Monqolların Fələstinə yürüşü
Monqolların Yaxın Şərq yürüşü (1256-1260) - Hülaku xanın komandanlığı altında, ismailli-nizarilərə, Abbasilər xilafətinə, Şam Əyyubilərinə və Misir məmlüklərinə qarşı yürüş. Yürüşün Yaxın Şərq müsəlmanlarına qarşı olmasında Mərkəzi Asiya nestorian xristianlarının böyük rolu olduğundan bəzən(R.Qrusse, Q.V.Vernadski, L.N.Qumilyov) Sarı səlib yürüşü adlandırılır.
1251-ci ildə Monqol İmperiyasının xaqanı elan edilən Möngkə, Sun İmperiyasına və Yaxın Şərq dövlətlərinə qarşı savaşı davam etdirmək qərarına gəldi. Qəzvin və İranın dağlıq rayonlarının əhalisinin, onlara zərər yetirən ismaillili-nizarilərdən şikayəti bəhanələrdən biri oldu.
Fəzlullah Rəşidəddinə görə, "kafirlərin haqsızlıqlarından ədalət axtaran bir çoxlarının, buğa ilində Mönqkə xaqana şikayətlərinə cavab olaraq, o həmin kafirlərə qarşı öz kiçik qardaşı Hülakunu göndərdi". Azərbaycanda və İranın şimalında yerləşən monqol sərkərdəsi Baycu da ismaillilərdən və Abbasilərdən şikayət edirdi. Mönkge Hülakuya ismaillilərin dağ qəsrlərini dağıtmaq, lor və kürdlərin tabe edilməsini, və tabe olmasa, xəlifənin mülklərini də zəbt etməyi əmr etdi.
Şəmsəddin Cüveyni və onun ardınca Rəşidəddin xəbər verirlər ki, hər ulus Hülaku ordusuna hər on nəfər döyüşçüdən ikisini verməliydi. Lakin bu ancaq, "çox böyük qoşun" anlamında ifadə forması ola bilər, çünki həmin ifadəyə 1246-cı il üçün Cüveynidə, Güyükun İlcidayı ismaillilərə qarşı göndərməsi ilə bağlı, rast gəlmək olar.
15-ci əsr Şəcərət əl-Ətrak (Türklərin şəcərəsi) əsərinin anonim məllifi yazır ki, Mönkge Hülakuya xidmətə yararlı monqolların beşdən birini verdi, və bu 120 min təşkil etdi.