Təpələrin gözləri var (film, 2006)
Təpələrin gözləri var (ing. The Hills Have Eyes) — 2006-cı ildə qorxu filmi janrında çəkilən ABŞ filmi. Filmin ssenaristi məşhur ABŞ rejissoru Ues Kreyven və rejissor Aleksandr Ajadır.
Filmin başlanğıcında bir qrup əsgər formasında olan araşdırmaçılar göstərilir. Ancaq ani və səbəbi naməlum bir mutantın hücumu nəticəsində araşdırmaçıların hamısı ölər. Etel Karter və həyat yoldaşı Bob Karter evlilik il dönümlərini qeyd etmək üzrə Kleveland, Ohayodan San Diyeqo, Kaliforniyaya hərəkət edərlər. Bu səfərdə karvan içində qızları Brenda, oğulları Bobbi (Den Bird), böyük qızları Linn (Vinessa Shau), Linninin həyat yoldaşı Douq (Aaron Stenford), ikilinin qız körpələri Katherina və "Gözəl" və "Canavar" adlarıyla bilinən Alman çoban itləri var. Ailə üzvləri ən başda bir benzinlikdə fasilə verər. Burada bəzi qəribə hadisələr yaşadıqdan sonra benzinliyin sahibi olan adamdan yolu soruşarlar. Ancaq yola çıxdıqdan bir müddət sonra yolu itirərlər.