günəşli tərəf, cənub tərəf

ру солнечная сторона; южная сторона en sunny side; south side de Südseite fr côte au soleil es costado a sur it parte di sud
günəşli saatlar
güzgü
OBASTAN VİKİ
Tərəf
Tərəf — çoxbucaqlını əmələ gətirən sınıq xəttin qonşu təpə nöqtələrini birləşdirən düz xətt parçasıdır.
Tərəf (Heris)
Tərəf (fars. طرف‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 227 nəfər yaşayır (51 ailə).
Üçüncü tərəf
Üçüncü tərəf – third party ~ третья сторона ~ üçüncü parti ~ başqa istehsalçının məhsulu olan hesablama maşınının, yaxud periferiya qurğusunun hissələrini, o cümlədən onlar üçün proqram təminatını istehsal edib satan şirkət. Məsələn, üçüncü tərəf proqram təminatı kompüter istehsalçısından gələn proqram təminatı deyil, yaxud istifadəçinin işləyib hazırladığı proqram deyil. Bu gün mövcud proqramların əksəriyyəti üçüncü tərəf proqramlardır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Üçüncü tərəf proqramları
Üçüncü tərəf – third party ~ третья сторона ~ üçüncü parti ~ başqa istehsalçının məhsulu olan hesablama maşınının, yaxud periferiya qurğusunun hissələrini, o cümlədən onlar üçün proqram təminatını istehsal edib satan şirkət. Məsələn, üçüncü tərəf proqram təminatı kompüter istehsalçısından gələn proqram təminatı deyil, yaxud istifadəçinin işləyib hazırladığı proqram deyil. Bu gün mövcud proqramların əksəriyyəti üçüncü tərəf proqramlardır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Günəşli
Yeni Günəşli — Bakı şəhərinin Suraxanı rayonunda yaşayış massivi. Günəşli (Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Lerik) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Saatlı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Günəşli (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Cənub
Cənub və ya Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. Cənub qütbünə işarə edir və "S"-lə işarələnir.
Günəşli (Bakı)
Yeni Günəşli — Suraxanı rayonunda Qaraçuxur bələdiyyəsinə bağlı qəsəbə. Yaşayış sahəsinin əsası 1986-cı ildə qoyulmuşdur. Əhmədli yaylasındadır. Yeni Günəşlidə 31 nömrəli poliklinika, 275, 278, 279, 282, 285, 290 saylı orta məktəblər, "AB", "V", "Q" və "D" yaşayış sahələri yerləşir. Yeni Günəşli İstirahət Mərkəzi tikilməkdədir. Bakı metrosunun Yeni Günəşli metrostansiyasının isə tikintisi nəzərdə tutulur. Yeni Günəşlidə Xanım Fatimeyi-Zəhra məscidi fəaliyyət göstərir. Yeni Günəşlidə 46300 nəfər yaşayır. Adı Günəşlidir...
Günəşli (Basarkeçər)
Canəhməd (?-3 iyul 1969), Günəşli (3 iyul 1969 – 19 aprel 1991), Kutakan (19 aprel 1991-indi) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Canəhməd İrəvan quberniyasının Novobayazid qəzasında kənd olub. Canəhməd kəndi XVI əsrin (1510–1515) əvvəllərində yaranmışdır. Kəndin adı yarandığı ilk gündən, 1988-ci ilə qədər üç dəfə dəyişdirilmişdir. Kəndin ilk adı 1780–1785-ci illərə qədər Sultanəli qışlağı olmuşdur. Kəndin ikinci adı 1969-cu ilin 3 iyuluna qədər Canəhməd olmuşdur. Kəndin üçüncü adı 1988-ci ilin dekabrına qədər Günəşli olub. Kəndin indiki ərazisi qışlaq olmuşdur. Azərbaycanın müxtəlif rayonlarından həmin qışlağa gələrlərmiş. Həmin adamlardan biri də çox varlı və dövlət sahibi olan Sultanəli kişi olmuşdur.
Günəşli (Biləsuvar)
Günəşli (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2005-ci il tarixli, 976-IIQ saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd inzibati ərazi vahidi tərkibindəki Kirovka kəndi Günəşli kəndi, Kirovka kənd inzibati ərazi vahidi Günəşli kənd inzibati ərazi vahidi adlandırılmışdır. Yaşayış məntəqəsi Rusiyanın köçürmə siyasəti nəticəsində rus kəndlilərinin Azərbaycanda yerləşdirilməsi ilə əlaqədar olaraq 1905-ci ildə yaranmış və Alekseyevka adlandırılmışdı. Sovet hakimiyyəti illərində S. M. Kirovun (1886–1934) adı ilə Kirovka adlandırılmışdır. 1998-ci ildən kəndin adı Azərbaycan yazıçısı M. C. Paşayevin şərəfinə Mircəlal kimi rəsmiləşdirilmişdir. Memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Günəşli adlanır. Kənd Nadir şah dövründə onun qışlaq etdiyi ərazilərdən biri olub. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Muğan düzündə, rayonun qərbində, rayon mərkəzindən təxminən 7–10 km məsafədə yərləşir.
Günəşli (Cəlilabad)
Günəşli (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Pokrovka kənd inzibati ərazi dairəsi tərkibindəki Pokrovka kəndi Günəşli kəndi, Pokrovka kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Oykonim oğuz türkmənlərinin tərkib hissələrindən biri olan günəşli (gündəşli) oymağının adı ilə bağlıdır. Pokrovka Rusiyanın köçürmə siyasəti zamanı salınmış kəndlərdən biridir. 1914-cü ildə kənddə məktəb tikildi. Lakin 20-ci əsrin ortalarından – təxminən 60-cı illərdən başlayaraq ruslar Pokrovkadan köçdükcə onların yerlərini azərbaycanlılar tutdular. Hazırda Pokrovka kəndinin hamısı azərbaycanlılardan ibarətdir. Kəndin adı 2001-ci ildə dəyişdirilərək Günəşli adlandırılıb. Kənddə rusların keçmişdə yaşadığını göstərən yeganə abidə pravoslav kilsəsidir. İki əsrə yaxın yaşı olan rus kilsəsi bu gün də tarixi abidə kimi qorunub saxlanmaqdadır.
Günəşli (Gədəbəy)
Günəşli (əvvəlki adı: Şurakənd) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Dəyəqarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Şurakənd kəndi Günəşli kəndi adlandırılmışdır. Keçmiş adı Ayıkənd olmuşdur. Yaşayış məntəqəsini Qazax rayonunun Ağköynək kəndindən köçüb gəlmiş ailələr salmışlar. Yerli əhali arasında Sovetkənd adı ilə tanınmışdır. Kəndin əvvəlki adı olan Şurakənd sovet dövründə qoyulmuş, rus dilindəki "sovet" sözünün Azərbaycan dilinə "şura" şəklində tərcümə edilməsi ilə əmələ gəlmişdi. Kəndin adı rəsmi olaraq 1 sentyabr 2004-cü ildə Günəşli şəklində dəyişdirilmişdir. Gədəbəy rayonunda "Şurakənd" adında bir başqa kənd də mövcud olmuşdur və həmin kəndin də adı 1 sentyabr 2004-cü ildə dəyişdirilərək Şahdağ adlandırılmışdır. Kənd dağətəyi ərazidə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 771 nəfər əhali yaşayır.
Günəşli (Kəlbəcər)
Günəşli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Kəndin adı 1992-ci ilə qədər Kilsəli idi. Bu kəndin yerləşdiyi ərazidə bir neçə qədim alban kilsəsi olduğuna görə kənd belə adlanırdı. Sonradan kəndin adı dəyişdirilib Günəşli qoyuldu. Kəndin ərazisi güney olduğundan həmişə günəşli olurdu. Ona görə də sonradan kənd Günəşli adlandırılıb. Qaradağlı yurdu, Kovuxludüz yurdu, Qaçaydüşən yurd, Bahadurun düzü yurd, Aslanlar yurdu, Atqoruğu yurdu, Qırqovullu yurd, Qalayçıgələn yurd, Taplar yurdu, Arpayeri yurdu, Maralatan yurd, Göyüşün yurdu, Qancıq dərəsinin yurdu, Binə dərəsinin yurdu, Tozluq yurd, Gölyeri yurdu, Quşyuvalıdüşən yurd, Kolxozdüşən yurd. Qaradağlı bulağı, Orta bulaq, Soyuq bulaq, Fətiölən bulaq, Xəlillər tələsi bulağı, Kişmiş bulaq, Sarı bulaq, Şırşır bulaq, Göy bulaq, Ağ bulaq, Qalayçıgələn bulaq, Taplar bulağı, Göl yeri bulağı, Baxacaq bulağı, Turşsu bulağı, At qoruğu bulağı, Baldırğanlı bulaq, Xırman bulağı, Tələlər bulağı, Qaramallıx bulaq, Ağdaş bulağı, Yurdlar bulağı, Uçuqluq bulaq, Cərgə bulaq, Korca bulaq, Süleyman bulağı, Novlu bulaq, Alçalı bulaq, Qiblə bulağı, Daş bulaq, Seyidalı bulağı, Şırran bulağı.
Günəşli (Lerik)
Günəşli (keçmiş adı Ozobijon (2007-ədək)) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 826 nəfərdir. 8 may 2007-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Lerik rayonunun Noda kənd inzibati ərazi dairəsi tərkibindəki Azərbaycan kəndi Günəşli kəndi adlandırılmışdır.
Günəşli (Saatlı)
Günəşli — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Fətəlikənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Günəşli adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Günəşli (Xaçmaz)
Günəşli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə.
Günəşli (Xocavənd)
Günəşli (əvvəlki adı: Noraşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun Hadrut qəsəbə Sovetinin Noraşen kəndi Günəşli kəndi adlandırılmışdır. Günəşli kəndi Hadrut qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Günəşli kənd Soveti yaradılmışdır. 2 oktyabr 1992-ci ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Günəşli kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kəndin keçmiş adı Noraşen ("yenikənd" mənasında) olmuşdur. XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. 1991-ci ildən Günəşli adlandırılmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir.
Günəşli (Şabran)
Günəşli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Günəşli Şabran rayonunun Beynəlmiləl inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi keçmiş SSRİ Konstitusiyası sovxozunun 2 nömrəli malikanəsi yanında salınmışdır. 1965-ci ildə rəmzi olaraq Günəşli adlandırılmışdır. Kəndin əhalisi 693 nəfər təşkil edir.
Günəşli (Şamaxı)
Günəşli (əvvəlki adı: Saqiyan) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 dekabr 2020-ci il tarixli, 212-VIQ saylı Qərarı ilə kənd Günəşli adlandırılmışdır. Şamaxı rayonunun Günəşli kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 18 km qərbdə Ləngəbiz silsiləsindədir. Tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, doğum evi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur. 19 əsrə aid bir sənəddə Bakı quberniyası Şamaxı qəzasının Qoşun sahəsində Saqiyan adlı kənd (160 ailə, 936 nəfər əhali) qeydə alınmışdır. Yaşayış məntəqəsi ərazidəki şirin sulu axarsız kiçik göl ilə əlaqədar adlandırılmışdır. Türk dillərindəki saqa (çayın mənsəbi, su olan yer) və yan (kənar, sahil) komponentlərindən düzəlib, "suyun sahili, kənarı" mənasındadır. Kənd əhalisi 427 nəfərdir ki, onunda 208 nəfəri kişi, 219 nəfəri isə qadınlar təşkil edir., 145 təsərrüfatı var.
Günəşli (Şəmkir)
Günəşli (keçmiş adları: Novotroitskoye, Qolistıno, Martuni (1990-dək)) — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Şəmkir rayonunun Saler inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrin ortalarında Rusiyadan köçürülmüş kəndlilər Novotroitskoye adı ilə salmışlar. Kənd salındığı ərazinin adı ilə bir müddət Günəşli kimi tanınmışdır. Sonralar knyaz Qolitsının adı ilə Qolitsıno adlandırılmışdır. Siyasi hadisələrlə əlaqədar 1918-ci ildə kəndin sakinləri şimali Qafqaza köçmüşlər. Sonralar Ermənistanın Noyemberyan rayonundan Gədəbəyin mis mədənlərinə işləməyə gəlmiş erməni ailələri burada məskunlaşmışdı. 1929-cu ildə Qolitsınoda Martuni adına kolxoz yaradılmış və kəndə də Martuni (Aleksandr Myasnikyanın təxəllüsü) adı verilmişdır. 1990-cı ildə yaşayış məntəqəsinin adı dəyişdirilərək yenidən Günəşli adlandırılmışdır.
Günəşli bələdiyyəsi
Günəşli bələdiyyəsi (Cəlilabad) — Cəlilabad rayonunda bələdiyyə. Günəşli bələdiyyəsi (Saatlı) — Saatlı rayonunda bələdiyyə. Günəşli bələdiyyəsi (Şamaxı) — Şamaxı rayonunda bələdiyyə.
Günəşli şəlaləsi
Günəşli şəlaləsi — Lerik rayonun Günəşli kəndində yerləşən şəlalə. Sıx meşənin dərinliyində yerləşir. 8 may 2007-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Lerik rayonunun Noda kənd inzibati ərazi dairəsi tərkibindəki kənd Günəşli kəndi adlandırılmışdır. Günəşli şəlaləsi dəniz səviyyəsindən 1000 m hündürlüyündə yerləşir. Günəşli şəlaləsinin hündürlüyü 7 m, eni 5 metrdir.
Yeni Günəşli
Yeni Günəşli — Suraxanı rayonunda Qaraçuxur bələdiyyəsinə bağlı qəsəbə. Yaşayış sahəsinin əsası 1986-cı ildə qoyulmuşdur. Əhmədli yaylasındadır. Yeni Günəşlidə 31 nömrəli poliklinika, 275, 278, 279, 282, 285, 290 saylı orta məktəblər, "AB", "V", "Q" və "D" yaşayış sahələri yerləşir. Yeni Günəşli İstirahət Mərkəzi tikilməkdədir. Bakı metrosunun Yeni Günəşli metrostansiyasının isə tikintisi nəzərdə tutulur. Yeni Günəşlidə Xanım Fatimeyi-Zəhra məscidi fəaliyyət göstərir. Yeni Günəşlidə 46300 nəfər yaşayır. Adı Günəşlidir...
Cənub-Pireneylər
Cənub-Pireneylər (fr. Midi-Pyrénées, oks. Miègjorn-Pirenèus, qask. Mieidia-Pirenèus) — Fransanın cənubunda yerləşən keçmiş bölgə statuslu yaşayış məntəqəsi. 2016-cı il yanvarın 1-dən Oksitaniya bölgəsinin bir hissəsidir. Əsas şəhəri Tuluzadır (650 min nəfər). Bölgə əhalisini ümumi sayı — 2 903 420 nəfər (2011-ci ildə bölgələr arasında 8-ci yer). Ərazi: 45 348 km². Keçmiş bölgənin ərazisindən Adur, Aryej, Qaronna və Lo çayları axır. Bölgəyə bu departamentlər daxil idi: Jer, Aryej, Averon, Yuxarı Qaronna, Yuxarı Pireneylər, Lo, Tarn və tarn və Qaronna.
Cənub-qərb
Cənub-qərb — Cənub tərəfi ilə qərb tərəfi arasında olan keçid səmt.
Cənub-şərq
Cənub-şərq - Cənub tərəfi ilə şərq tərəfi arasında olan keçid səmt.