Qara gölün cəngavərləri (film, 1984)
Bakı. 1905-ci il. Neftçilərin fəhlə qəsəbəsi. Dözülməz əmək şəraiti nəticəsində fəhlələr tətil edirlər. Macəra filminin qəhrəmanları hələ kiçik yaşlarından həyatın acısını dadan, çətinliklərlə üzləşən, ağır zəhmətə qatılaşmalı olan uşaqlardır. Onlar da böyüklərlə birlikdə istismarçılara qarşı mübarizədə iştirak edirlər. Film avtobioqrafik xarakter daşıyır.
Film yazıçı Süleyman Vəliyevin "Şor Cüllütü" povestinin motivləri əsasında çəkilmişdir.
Film 1-c kateqoriyaya layiq görülmüşdür.
1)1985-ci ildə Minskdə XVIII Ümumittifaq kinofestivalı
Filmə Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin Diplom və Prizi verilmişdir.