Klaus Fuks
Emil Fuks (tam adı: Emil Yulius Klaus Fuks, alm. Emil Julius Klaus Fuchs; 29 dekabr 1911[…], Rüsselhaym[d], Almaniya imperiyası – 28 yanvar 1988[…], Şərqi Berlin, ADR) — Almaniya fiziki və nəzəriyyəçisi.
== Həyatı ==
Alman teoloqu Emil Fuks və Elza Fuksun ailəsində anadan olmuşdur.
1932-ci ildə Almaniya Kommunist Partiyasına üzv olmuşdur. 1933-cü ildə Fransaya və sonradan İngiltərəyə köçmüşdür.1937-ci ildə Bristol universitetində fizika üzrə fəlsəfə doktoru dərəcəsinə yiyələnmişdir. İkinci dünya müharibəsi başladıqdan sonra, düşmən ölkə vətəndaşı kimi bir il yarım təcridxana düşərgəsində keçirmiş, həmin müddət ərzində digər təcrid edilmiş şəxslərə fikizi üzrə mühazirələr oxumuşdur.
1941-ci ildə uranın böhran kütləsinin müəyyən edilməsi və izotopların parçalanması problemləri ilə məşğul olan Rudolf Payerlsin qrupuna qoşulmuşdur. Elə həmin il Almaniyanın SSRİ-yə qarşı hücuma keçməsindən sonra, Fuks sovet kəşfiyyatçıları ilə əlaqə yaratmış və Britaniya alimlərinin nüvə silahı sahəsindəki məlumatlarını onlara ötürmüşdür. 1943-cü ildə Payerlsin tövsiyəsi əsasında Manhetton layihəsinə üzv olmuşdur.
Payerls Fuks haqqında demişdi: "Mən bilirəm ki Fuks öz mülahizələri əsasında hərəkət edirdi.