göydimdik

göydimdik
göydəndüşmüş
göydimdikli
OBASTAN VİKİ
Göydimdik
Göydimdik (lat. Oxyura) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Adi göydimdik
Adi göydimdik (lat. Oxyura leucocephala) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin göydimdik cinsinə aid heyvan növü. (III-VU). Həssas, sayı az olan növdür. Erkəyin rəngi qonurdur. Başının təpəsi qara, qalan hissəsi ağdır, boynu qaradır, dimdiyi göydür. Üzən zaman quyruğunu vertikal şəkildə yuxarı qaldırır. Dişinin başı qonurdur. Gözünün üstündə ağ zolaqlar var. Avropada, Asiyada, Afrikada, Şimali və Mərkəzi Amerikada, Avstraliyada, Tasmaniya və Yeni Zelandiyada yayılmışdır.
Göydimdik cinsi
Maskalı göydimdik
Maskalı göydimdik (lat. Nomonyx) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Adi maskalı göydimdik
Adi maskalı göydimdik (lat. Nomonyx dominicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin maskalı göydimdik cinsinə aid heyvan növü.

Digər lüğətlərdə