gözləri alacalandı

to be dazzled в глазах пестрит
gözləri açılmaq
gözləri alma-armud dərir
OBASTAN VİKİ
Pelisterin gözləri
Pelisterin gözləri — bunlar Pelisterin buzlaq mənşəlli gölləridir. Bu iki gölü həmçinin böyük və kiçik göllər olaraq adlandırırlar. Böyük göl 2218 m yüksəklikdə yerləşir. Onun uzunluğu 233 m, eni isə 162 metrdir. Kiçik göl isə 2180 metr yüksəklikdə yerləşir. onun uzunluğu 79 m, eni isə 162 metrdir. Böyük göl 14,5 m, Kiçik göl isə 2,6 m dərinliyə malikdir. Böyük gölün yanında 50–100 yerlik bir dağ evi və gəzinti, dağa dırmanma, dağ velosipedi və idman üçün gözəl terraslar var. Göllərə iki tərəfdən yaxşı işarələnmiş cığır yolu boyunca çatmaq olar. Bir cığır Nizepole kəndindən Lak Potok kəndində və ya Debel Rid ərazisindən xizək liftinədək, digər çığır isə yolsuzluq avtomobili ala biləcəyiniz Molika Oteldən Yorqov-Kamen kəndindən keçir.
Təpələrin gözləri var (film, 1977)
Təpələrin gözləri var (ing. The Hills Have Eyes) — 1977-ci ildə qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri siyahısına daxil olmasına baxmayaraq öz məşhurluğu ilə seçilir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir. Ailə Kaliforniya yolu ilə gedən zaman səhvən yeni model təyyarələrin sınaqdan keçirildiyi yerə düşürlər. Bu yoldan keçmək isə digər insanlara qadağandır. Onlar yol ilə gedən zaman qəzaya uğrayırlar. Amma təhlükə hələ qarşıdadır. Onlar yeni sivilizasiyadan xəbəri olmayan insanlarla qarşılaşacaqlar. Bu isə daha sonra qarabasmaya çevriləcəkdir...
Təpələrin gözləri var (film, 2006)
Təpələrin gözləri var (ing. The Hills Have Eyes) — 2006-cı ildə qorxu filmi janrında çəkilən ABŞ filmi. Filmin ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyven və rejissor Aleksandr Ajadır. Filmin başlanğıcında bir qrup əsgər formasında olan araşdırmaçılar göstərilir. Ancaq ani və səbəbi naməlum bir mutantın hücumu nəticəsində araşdırmaçıların hamısı ölər. Etel Karter və həyat yoldaşı Bob Karter evlilik il dönümlərini qeyd etmək üzrə Kleveland, Ohayodan San Diyeqo, Kaliforniyaya hərəkət edərlər. Bu səfərdə karvan içində qızları Brenda, oğulları Bobbi (Den Bird), böyük qızları Linn (Vinessa Shau), Linninin həyat yoldaşı Douq (Aaron Stenford), ikilinin qız körpələri Katherina və "Gözəl" və "Canavar" adlarıyla bilinən Alman çoban itləri var. Ailə üzvləri ən başda bir benzinlikdə fasilə verər. Burada bəzi qəribə hadisələr yaşadıqdan sonra benzinliyin sahibi olan adamdan yolu soruşarlar. Ancaq yola çıxdıqdan bir müddət sonra yolu itirərlər.
Təpələrin gözləri var 2 (film, 1985)
Təpələrin gözləri var 2 (ing. The Hills Have Eyes 2) — 1985-ci ildə qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin B filmləri siyahısına daxil olmasına baxmayaraq öz məşhurluğu ilə seçilir. Filmin rejissoru və ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyvendir. Cavan qrup heyəti idmana getməyə hazırlaşırlar. Onlar yolda olan zaman səhralıqda bir fermanın olduğunu görürlər. Getdikcə heyət başa düşür ki, onların arxalarıyca kimsə izləyir. Bir müddətdən sonra cavanlar bir-bir yoxa çıxmağa başlayır. Sonradan aydın olur ki, onlar müasir sivilizasiyadan xəbəri olmayan hannibal (adamyeyən) tipinə mənsub insanlardılar... Ues Kreyven etiraf edir ki, bu filmi ona pul lazım olduğu üçün çəkmişdir.
Təpələrin gözləri var 2 (film, 2007)
Təpələrin gözləri var 2 (ing. The Hills Have Eyes 2) — 2007-ci ildə Qorxu filmi janrında çəkilən ABŞ filmlərindən biridir. Filmin ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyven və oğlu Conatan Kreyvendir. İlk filmdə iştirak edən bölgə bu filmin də məkanı olaraq işlənməkdədir. Daha əvvəl nüvə sınaqların edildiyi sahə ilk filmdəki ailənin tragediyası sonrası tamamilə boşaldılmışdır. Ancaq axtarış və idarə işləri üçün kiçik bir elmi və əsgəri qrup burada vəzifəyə davam etməkdədir. Alimlər Nyu-Meksikada mutant varlıqların heç birini tapa bilmirlər. Film ilk filmdən dost olan mutantların əsir götürdükləri insandan uşaq sahibi olmalarının görünüşləri ilə başlayır. Qanlı doğum görünüşləri sonrası bir qrup əsgərin Əfqanıstan dekorasiyalı mühitdə etdikləri manevr görünüşləri gəlir. Daha sonra bu əsgərlər iş məqsədi ilə sərt bir liderliyində məşhur səhraya gedirlər.