Qarabağa gəzinti (film, 2005)
Qarabağa gəzinti (gürc. გასეირნება ყარაბაღში — Qaseirneba Karabağşi) — gürcü rejissoru Levan Tutberidzenin Gürcüstandakı vətəndaş müharibəsi və Qarabağ müharibəsi haqqında çəkdiyi film.
SSRİ dağılandan sonra Qafqazda vətəndaş və etnik münaqişələr alovlanır. Filmin qəhrəmanları — sıravi tiflisli gənc Qoqliko və Suxumili snayper Spartak — Dağlıq Qarabağa yollanarkən yol yoldaşı olurlar. Biri qumarda uduzduğu pulları geri qaytarmaq, digəri komandirin əmrini yerinə yetirmək istəsə də, onlar birgə hərəkət etməli və bir-birinə dəstək verməli olurlar. Bir-birinə oxşamayan insanların taleyi münaqişə bölgəsində kəsişir.
Film 1990-cı illərdə Gürcüstanda baş vermiş real hadisələrdən bəhs edən, yazıçı Aka Morçiladzenin eyniadlı hekayəsi əsasında çəkilib.
Filmdə rus, gürcü, azərbaycan, erməni aktyorları çəkilib.
2005-ci ildə Anapada keçirilmiş "Kinoşok" kinofestivalında MDB və Baltikanın 14-cü açıq festivalının əsas mükafatını qazanmışdır.