüyü olan dəri nahiyələrində follikulitə daha çox təsadüf olunur. Follikulitin törədicisi qızılı stafilokoklardır. Tük kisəsinin boşalması pozulduqda oraya daxil olmuş mikroblar irinli iltihab törədir. Bədənin müqavimətinin zəifləməsi, vitamin çatmazlığı, mübadilə pozuntuları, üzülmə, xroniki xəstəliklər olanlarda follikulit daha çox əmələ gəlir. Follikulit irinləmiş tük kisəsi ətraf toxumanın qızarmış səthinin qabarması ilə təzahür edir. Qabarmış dəri bərk və ağrılı olur. Tük kisəsinin daxili gərginliyindən tük düşür, yerində şirələnən səth qalır və tədricən çapıqlaşma ilə sağalır. == Müalicəsi == Follikulitin səthi nəmlənmədən qorunmalı və gigiyenik tədbirlərə riayət olunmalıdır.

Digər lüğətlərdə

дефини́ция допива́ться иссрами́ть меню́ переквалифика́ция пощу́пать приболо́тный сире́нька хвости́стый воско́вка забе́ливание изде́рживать карикату́рный опеча́ливаться сле́дом комод сатоха шуя achromatin power loom protocontinent subterranean ventriloquy white book кассирша