GƏRƏK


1. əd. Gərəkdir, lazımdır (cümlədə xəbər mənasında işlənir).
Söz gərək ox keçməz qayadan keçə; Yoxdursa sözünün kəsəri, – yazma… M.Araz.

□ Gərək olmaq – lazım olmaq, işə yaramaq, kara gəlmək. Dost dosta nə gündə gərək olar? ( Ata. sözü ).
Tənbəldən kömək olmaz; Kimsəyə gərək olmaz; İşində çalışgilən; Zəhmətsiz yemək olmaz. (Bayatı).

2. Feildən qabaq işlənərək, onun ifadə etdiyi işin, hərəkətin olmamasının və ya olmasının arzu edildiyini bildirən modal söz. Gərək gedim. Gərək o sözü deməyəydim.
– Onu bilirsənmi ki, mən sabah gərək Tovuzda olam? S.Hüseyn.
[Nəbi:] Düşünüb bayaqdan tökmüşəm tədbir; Gərək sinə gərək düşmənə əlbir. S.Rüstəm.
[Qara kişi:] Gərək hamıya yaxşılıq eləyəsən ki, öləndə hamı rəhmət desin. B.Bayramov.

3. bağl. mənasında. İstər, həm. Gərək dost, gərək düşmən.
4. İs. mənasında, dan. Yaraq, silah, ləvazimat. Gərəyini götürdü. – Yüz gün yaraq, bir gün gərək. ( Ata. sözü ).
Gərəkdir şəklində – lazımdır, vacibdir, zəruridir. Dərd çəkənə gərəkdir. ( Ata. sözü ).
Xumar-xumar baxan ala gözlərin; Gərəkdir verəsən can qabağında. M.P.Vaqif.
Ey dust, bizə huriyü-qılman nə gərəkdir; Yüz huriyüqılman ola, könlüm səni istər. S.Ə.Şirvani.

◊ Gərək ki – ehtimal ki, deyəsən, olsun ki, yəqin ki. [Yusif:] On ildir ki, Şamdan ilə görüşməmişəm.
İndi, gərək ki, surəti də təğyir tapıbdır. N.Nərimanov.
[Əminə:] Başımda şal otağa girdim, gərək ki, suqabını götürmək istəyirdim. M.S.Ordubadi.

Синонимы

  • GƏRƏK lazım

Омонимы

  • GƏRƏK GƏRƏK I is. Lazım, zəruri, vacib. Səbr elə, ehtiyat gərək... (S.Vurğun). GƏRƏK II is. modal Ehtimal, arzu, təkid mənalarını ifadə edir
GƏRDUN
GƏRƏKLİ

Значение слова в других словарях