Bencamin Franklin
Bencamin Franklin (ing. Benjamin Franklin 17 yanvar 1706[…], Boston – 17 aprel 1790[…], Filadelfiya, Pensilvaniya) — ABŞ-nin banilərindən biri, yüksək intellektə sahib olmaqla yazıçı, satirist, siyasi nəzəriyyəçi, siyasətçi, poçtmeyster, alim, ixtiraçı, dövlət xadimi, diplomat və filosof, bir çox peşə, bilik və ölçüyəgəlməz müdrik adam idi. Zamanının öndə gələn intellektuallarından sayılan Franklin, Amerika Birləşmiş Ştatlarının qurucularından biri, Birləşmiş Ştatların müstəqillik bəyannaməsinin müəllifi və imzaçısıdır. Millətin qurucu atalarından biri sayılır. 1783-cü ildə İnqilab Müharibəsinə son qoyan Paris müqaviləsi ilə danışıqlar apardı. Bundan əlavə, "18-ci əsrin ilk vətəndaşı" fəxri adını aldı. Elmdə elektrik və optika sahəsindəki tədqiqatları ilə tanınır. Bir alim kimi o, elektriklə bağlı araşdırmalarına və hələ də Gulf Stream kimi tanınan cərəyanın qrafikini tərtib etdiyinə və adlandırdığına görə Amerika Maarifçiliyi və fizika tarixinin əsas siması idi. Bencamin Franklin ABŞ-nin baniləri arasında yeganə şəxsdir ki, Amerika Birləşmiş Ştatlarının yaranmasında əsas rol oynayan hər üç sənədə imza atmışdır. Bunlar ABŞ İstiqlal Bəyannaməsi, ABŞ Konstitusiyası və 13 Britaniya koloniyasının müstəqillik uğrunda apardığı müharibəni bitirən 1783-cü il Versal sülh müqaviləsidir.