GÖYÜMSOV, GÖYÜMTRAQ, GÖYÜMTÜL
GÖZ
OBASTAN VİKİ
Babək Göyüş
Babək Göyüş (tam adı: Babək Məhərrəm oğlu Göyüşlü; 29 iyun 1957, Əmirxeyir, Krasnoselsk rayonu) — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004–2013) == Həyatı == Babək Göyüş 1957-ci il iyunun 29-da Qərbi Azərbaycanda, Çəmbərək (Krasnoselo) rayonunun (Qaraqoyunlu mahalı) Əmirxeyir (ermənilər 1988-ci ildə adını dəyişdirərək Kalavan qoyub) kəndində anadan olub. Gölkənd orta məktəbini 1974-cü ildə bitirdikdən sonra həmin il Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Həmin fakültəni 1979-cu ildə qurtardıqdan sonra üç il Lənkəran rayonunun Marso qəsəbəsində müəllimlik fəaliyyətinə başlayıb. Bu ərəfədə rayonun "Leninçi" (hazırda "Lənkəran") qəzetinin ştatdankənar müxbiri olub. 1982-ci ildən 1988-ci ilədək Türkmənistanın Nebit-Dağ (indiki Balkanabad) şəhərində neft şirkətində sistem-proqramçı vəzifəsində çalışıb. 1988-ci ildə yenidən Bakıya köçdükdən sonda iki il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneftegeofizika" istehsalat birliyində sistem-proqramçı vəzifəsində işləyib. 1990-cı ilin dekabrından başlayaraq həyatını mətbuat aləminə bağlayıb və Azərbaycanın müxtəlif qəzetlərində ("Mübarizə", "Azərbaycan ordusu", "Millət", "Oğuz eli", "Avrasiya") müxbir, məsul katib, parlament müxbiri və redaktor vəzifələrində işləyib. 1998-ci ildən 2009-cu ilin may ayınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq Əlaqələr və Gənclik redaksiyalarında redaktor kimi yaradıcılıq fəaliyyətini davam etdirib və xarici ölkələrdə (Almaniya, İsveçrə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan) yaşayan Azərbaycan diasporunun formalaşmasında və inkişafında böyük əməyi olub. Yüzlərlə verilişlərin, tok şouların və reportajların müəllifidir. Eyni zamanda 3 il Türkiyənin NTV telekanalının Baki ofisində redaktor vəzifəsində işləyib.
Göyüş Məmmədov
Göyüş Qulaməli oğlu Məmmədov (1898, Qubadlı, Zəngəzur qəzası) — Qubadlı rayonu İcraiyyə Komitəsinin sədri. == Haqqında == 1898-ci ildə Qubadlı qəzasının Qundanlı kəndində doğulub. 19 yaşında Gorusdakı yeddi sinifli rus məktəbini bitirib. 20-ci ildə əlinə silah götürüb Qırmızı Partizan dəstələrinə qoşulub, rəşadətlə döyüşdüyü və savadlı olduğu üçün qısa müddətdə dəstə komandiri təyin olunub. İki il meşə idarəsinin rəisi kimi sınaq pillələrindən keçib. 1922-ci ildə firqə üzvlüyünə qəbul olunub Teymur Müskanlı kənd sovetinin sədri vızifəsinə təyin olunmuşdur.. 1924-cü ildə Püsyan Nahiyə Kənd Təsərrüfatı Bankına müdir axtaran Qəza İnqilab Komitəsi məxsusi təmizliyinə görə onun adı üstə dayanıb. 1928-ci ildə Kürdhacı Nahiyə İcraiyyə Komitəsinə sədr seçilir. 1928–1930-cu illərdə Qubadlı qəza İcraiyyə Komitəsinin icraçı katibi təyin olunmuşdur. 1930–1933-cü ildə Qubadlı Rayon İcraiyyə Komitəsinin sədr olmuşdur.
Göyüş Qarayev
Altay Göyüşov
Altay Rəşid oğlu Göyüşov (4 oktyabr 1965, Bakı) — tarix elmləri namizədi; BDU-da Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti. == Həyatı == 1965-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan arxeoloqu, tarix elmləri doktoru, professor Rəşid Göyüşovun oğludur. 1984–1986-cı illərdə Sovet ordusunda (Gürcüstan və Ukraynada) hərbi xidmətdə olmuşdur. 1982–1989-cu illərdə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinin tələbəsi olub. 1993-cü ildə "İttihadi-İslam firqəsinin yaranması və fəaliyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1994-cü ildə AAK tərəfindən elmi dərəcəsi təsdiq olunub. "1917–1920-ci illərdə Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi" adlı doktorluq dissertasiyası 2000-ci il (28 aprel 2000-ci il, protokol № 7) və 2001-ci illərdə (26 aprel 2001-ci il tarixli № 5 protokol) müzakirə edilərək müdafiə təqdim olunmuşdur. 1986–1989 Şirvanşahlar sarayı Dövlət Tarixi Qoruq Muzeyi,1989-cu ildən hal-hazıra qədər Bakı Dövlət Universitetinin Tarix fakültəsində çalışır. 1994-cü ildən "Türk və Qafqaz xalqları tarixi kafedrası"nda baş laborant və saathesabı müəllim, 1995-ci ildən "Türk və Qafqaz xalqları tarixi kafedrası"nda müəllim, 1996-cı ildən "Türk və Qafqaz xalqları tarixi kafedrası"nda baş müəllim, 2001-ci ildən Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti olaraq çalışmışdır.
Babək Göyüşlü
Babək Göyüş (tam adı: Babək Məhərrəm oğlu Göyüşlü; 29 iyun 1957, Əmirxeyir, Krasnoselsk rayonu) — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004–2013) == Həyatı == Babək Göyüş 1957-ci il iyunun 29-da Qərbi Azərbaycanda, Çəmbərək (Krasnoselo) rayonunun (Qaraqoyunlu mahalı) Əmirxeyir (ermənilər 1988-ci ildə adını dəyişdirərək Kalavan qoyub) kəndində anadan olub. Gölkənd orta məktəbini 1974-cü ildə bitirdikdən sonra həmin il Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Həmin fakültəni 1979-cu ildə qurtardıqdan sonra üç il Lənkəran rayonunun Marso qəsəbəsində müəllimlik fəaliyyətinə başlayıb. Bu ərəfədə rayonun "Leninçi" (hazırda "Lənkəran") qəzetinin ştatdankənar müxbiri olub. 1982-ci ildən 1988-ci ilədək Türkmənistanın Nebit-Dağ (indiki Balkanabad) şəhərində neft şirkətində sistem-proqramçı vəzifəsində çalışıb. 1988-ci ildə yenidən Bakıya köçdükdən sonda iki il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneftegeofizika" istehsalat birliyində sistem-proqramçı vəzifəsində işləyib. 1990-cı ilin dekabrından başlayaraq həyatını mətbuat aləminə bağlayıb və Azərbaycanın müxtəlif qəzetlərində ("Mübarizə", "Azərbaycan ordusu", "Millət", "Oğuz eli", "Avrasiya") müxbir, məsul katib, parlament müxbiri və redaktor vəzifələrində işləyib. 1998-ci ildən 2009-cu ilin may ayınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq Əlaqələr və Gənclik redaksiyalarında redaktor kimi yaradıcılıq fəaliyyətini davam etdirib və xarici ölkələrdə (Almaniya, İsveçrə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan) yaşayan Azərbaycan diasporunun formalaşmasında və inkişafında böyük əməyi olub. Yüzlərlə verilişlərin, tok şouların və reportajların müəllifidir. Eyni zamanda 3 il Türkiyənin NTV telekanalının Baki ofisində redaktor vəzifəsində işləyib.
Bala Göyüşlü
Bala Göyüşlü — Azərbaycan Respublikasının Bərdə rayonunun Böyük Göyüşlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Kolayır kənd Sovetindən Bala Göyüşlü kəndi Böyük Göyüşlü kənd Sovetinin tərkibinə verilmişdir. == Tarixi == 1933-cü ildə Bala Göyüş və Bala Göüc variantlarında da qeydə alınmışdır. Oykonim "kiçik Göyüşlü kəndi" deməkdir.
Böyük Göyüşlü
Böyük Göyüşlü — Azərbaycan Respublikasının Bərdə rayonunun Böyük Göyüşlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Böyük Göyüşlü kəndi Kolayır kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Böyük Göyüşlü kənd Soveti yaradılmışdır. == Tarixi == Etnotoponimdir. Kəndin göyüşlü nəsli tərəfindən salınması güman edilir. 1933-cü ildə kəndin adı Böyük Göyüc kimi qeydə alınmışdır. Birinci komponent yaşayış məntəqəsini Kiçik Göyüşlü kəndindən fərqləndirmək üçün əlavə edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ düzündə yerləşir. == Əhalisi == Böyük Göyüşlü kənd əhalisi XIX əsrin əvvəllərində Qazax rayonundan gəlmişlər. Sonralar Kəlbəcər rayonundan bir neçə ailə bu kənddə məskunlaşmışdır.
Böyük Göyüşlü bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Göyüşdü
Göyüşdü (Göyüşlü) — Ağdam rayonunun Qaradağlı kəndinin ərazisində yerləşən küçə. == Tarixi == 2016-cı il aprelin 3-də axşam saatlarından və aprelin 5-də saat 12:00-dək Göyüşdü küçəsi Dağlıq Qarabağda baş verən toqquşma zamanı ermənilər tərəfindən ağır artilleriya silahları ilə atəşə tutub. Lakin Azərbaycan Ordusu qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub. 2016-cı il aprelin 27-də axşam saatlarında və aprelin 28-nə keçən gecə ərzində Göyüşdü küçəsi yenə də ağır artilleriya silahları ilə atəşə tutulub.Lakin Azərbaycan Ordusu qarşı tərəfi ağır artilleriya silahları ilə susdurub.Küçədə olan dərmanın həyətinə top mərmisi düşmüşdü. 2017-ci il fevralın 24-25-nə keçən gecə Ermənistan silahlı qüvvələri atəşkəsi pozması nəticəsində Göyüşdü küçəsinə mərmi düşməsədə əhali təşvişə düşüb. Lakin, Azərbaycan silahlı qüvvələri qarşı keçirdiyi əməliyyat zamanı onların qarşısın alaraq atəş nöqtələrinə cavab tədbirləri görüblər. == İnfrastruktur == 2008-ci ilin oktyabrın 1-də Göyüşdü küçəsinə ilk dəfə təbii qaz verilməsinə başlanılıb. 2007-ci ilin sentyabrın 1-də Göyüşdü küçəsinə ilk dəfə telefon xətti çəkilib. 2000-ci ildə Göyüşlü küçəsində buğda, arpa və çəltiki üyüdə bilən dərmanın təməli qoyulub.
Göyüşlü
Böyük Göyüşlü — Azərbaycanın Bərdə rayonunda kənd. Bala Göyüşlü — Azərbaycanın Bərdə rayonunda kənd.
Mübariz Göyüşlü
Mübariz Müstəqim oğlu Göyüşlü (23 yanvar 1981, Daş Salahlı, Qazax rayonu) — Müasir İnkişaf İctimai Birliyinin sədri, Yeni Media Qrupunun təsisçisi və baş redaktoru və Türk Eli jurnalının baş redaktoru. AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin müəllimi, siyasi şərhçi. Türk-İslam ideoloji prinsipini müdafiə edir. 2001-ci ildən 2005-ci ilə kimi müxtəlif gənclər təşkilatlarinda çalışaraq həmin prinsipləri təbliğ edib. Bu ideoloji prinsipləri daha geniş təbliğ etmək üçün 2005-ci il 5 iyunda “Müasir İnkişaf” İctimai Birliyinin əsasını qoyub və daha geniş aiditoriyanı əhatə etməyə, həyata keçirilən tədbirlərin səmərəliliyini artırmağa çalışır. == Həyatı == Mübariz Göyüşlü 1981-ci il yanvarın 23-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Bakı şəhəri, Xətai rayonundakı 269 saylı orta məktəbdə 1987-1997-ci illərdə orta təhsil; Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 1998-2003-cü illərdə bakalavr (qiyabi), 2005-2008-ci illərdə mətbuat tarixi və ideoloji iş metodları istiqaməti üzrə magistraturada (qiyabi) ali təhsil alıb. 2014-2015-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən tələbələrin akademik məsləhətçisi kursunu müvəffəqiyyətlə bitirib. 2016-cı ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün (“Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin informasiya təminatı (iki ölkənin 2005-2015-ci illər media materialları əsasında”) elmi iş üzərində çalışır. İxtisasca jurnalistdir.
Məzahir Göyüşov
Nəsib Göyüşov
Nəsib Göyüşov — şərqşünas, filologiya elmləri doktoru == Həyatı == 5 sentyabr 1947-ci ildə Azərbaycanın Kəlbəcər rayonunda doğulmuş, Onbirillik orta məktəbi bitirdikdən sonra 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran bölməsinə daxil olmuş, 1970-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1970-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda başlamış, müxtəlif illərdə elmi işçi, elmi katib, aparıcı elmi işçi, Mətnlərin nəşrə hazırlanması və Əlyazmaların kataloqlaşdırılması şöbələrinin müdiri vəzifələrində işləmiş, hal-hazırda isə Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri vəzifəsində çalışır. == Yaradıcılığı == 1981-ci ildə iki ixtisas (Türk dilləri və İran dilləri) üzrə namizədlik dissertasiyası (Ph.d) müdafiə etmiş, 2009-cu ildə isə “Füzulinin sənət və mərifət dünyası” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru dərəcəsi almişdır. 15 kitab və 160-dən çox elmi məqalənin müəllifidir. Türkiyə, İran, Kipr, Moskva və Sankt-Peterburqda keçirilən beynəlxalq konfranslarda elml məruzələrlə çıxış etmiş, xaricdə iki kitabı və on beş məqaləsi nəşr edilmişdir. Rus, fars və Türkiyə türkcəsini mükəmməl bilir. 2010-cu ildə Routledge (London and New York) nəşriyyatı tərəfindən çap edilmiş “Sovet şərqşünaslıq araşdırmaları irsi” (The Heritage of Soviet Orientalist Studies) adlı kitabın (Müəllifləri: Michal Kemper, Stephan Conermann) Azərbaycan İslam araşdırmaları bölməsində məşhur şərqşünas akademik Vasim Məmmədəliyevlə yanaşı, N.Göyüşovun elmi fəaliyyəti haqqında məlumat verilib. Amerikanın San-Fransisko şəhərində fəaliyyət göstərən “Academia.edu” saytında isə onun 3 kitab və 21 məqaləsi PDF formatında yerləşdirilib, həmin əsərlərdən 45 ölkədən (ABŞ, Kanada, İngiltərə, Fransa, Almaniya, Rusiya, Danimarka, İsveç, İtaliya, İspaniya, Meksika, Braziliya, Türkiyə, İran, Hindistan, Pakistan, İndoneziya və s.) olan istifadəçilər faydalanmışlar və bu proses davam edir. 1974-1976 və 1984-1986-cı illərdə keçmiş Sovet İttifaqının Xarici İqtisadi Əlaqələr Komitəsinin xətti ilə İranda tərcüməçi kimi çalışmış, Səfirliyin yüksək Fəxri Fərmanı ilə təltif edilmişdir. === 2.1. ===
Rəşid Göyüşov
Rəşid Bahadur oğlu Göyüşov (5 dekabr 1930, Boyəhmədli – 19 yanvar 1999, Bakı) — Azərbaycan arxeoloqu; tarix elmləri doktoru, professor. == Həyatı == Rəşid Bahadur oğlu Göyüşov 1930-cu il dekabrın 5-də Ağdam rayonunun Boyəhmədli kəndində anadan olmuşdur. Orta təhsilini öz doğma kəndlərində aldıqdan sonra, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul edilir və 1953-cü ildə oranı müvəffəqiyyətlə bitirir. R. B. Göyüşov ali təhsilini başa vurduqdan sonra təyinatla Salyan, Ağdam və Ağcabədi rayonlarında müəllim, tədris hissə müdiri və orta məktəb direktoru vəzifələrində çalışır. Lakin arxeologiya elminə olan həvəs onu 1959-cu ildə Azərbaycan EA Tarix İnstitutuna gətirib çıxarır. Həmin ildə o, arxeologiya ixtisası üzrə institutun aspiranturasına qəbul olunur. Rəşid Göyüşov öz elmi fəaliyyətinə böyük təcrübə sahibi qocaman alim S. M. Qazıyevin rəhbərliyi ilə Azərbaycanın qədim paytaxtı Qəbələ şəhərindən başlamışdır. Burada ona təklif olunmuş "Qəbələ şəhərinin dulus məmulatı (I-Х əsrlər)" adh dissertasiyasını vaxtında başa çatdırır və 1962-ci ildə Tarix İnstitutununun elmi şurasında müvəffəqiyyətlə müdafıə edir. Rəsmi opponentləri akademik Ə. Ə. Əlizadə, G. Ə. Əbilova və hətta görkəmli Qafqazşünas alim K. V. Trever onun əsərinə çox yüksək qiymət vermişdilər. == Elmi fəaliyyəti == Qarabağda arxeoloji tədqiqat işlərini ardıcıl olaraq davam etdirən R. B. Göyüşov Alban katolikosluğunun iqamətgahı olmuş, həmçinin alban memarlığının incisi sayılan Xəznədağ (Qanzasar) məbədində apardığı tədqiqatların nəticəsində özünün "Qanzasar məbədinin dini, etnik mənsubiyyətinə dair" adlı məqaləsini yazıb nəşr etdirir.
Sərvan Göyüşov
Tanrıverdi Göyüşov
Ziyəddin Göyüşov
Ziyəddin Bahadur oğlu Göyüşov (20 may 1920, Boyəhmədli, Cavanşir qəzası, Azərbaycan SSR – 9 fevral 1985, Bakı) — fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü == Həyatı == Ziyəddin Bahadur oğlu Göyüşov 1920-ci ilin may ayının 20-də Ağdam rayonunun Boyəhmədli kəndində anadan olmuşdur. Ziyəddi Göyüşov 1928–1936 illərdə Ağdamın Boyəhmədli kənd məktəbində oxumuş, 1938–1939 illərdə Ağdam Pedaqoji Texnikumunda təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir. Ziyəddin Göyüşov Boyəhmədli kəndində müəllimlik etmiş, Böyük Vətən müharibəsində iştirak edib yaralandıqdan sonra Vətənə qayıdaraq 1943-cü ildə bir müddət Ağdamda yerli radio verlişləri redaksiyasına rəhbərlik də etmişdir. O, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə daxil olmuş, 1950-ci ildə oranı bitirmişdir. Ziyəddin Göyüşov 1953-cü ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına daxil olmuşdur. O,1957-ci ildə fəlsəfə elmləri namizədi, 1963-cü ildə fəlsəfə elmləri doktoru,1964-cü ildə professor adı almışdır.1976-cı ildən Azərbaycan Respublikası Elmlər Akademiyasının üzvü seçilmiş, elə həmin ildən də Azərbaycan Respublikası Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda fəlsəfə tarixi şöbəsinin müdiri olmuşdur. O, Azərbaycanda ilk çoxcildli milli ensiklopediyanın yaradılmasında fəal iştirak etmiş, Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının üzvü olmuşdur. Ziyəddin Bahadur oğlu Göyüşov 9 fevral 1985-ci ildə Bakıda vəfat etmişdir. == Elmi yaradıcılığı == Ziyəddin Göyüşov Azərbaycanda fəlsəfi-etik fikir tarixi problemlərini araşdırmış, Həsən bəy Zərdabinin seçilmiş əsərlərini ilk dəfə tərtib və çap etdirmişdir. Ziyəddin Göyüşovun tədqiqat sahəsi Azərbaycanın etik fikrinin qədim dövrdən XX əsrə qədər inkişaf meylləri və əsas aspektlərinin təhlili idi.

Digər lüğətlərdə