Fotoelektrik effekt
Fotoeffekt — işığın təsiri nəticəsində cismlərin özündən elektron verməsi. Bu hadisəni ilk dəfə dahi alman alimi Albert Eynşteyn kəşf etmiş və bu kəşfinə görə Nobel mükafatına layiq görülmüşdür.
Fotoeffekt qanunları fotoeffekt haqqında daha tam təsəvvür əldə etmək üçün qanunauyğunluqlardır.
Fotoeffekt işığın təsiri ilə metalın səthindən elektronların buraxilması hadisəsidir. Bu hadisə xarici fotoeffekt də adlandırılır. Daxili fotoeffekt — işığın təsiri ilə maddədə bağlı elektronların atomdan ayrılaraq sərbəst yükdaşıyıcıya çevrilməsidir.
Stoletov təcrübələri əsasında (xarici fotoeffekt üçün) müəyyənləşdirdiyi qanunauyğunluqlar bunlardır:
Vahid zamanda katodun səthindən çıxan fotoelektronların sayı onun üzərinə düşən işıq seli ilə düz mütənasibdir.
Katoddan qopan elektronların kinetik enerjisi düşən işığın tezliyi ilə düz mütənasib olub, işığın selindən asılı deyil.
Hər bir maddəyə uyğun fotoeffektin qırmızı sərhədi mövcuddur.Fotoeffektin qırmızı sərhədi fotoeffekt yarada bilən minimal tezlikdir,
ν
q
s
{\displaystyle \nu _{qs}}
kimi işarə olunur və
h
ν
q
s
=
A
{\displaystyle h\nu _{qs}=A}
şərtindən təyin olunur. Burada
h
=
6
,
63
⋅
10
−
34
C
⋅
s
a
n
{\displaystyle h=6,63\cdot 10^{-34}C\cdot san}
olub, Plank sabiti,
A
{\displaystyle A}
isə elektronun metaldan çxması üçün lazım olan enerjiyə bərabər olan çıxış işidir.