FOTOSİNTEZ

Bitkilərin, yaşıl yosunların, bakteriyaların və fotosintez edən mikroorqanizmlərin vasitəsilə günəşin şüa enerjisinin üzvi maddələrinin kimyəvi enerjisinə çevrilməsi. Bakteriyaların fotosintezi bakterioxlorofillər, yosunlar və ali bitkilərinki isə xlorofillərin iştirakı ilə gedir. F. sərbəst enerjinin artması ilə gedən və bilavasitə Yer kürəsi orqanizmlərini kimyəvi enerji ilə təmin edən vahid bioloji prosesdir. F. nəticəsində Yer kürəsində hər il 100 mlrd. ton üzvi maddə əmələ gəlir, 200 mlrd. ton SO2 mənimsənilir və 145 mlrd. tona qədər sərbəst O2 ayrılır. F. prosesində karbon qazı ancaq üzvi maddələrin tərkibinə daxil olduqdan sonra reduksiyaya uğrayır.
FOTOSFER
FRAKSİOMETR
OBASTAN VİKİ
Fotosintez
Fotosintez — bitki və bir sıra başqa orqanizmdə gedən işıq enerjisinin kimyəvi enerjiyə çevrilməsi prosesidir. Fotosintez qanunauyğunluqla baş verən bir hadisədir. Bitkinin fotosintez prosesində iştirak edən əsas orqanı yarpağıdır. Ağızcıqlardan yarpağa hava daxil olur və onun tərkibində olan karbon qazından bitki qida kimi istifadə edir. Yarpaq hüceyrələrindəki xloroplastlarda günəş enerjisini udma xüsusiyyətinə malik xlorofil piqmenti olur. Əmici tellərlə torpaqdan su və mineral maddələr udulur və kökün ötürücü boruları ilə gövdəyə, oradan yarpaqlara ötürülür. Günəş enerjisindən istifadə etməklə bitki kimyəvi çevrilmə yolu ilə qeyri-üzvi maddələrdən (karbon qazı və sudan) mürəkkəb üzvi maddələr (şəkər və oksigen) yaradır. Fotosintez zamanı işıqda üzvi maddələrin yaranması ilə bərabər, həm də ətraf mühitə oksigen xaric edilir. Fotosintez etmək qabiliyyəti yaşıl bitkilərin əsas xüsusiyyətlərindən biridir. Qeyri-üzvi maddələrdən üzvi maddə yaradan orqanizmlər avtotroflar adlanır ("autos"-özü, "trofe" - qidalanma).

Digər lüğətlərdə