GE

“G” хафунин тӀвар.
GAVURLUQ
GEC
OBASTAN VİKİ
.ge
.ge — Gürcüstan üçün ölkə kodu yüksək səviyyəli domendir (ccTLD) . .ge yüksək səviyyəli domen adları vətəndaşlıq və ya yaşayış yeri ilə bağlı heç bir məhdudiyyət olmadan bütün dünyada fiziki şəxslər və şirkətlər üçün birbaşa qeydiyyat üçün mövcuddur. İkinci səviyyəli domen adları bir neçə xüsusi növ qeydiyyatdan keçmək üçün də mövcuddur: .com.ge – yalnız kommersiya təşkilatları üçün .edu.ge – yalnız təhsil müəssisələri üçün .school.ge – yalnız məktəblər üçün .gov.ge – yalnız hökumət təşkilatları üçün .org.ge – yalnız qeyri-hökumət təşkilatları üçün .mil.ge – yalnız dövlət hərbi təşkilatları üçün (dayandırılmış domen zonası, Nazirlikdə qeydiyyatdan keçmiş mil.ge domeni) .net.ge – yalnız şəbəkə provayderi və ya şəbəkə layihə təşkilatları üçün .pvt.ge – yalnız fərdi şəxslər üçün == Tarix == .ge 1992-ci ildə Gürcüstanın SaNet provayderinə həvalə edilib. 2006-cı ildə Caucasus Online 3 şirkətin (o cümlədən SaNet) birləşməsindən sonra yaranıb və .ge şirkətinin sponsoru olub. Qeydiyyat xidməti əvvəlcə qeyri-kommersiya təşkilatı Internet Development Group — Georgia tərəfindən təmin edilmişdi, lakin Caucasus Online tətbiqindən sonra o, yalnız inzibati və qeydiyyat rollarını birləşdirdi. .gov.ge 2014-cü ildə LEPL Smart Logic-ə həvalə edilib. == .გე == 2011-ci ildə Gürcüstan üçün yerli dildə domen adları üçün nəzərdə tutulmuş yeni yüksək səviyyəli domen adı qeydə alınıb. Ən yüksək səviyyəli domen .გე (.xn--node) gürcü hərfləri olan gani və eni hərfləridir və yerli sözün abreviaturunı deyil, G və E hərflərini təmsil edir. 2016-cı ildə aktiv internet saytları ilə aktivləşdi. 20 yanvar 2016-cı il tarixindən etibarən Gürcüstan gürcü Mkhedruli skriptindən istifadə edərək .გე yüksək səviyyəli domenləri qeydiyyata aldı.
Nikolay Ge
Nikolay Ge Nikolayeviç (15 (27) fevral 1831, Voronej – 1 (13) iyun 1894 və ya 2 (14) iyun 1894, Şevçenko[d], Çerniqov quberniyası[d]) – rus boyakarı, rəssam. Peterburq Rəssamlıq Akademiyasının üzvü. Bir fransız mühacirin nəticəsidir. Kiyev və Sankt-Peterburq universitetlərində, Peterburq Rəssamlıq Akademiyasında təhsil almışdır. İtaliya Rəssamlıq Akademiyasının təqaüdçüsü olmuş, həmçinin Almaniya, Fransa, İsveçrə və Florensiyayada yaradıcılıq etmişdir. Lev Tolstoyun əzəmət və böyüklüyünü ifadə edən portreti və avtoportret onun son əsərlərindəndir.
Ge Hinnom vadisi
Hinnom vadisi və ya Ge Hinnom vadisi (ivr. ‏גיא בן הינום‏‎) — yəhudilərin Yerusəlim, müsəlmanların isə Qüds adlandırdıqları şəhərin cənub və cənub qərb hissəsində yerləşən vadi. Hazırda bu yerlərə baxanda gözəl görünsə də, əslində bura heç kimin getmək istəmədiyi bir yerdir. Çünki bu yer bütün tarix boyu dünyanın ən qorxulu yeri hesab olunub. Bu qorxulu yerin adı Ge Hinnomdur. Tarixi mənbələrə nəzər saldıqda bu real coğrafi məkanın daha qədim adının “Tofet” olduğunu görmək olar. “Əhti-Cədid”də aramey dilində bu ad “Gehenna” kimi göstərilib. “Əhti-Ətiq”də “Ge Ben Hinnom” kimi gedən bu söz “Hinnom oğullarının vadisi” kimi tərcümə olunur. Göründüyü kimi Hinnom şəxs adıdır. Vadi bir zamanlar Hinnom oğullarına məxsus olub ki, buna görə də “Hinnom oğullarının vadisi”, yəni Qədim ivrit dilində “Ge Ben Hinnom” adlandırılıb.
Dübəndi (geyim)
Dübəndi — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur. Dübəndini boğazı nisbətən kiçik olub, ayağı topuğa qədər örtülürdü. Onun boğazlığı qara və tünd qəhvəyi rəngli dəridən tikilir, altına aşılanmış göndən altlıq çəkilir və dabanına nal vurulurdu. Adətən, bu ayaqqabı ayağa geyildikdən sonra onun boğaz hisəsindəki simmetrik qoşa deşiklərdən keçirilən bəzəkli qaytanla üstü bağlanılırdı. Azərbaycanda başmaq, məst, uzunboğaz çəkmə tipli ayaq geyimlərindən istifadə olunmasının qədim tarixi vardır. Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan e.ə. XI-VIII əsrlərə aid edilən gil ayaqabı–qablar XIX əsrdə xalqın istifadəsində olan eyniadlı ayaqqabılara tipoloji oxşarlıq təşkil edir. Bu isə bir daha sübut edir ki, bu ayaqqabı növləri uzun zaman əsaslı dəyişikliyə uğramadan öz mühafizəkarlığını qoruyub saxlamışdır. XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq xalqın geyim dəstinə rus geyimi və ya ayaq geyimlərinin tədriclə daxil olması həm kişi həm də qadın ayaq geyimi olan qaloşun kütləvi istehsal çarıq, patava, dolaq, çust, başmaq, məst və s.
Dünbüli (Germi)
Dünbüli (fars. دومولي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 187 nəfər yaşayır (36 ailə).
Dünyamalı Məmmədov(geroy)
Dünyamalı Əhməd oğlu Məmmədov (1 (14) iyul 1900, Sabirabad, Lənkəran qəzası – 12 iyun 1983, Sabirabad, Cəlilabad rayonu) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Dünyamalı Məmmədov 1 iyul 1900-cü ildə Biləsuvar rayonununda doğulub. 1931–1968-ci illərdə — Həştərxan-Bazar rayonunun Xanaqya kənd Sovetinin, Puşkin rayonunun Xırmandalinski kənd Sovetinin sədri, Həştərxan-Bazar rayonunun Jdanov adına kolxozunun sədri, Andreevski pambıq qəbulu məntəqəsinin direktoru, pambıq qəbulu məntəqəsinin müdiri Quşçuluq fabriki, Həştərxan-Bazar rayonunun "Azərbaycan SSR-nin 40 illiyi" sovxozunun ustası. 1947-ci ildə kolxoz sədri kimi 64 hektar sahədən hər hektardan 30,23 sentner pambıq məhsulu almışdı. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1948-ci il 10 mart tarixli fərmanı ilə 1947-ci ildə yüksək buğda məhsulu əldə etdiyinə görə Dünyamalı Əhməd Əli oğlu Məmmədova Lenin və Oraq və Çəkic ordeni ilə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. qızıl medal. 1968-ci ildən ittifaq əhəmiyyətli təqaüdçü. Azərbaycanın ictimai həyatında fəal iştirak etmişdir. 1931-ci ildən Sov.İKP üzvü. 12 iyun 1983-cü ildə Cəlilabad rayonunda vəfat edib və həmin rayonda da dəfn olunub.
Dünyanın geosentrik sistemi
Dünyanın geosentrik sistemi — dünyanın quruluşu haqqında ilk təlimlərdən biri. Bu təlimə görə Yer dünyanın mərkəzində tərpənməz durur və bütün göy cisimləri onun ətrafında fırlanır. Bu sistemi Ptolomey "Almagest" əsərində müntəzəm şərh etmişdir. Təlim XVI əsrə qədər hökm sürmüşdür. Dinin müqavimətinə baxmayaraq, bu təlimi dünyanın heliosentrik sistemi təlim ilə əvəz olunmuşdur.
Dəlikyarğan (Germi)
Dəlikyarğan (fars. دليكيارقان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 53 nəfər yaşayır (12 ailə).
Elena George
Elena George (30 iyul 1985, Buxarest) — rumın müğənni. == Həyatı == Elena George 30 iyul 1985-ci ildə Rumıniyada anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Rumıniyanı "The Balkan Girls" (Azərbaycan dilində:"Balkan Qızları") mahnısı ilə təmsil etmişdir. I yarımfinalda 67 xal toplayaraq 9–cu olmuş və finala keçmişdir. Finalda isə 40 xal toplayaraq 19–cu olmuşdur.
Elxan Həsənov (general)
Elxan Həsənov (1959, İrəvan) — Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəis müavini, polis general-mayoru. == Həyatı == Həsənov Elxan İslam oğlu 1959-cu ildə Ermənistan SSR İrəvan şəhərində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə isə DİN-in Polis Akademiyasını bitirmişdir. 1980–1982-ci illərdə SSRİ Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçmişdir. 1986-cı ildə Azərbaycan SSR Daxili İşlər orqanlarında xidmətə başlamış və bu müddət ərzində müxtəlif məsul vəzifələrdə çalışmışdır. Sonralar o, Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin şöbə rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifələrində işləmişdir. İctimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və xidməti vəzifəsinin yerinə yetirilməsində xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı "İgidliyə görə" medalı ilə, 29 iyun 2018-ci il tarixli 263 nğmrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş, Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2009-cu il tarixli 363 nömrəli Sərəncamı ilə ona polis general-mayoru xüsusi rütbəsi verilmişdir. Ailəlidir, iki övladı var.
Elxanlar (Germi)
Elxanlar (fars. ايل خانلار‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (6 ailə).
Elçin Quliyev (general)
Elçin İsağa oğlu Quliyev (22 sentyabr 1967, Sumqayıt) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi rəisi (2002-ci ildən), Azərbaycan Sərhəd Qoşunlarının komandanı (2001–2017), Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini (2001–2002). == Həyatı == Elçin Quliyev 1967-ci il sentyabrın 22-də Sumqayıt şəhərində anadan olmuşdur. Elçin Quliyev 1974–1978-ci illərdə Sumqayıt şəhərində 20 nömrəli tam orta məktəbdə, 1978–1982-ci illərdə isə buradakı 23 nömrəli tam orta məktəbdə təhsil almışdır. Daha sonra o, 1982–1984-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirmiş, 1984-cü ildə isə Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olmuşdur. 1988-ci ildə oradan məzun olmuşdur. == Fəaliyyəti == Elçin Quliyev 1988–1992-ci illərdə Sovet Ordusunun Polşada yerləşən Şimal Qrupunda bir sıra vəzifələrdə xidmət etmişdir. 1992-ci ildə Azərbaycan Ordusunun sıralarında xidmət etməyə başlamışdır. 1992–1996-cı illərdə Xudat şəhərində əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996–2001-ci illərdə isə Xudat şəhərində sərhəd dəstəsinin rəisi vəzifələrində xidmət eləmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2001-ci il tarixli Fərmanına əsasən Elçin Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini — Sərhəd Qoşunlarının Komandanı təyin edilmişdir. 2001-ci il avqustun 15-də isə Elçin Quliyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən general-mayor hərbi rütbəsi vermilmişdir.
Elçin Quliyev (general-polkovnik)
Erigeron geiseri
Erigeron geiseri (lat. Erigeron geiseri) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Eritreya gerbi
Eritreya gerbi — Eritreyanın işlətdiyi rəsmi dövlət gerbidir. Gerbdə dairə içərisində qum üzərində dayanan sarı dəvə şəkli var. Dairəni hər iki tərəfində də gerbi əhatələyəcək şəkildə zeytun ağacı budaqlarından əmələ gətirilən sarı rəngli çələng vardır. Gerbin aşağısında şüar hissəsində isə kənarları qızılı tikməli, mavi rəngli lent üzərin ölkənin adı, dövlətin üç rəsmi dilində heraldik cəhətdən solda ərəbcə, ortada ingiliscə, sağda isə yerli tigrinya dilinde verilmişdir.
Ermənistan Sovet Sosialist Respublikası gerbi
Ermənistan Sovet Sosialist Respublikası gerbi — 1937-ci ildə Ermənistan SSR tərəfindən qəbul edilmişdir.
Ermənistan gerbi
Ermənistan gerbi — Ermənistanın rəsmi gerbi. 19 aprel 1992-ci il tarixində təsdiq edilmişdir. Üstündə sola baxan bir qartal və sağa baxan bir aslan fiquru vardır. Gerbin ortasındakı narıncı qalxanın içindəki dağ isə Ağrı dağıdır. Ermənistan gerbi Ermənistanın hədəfləri və məqsədləri haqqında məlumat verir.
Ernesto Çe Gevara
Ernesto Çe Qevara (isp. Ernesto Che Guevara; 14 iyun 1928[…], Rosario, Sante Fe əyaləti[d] – 9 oktyabr 1967[…], La İqera[d]) — argentinalı marksist-inqilabçı və siyasətçi. Fidel Kastro ilə birlikdə Kuba və beynəlxalq inqilab hərəkatının rəhbərlərindən olmuşdur. Adındakı "Çe" hissəciyi Kuba partizanları tərəfindən verilmişdir, argentinalılar üçün xarakterik müraciət forması olub, "yoldaş", "dost" və s. mənalarda işlənir. == Həyatı == Ernesto Qevara ispan və irland əsilli ailənin beş uşağının ən böyüyü olaraq Argentinanın Rosario şəhərində dünyaya gəlmişdir. Doğum haqqında şəhadətnaməsində doğum tarixi 14 iyun 1928-ci il yazılmasına baxmayaraq, bəzi mənbələrdə həmin il 14 may tarixində doğulduğu bildirilir. Qevaranın ulu babalarından Patrik Linç 1715-ci ildə İrlandiyanın Qaluey bölgəsində doğulmuş, İrlandiyanı tərk edib İspaniyanın Bilbao şəhərinə, oradan isə Argentinaya getmişdir. Qevaranın babası Fransisko Linç 1817-də, nənəsi Anna Linç 1868-də doğulmuşdur. Qaluey Anna Linçin oğlu və Çenin atası Ernesto Qevara Linç 1900-cü ildə doğulmuşdur.
Ernst Georq Pritzel
Ernst Georq Pritzel (alm. Ernst Georg Pritzel‎ və ya alm. Ernst Pritzel‎; 15 may 1875 – 6 aprel 1946, Berlin) — Almaniya botaniki, pedaqoqu və müəllim.. == Şərəfinə adlandırılmış taksonlar == Pritzeliella Henn. bitki cinsi; Aşağıdakı bitki növləri: Podotheca pritzelii Acacia pritzeliana C.A.Gardner == Əsərləri == Fragmenta Phytographiae Australiae Occidentalis (Bot. Jahrb. 35, 662 pp. 1905). Südwest-Australien (Fischer, Jena, 1933). Wälder in Nordost-Queensland (Fischer, Jena, 1934).
Euphorbia geniculata
Euphorbia heterophylla (lat. Euphorbia heterophylla) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Agaloma angustifolia Raf. Cyathophora ciliata Raf. Cyathophora heterophyla (L.) Raf. Cyathophora picta Raf. Euphorbia calyciflora Sessé & Moc. Euphorbia elliptica Lam. Euphorbia epilobiifolia W.T.Wang Euphorbia frangulaefolia Kunth Euphorbia frangulifolia Kunth Euphorbia geniculata Ortega Euphorbia havanensis Willd. ex Boiss.
Euphorbia geroldii
Euphorbia geroldii (lat. Euphorbia geroldii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Euphorbia heterophylla var. geniculata
Euphorbia heterophylla (lat. Euphorbia heterophylla) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Agaloma angustifolia Raf. Cyathophora ciliata Raf. Cyathophora heterophyla (L.) Raf. Cyathophora picta Raf. Euphorbia calyciflora Sessé & Moc. Euphorbia elliptica Lam. Euphorbia epilobiifolia W.T.Wang Euphorbia frangulaefolia Kunth Euphorbia frangulifolia Kunth Euphorbia geniculata Ortega Euphorbia havanensis Willd. ex Boiss.
Fikrət Məmmədov (general)
Fikrət Məmmədov (9 dekabr 1961, Lənkəran – 15 may 2002, Gədəbəy)— Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Üçüncü Ordu Korpusunun komandiri, "Qırmızı Ulduz", "Azərbaycan Bayrağı" ordeni kavaleri. == Həyatı == Fikrət Seyfulla oğlu Məmmədov 9 dekabr 1961-ci ildə Lənkəran şəhərində anadan olub. 1978-ci ildə Lənkəran şəhər 4 saylı beynəlmiləl orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz və neft istehsalı fakültəsinə daxil olub. Lakin, institutun II kursunun birinci semestrini bitirən Fikrət Məmmədov sənədlərini geri götürüb. Bir müddət Lənkəran 7 saylı avtobazada çilingər işləyib və 1980-ci ildə Bakı Ali Komandirlər məktəbinə daxil olub. 1985-ci ilin avqust ayından Əfqanıstan Demokratik Respublikasında desant qırıcı taqım komandiri, desant qırıcı bölük komandiri vəzifələrində xidmət edən Fikrət Məmmədov 1990–1993-cü illərdə Moskvada M. Frunze adına Hərbi Akademiyada təhsil alıb. 1993-cü ildən Azərbaycan Ordusunun tərkibində birbaşa cəbhəyə yollanıb və briqada komandiri təyin olunub. 1998-ci ilin mayında isə Fikrət Məmmədova general-mayor rütbəsi verilməklə Üçüncü Ordu Korpusunun komandiri vəzifəsinə təyinat alıb. Vətənin müdafiəsində göstərdiyi "Qırmızı Ulduz" ordeni və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Firdovsi Əliyev (geoloq)
Firdovsi Əliyev (Tam adı:Firdovsi Şamil oğlu Əliyev; d.1937; Azərbaycan, Tovuz, Düzqırıxlı k.) — Geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyatı == Firdovsi Əliyev 1937-ci ildə Azərbaycanın Tovuz rayonunun Düzqırıxlı kəndində anadan olub. 1959-cu ildə dağ mühəndisi-hidrogeoloq ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitunun geoloji-kəşfiyyat fakültəsini bitirib. 1959—2002-ci illərdə Azərbaycan Geologiya və Mineral Ehtiyatlar üzrə Dövlət Komitəsində işləmiş və kollektordan gidrogeoloji və mühəndis-geoloji partiyaların rəhbəri vəzifələrinə qədər yüksəlmişdir. 1988—2002-ci illərdə Dövlət Geoloji Komitəsinin hidrogeoloji və mühəndisi geologiya idarəsinin baş hidrogeoloqu işləmişdir. 1979-cu ildə "Suvarma şəraitlərində Şirvan düzünün qrunt sularının əmələgəlməsi qanunauyğunluğunun təhlili və rejimlərinin proqnozu" mövzusunda namizədlik, 1995-ci ildə "Texnogenez şəraitlərində Azərbaycan Respublikasının yeraltı sularının rejimlərinin əmələgəlmə qanunauyğunluğu" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. == Elmi fəaliyyəti == F.Ş.Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün ərazilərində hidrogeoloji və mühəndis-geoloji planalma işləri aparılmışdır. Şirin, mineral və termal sularının axtarışı və kəşfiyyatı, onların rejimlərinin öyrənilməsi ilə məşğul olmuşdur. Onun tərəfindən yeraltı suların çirklənməsi və tükənməsinin öyrənilməsi üzrə geoekoloji tədqiqatların aparılması layihəsi işlənib hazırlanmışdır. F.Ş.Əliyev Azərbaycanın şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ekiloji təmiz yeraltı sularla təchiz olunması problemi ilə məşğul olmuşdur.
Fort St. George
Fort St George (və ya tarixən White town (Ağ şəhər)) (Tamil dili: செயின்ட் ஜார்ஜ் கோட்டை) - Hindistanın Tamil Nadu əyalətinin paytaxtı Çennai (Madras) şəhərində yerləşən bir tarixi qaladır. Hindistandakı ilk ingilis (sonralar Britaniya) qalasıdır. 1644-cü ildə İngiltərə tərəfindən inşa edilən qala zamanla böyüməyə başlayan şəhərin mərkəzinə çevrilmişdir. Qalanın inşası daha çox yaşayış məntəqələri yaratmaq və ticarət fəaliyyətini artırmaq üçün boş ərazidə baş tutmuşdur. Beləliklə, şəhərin qala ətrafında inkişaf etdiyini söyləmək olar. Qala hazırda Tamil Nadu Qanunverici Məclisini və digər rəsmi strukturları özündə cəmləşdirir.
GECF
Qaz İxracatçısı Ölkələrinin Forumu (QİÖF; ing. Gas Exporting Countries Forum (GECF)) — dünyada təbii qaz ixracaatında liderlik edən ölkələrin birliyidir. Neft ixracatçıları ölkələri təşkilatı təçkilatına uyğunlaşdıraraq birliyi qeyri-rəsmi olaraq "qaz OPEK-i" adlandırırlar. Baxmayaraq ki, təşkilat üzvlərinin bəziləri birliyi kartel olmasının əleyhinədirlər. Təşkilat 2001-ci ildə Tehranda yaradılıb, rəsmi olaraq isə 2008-ci ildə Moskvada təsis edilib. Təşkilata dünyanın ən iri qqaz ixracatçıları daxildir ki, onlar dünyada mövcud olan qaz yataqlarının 42%-nə malikdirlər. Həmin ölkələrdə təsdiqlənmiş qaz ehtiyatlarının 70%-i, boru ilə qaz nəqli həcminin 40%-i, maye təbii qaz bazarının 65%-i cəmləşib.
GEFC
GEO (jurnal)
GEO — Səyahət tematikasına yönəlmiş beynəlxalq elmi-populyar jurnal. Əsası 1976-cı ildə Almaniyada qoyulmuşdu. Məqalələrin əsas mövzuları coğrafiya, tarix, mədəniyyət, etnoqrafiya, biologiya, psixologiya, astronomiya, səyahət, bioqrafiya və digərləridir. Əsas janr — reportajlardır. == Tarix == GEO jurnalının buraxılışı 1976-cı ildə Almaniyada, Hamburqda yerləşən «Gruner + Jahr» adlı nəşriyyat evində başlamışdı. 1979-cu ildə jurnal həmçinin Fransada, 1986-cı ildə isə İspaniyada da çap edilmişdi.

Digər lüğətlərdə