GENERAL

I. i. general; (familiya qarşısında) General; ordu ~ı general of the Army

II. s. general’s; ~ rütbəsi generalship, rank of general

GENEALOJİ
GENERAL-QUBERNATOR
OBASTAN VİKİ
Kərim Kərimov (general)
Kərim Abbasəli oğlu Kərimov (14 noyabr 1917, Bakı – 29 mart 2003, Moskva) — sovet mühəndisi və alimi, artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri (1966–1991). Sovet kosmik proqramının banilərindən biri. Kərimov uzun illər sovet kosmonavtikasında əsas şəxslərdən biri olsa da, onun şəxsiyyəti karyerasının çox hissəsi boyunca ictimaiyyətdən gizli saxlanılırdı. Kosmonavtikanın inkişafındakı xidmətlərinə görə çoxsaylı dövlət mükafatları laureatıdır. == Həyatı == Kərim Abbasəli oğlu Kərimov 1917-ci ildə Bakıda N. Aşurbəyli küşəsi ev 14 də babasının evində anadan olmuşdur. Ata və ana babası qədim Şamaxı şəhərindəndir. Anası Sürəyya Hacı Əsədulla qızı Kərimova (Əhmədova) Mesenat Z. Tağıyevin tikdirdiyi Bakı qızlar məktəbinin ilk məzunlarından olmuşdur. Atası Abbasəli Sankt-Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində çalışmağa başlamışdır. Balaca Kərim 5 yaşımdan Təzə Pir məscidi yanında babasının himayədarlığı ilə açılan molla məktəbində quranı-kərimi öyrənirmiş. Babası görkəmli ictimai-siyasi xadim Hacı Əsədulla Hacı Əhməd oğlu Əhmədov (1867, Şamaxı – 1941, Bakı) Məclisi-Məbusanının təsisi haqqında qanununa (1918, 19 noyabr) əsasən, Cümhuriyyət Parlamentinə seçilmişdir.
Mehman Baxışov (general)
Baxışov Mehman Abbas oğlu (28 iyul 1959, Altıağac, Xızı rayonu) — Müdafiə Sənayesi nazirinin müavini General-mayor (2013). == Həyatı == Mehman Baxışov 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altıağac kəndində anadan olmuşdur. 1966-cı ildə Abşeron rayonu Altı-Ağac orta kənd məktəbinin rus sektorunun 1-ci sinfinə getmişdir, 1974-cü ilə qədər həmin məktəbdə təhsil almışdır, 1974-cü ildən 1976-cı ilə qədər təhsilini C. Naxçıvanski adına Hərbi Liseydə davam etdirmişdir, 1976-cı ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş və 1981-ci ildə həmin məktəbi hərbi mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir. == Hərbi xidməti == 1974-cü ildə C. Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 1976-cı ildə həmin liseyi bitirmişdir. 1976-cı ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş və 1981-ci ildə həmin məktəbin hərbi mühəndis-texnoloq fakültəsini bitirmişdir. 1981-ci ilin iyul ayından 1985-ci ilin avqust ayınadək SSRİ Hərbi Dəniz Donanmasının Mərkəzi Kimya Anbarında Saxlama şöbəsinin rəisi vəzifəsində xidmət etmişdir 1985-ci ilin avqust ayından SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində aparıcı mühəndis vəzifəsində xidmət etmişdir. 1990-cı ilin noyabr ayından SSRİ Müdafiə Nazirliyinin Baş Hərbi Nümayəndəliyinin rəisi vəzifəsində xidmət etmişdir. 1990–1991-ci illərdə Marşal Timoşenko adına Ali Hərbi Akademiyasının "SSRİ Müdafiə Nazirliyinin Hərbi nümayəndələr" ixtisası üzrə Rəhbər Mühəndislər Heyəti fakültəsini bitirmişdir. 1992-ci ilin aprel ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyində Silah və Hərbi Texnika İdarəsində qərargah rəisinin müavini vəzifəsində xidmət etmişdir. 1992–1993-cü illərdə Qarabağda gedən döyüşlərdə iştirak etmiş, çətin döyüş tapşırıqlarını yerinə yetirmişdir.
Məhərrəm Əliyev (general)
Məhərrəm Abış oğlu Əliyev (20 oktyabr 1951, Maxta, Noraşen rayonu) — Azərbaycan siyasətçisi və diplomatı, Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2023-cü ildən). == Həyatı == Əliyev Məhərrəm Abış oğlu 1951-ci ilin oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində doğulub. 1973-cü ildən Daxili İşlər orqanlarında xidmət edib. 1978-ci ildə Moskva şəhər Orta Xüsusi Milis Məktəbini bitirdikdən sonra şəhər milis İdarəsi 131 saylı milis bölməsinə cinayət işləri üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib. 1980–1992-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib. Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb. 1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub. 2007–2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilib.
Namiq Abbasov (general)
Namiq Abbasov (22 fevral 1940, Ordubad – 27 mart 2024) — Azərbaycanın sabiq Milli Təhlükəsizlik naziri (1995–2004), Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri (2004–2012), general-polkovnik (2002). == Həyatı == Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan MSSR-nın Ordubad şəhərində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. 2 övladı var. Namiq Abbasov 84 yaşında 27 mart 2024-cü ildə vəfat edib, Nardəran kənd qəbiristanlığında dəfn edilib. == Fəaliyyəti == 1962–1976-cı illərdə "Abşeron" qəzetində şöbə müdiri, məsul katib, direktor müavini və sonra direktor vəzifələrində çalışmışdır. 1970-ci ildən partiya işinə keçmiş, Abşeron Rayon Partiya Komitəsində şöbə müdiri, sonra isə ikinci katibi vəzifəsində işləmişdir. 1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlamışdır. 1979-cu ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbininin ikiillik rəhbər heyət hazırlığı kursunu bitirmişdir. 1979–1982-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin 2-ci şöbəsinin (əks-kəşfiyyat) rəis müavini vəzifəsində, 1982–1984-cü illərdə həmin 2-ci şöbənin rəisi vəzifəsində, 1984–1986-cı illərdə isə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin kadrlar üzrə müavini — kardlar şöbəsinin rəisi vəzifəsində işləmişdir.
Naxçıvan General-Qubernatorluğu
Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu, Naxçıvan General-Qubernatorluğu və ya Əlahiddə Naxçıvan general-qubernatorluğu — Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsində yaratdığı idarəçilik orqanı; yerli azərbaycanlı əhalinin qəti tələbinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 28 fevral 1919-cu il tarixli qərarı ilə yaradılmışdı (sənədlərdə həmçinin "Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu", yaxud "Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar rayonlarının general-qubernatorluğu" da adlanır). == Tarixi == General-qubernatorluğun yaradılmasını şərtləndirən mühüm amillərdən biri də bölgənin müsəlman əhalisinin problemlərini həll etmək zərurəti olmuşdur. Naxçıvanın Müvəqqəti hökuməti Azərbaycan torpaqları olan Naxçıvan, Şərur, Ordubad qəzalarının "Cənub-Qərbi Azərbaycan" adı altında Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün həm ingilis komandanlığına, həm də Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinə müraciət etmişdi. Yerli hakimiyyətin təşkili üçün daxili işlər nazirliyinin 20 milyon manatlıq fondundan 500 min manatın general-qubernatorluq üçün ayrılması, Hökumətin bundan əvvəlki 1918 il 6 dekabr tarixli qərarına müvafiq olaraq ayrılmış bir milyon manatın 150 mininin Ermənistan ərazisində yaşayan müsəlman qaçqınlarının ehtiyacları üçün Ermənistandakı diplomatik nümayəndəyə, qalan 850 min manatın isə Cənub-Qərbi Azərbaycan qaçqınlarına yardım göstərmək üçün general-qubertorun sərəncamına verilməsi də qərarda öz əksini tapmışdı. Hökumətin 1919 il 3 mart tarixli qərarı ilə hərbi nazirliyə Cənub-Qərbi Azərbaycandakı silahlı qüvvələrin sayını və vəziyyətini aydınlaşdırmaq məqsədilə general-qubernatorluğa nümayəndə göndərilməsi, əlavə olaraq, bölgəyə daha 500 min manat vəsait ayrılması tapşırılmışdı. == Rəhbərlik == Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 28 fevral 1919-cu il tarixində qəbul etdiyi qərara əsasən Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski hərbi, Hacı Mehdi Bağırov isə mülki işlər üzrə general-qubernatorun müavinləri təyin olunmuşdular. General-qubernatorluğun nəzdində 7 nəfərdən ibarət Şura yaradılmışdı. Şuranın tərkibinə Naxçıvan qəzasından 2, Sürməli, İrəvan qəzalarının və Ordubad mahalının hərəsindən 1 nümayəndə daxil edilmişdi. 16 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarına əsasən Cənub-Qərbi Azərbaycan general-qubernatoru Bəhram xan Naxçıvanski öz xahişinə görə tutduğu vəzifədən azad olundu. Elə həmin gün digər bir qərarla Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər.
Nazim Əliyev (general)
Nazim Əliyev (1959, Ağdam rayonu) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, hüquq üzrə elmlər doktoru, polis general-mayoru. == Həyatı == Əliyev Nazim Tələt oğlu 1959-cu ildə Ağdam rayonunda anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Dövlət Universitetininin (indiki BDU-nun) Hüquq fakültəsini bitirmişdir. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2007-ci il tarixli 2280 nömrəli Sərəncamı ilə Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2008-ci il tarixli 2911 nömrəli Sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilmişdir. 2011-ci ilin iyun ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi vəzifəsində xidmət edir. Hüquq üzrə elmlər doktoru, 42 elmi-məqalənin, 2 dərs vəsaitinin və 1 monoqrafiyanın müəllifidir. Ailəlidir, iki övladı var.
Pakistanın General-Qubernatoru
Pakistan General Qubernatoru (urdu گورنر جنرل پاکستان‎)—1947-ci ildə ölkənin müstəqilliyindən olan Britaniya monarxının Pakistandakı nümayəndəsi idi. 1956-cı ildə Pakistan respublika elan edildikdə, general-qubernatorluq ləğv edildi.
General
General (lat. generālis — ümumi; tarixi Azərbaycandilli mənbələrdə سرتیب Sərtib sözü işlənirdi) — polkovnikdən sonra və marşala qədər quru və hava qüvvələrində yüksək rütbəli zabitlərə verilən hərbi rütbədir. Donanmadakı ekvivalenti “admiral”dır. Müraciət edərkən yalnız general-leytenanta və dörd ulduzlu generala “general” deyə müraciət edilərkən, briqadir və general-mayor rütbəli zabitlər birbaşa bu rütbələri ilə çağırılırlar. Ümumi olaraq general rütbələri bunlardır: Briqada generalı: Briqada komandiri General-mayor: Diviziya komandiri General-leytenant: Korpus komandiri Dörd ulduzlu general: Ordu komandiri Marşal və ya Böyük Admiral: Ordu Komandiri olaraq üç döyüşdə qalib gələn generallara verilən tituldur. Bununla birlikdə, hərbi vəzifələrdən əlavə təşkilati vəzifələrə təyinatlarla əlaqədar olaraq hər Briqadir bir briqada komandiri və ya hər general-mayor bir diviziya komandiri deyildir.
General-feldmarşal
General-feldmarşal (alm. Generalfeldmarschall‎) — alman və rus ordusunda quru qoşunlarında ali hərbi rütbə, dünyanın bir çox ölkələrində anoloji rütbə -feldmarşal. General-feldmarşal rütbəsi ilk dəfə XVII əsrdə — 1620-ci ildə Bohemiyada tətbiq edilmişdir.. Sonralar bu rütbədən (1657-ci ildən) Brandenburqda (Prussiyada) istifadə olunmuş və eyni zamandau bu rütbə digər alman dövlətlərində (Bavariyada, Saksoniyada, Hannoverdə, həmçinin Avstriyada və Niderlandda feldmarşal variantında hərbi rütbələr sırasına daxil edilmişdir. Rusiyada general-feldmarşal rütbəsi 1699-cu ildə I Pyotr tərəfindən tətbiq edilmişdir. Fransada və bir sıra digər ölkələrdə general-feldmarşal rütbəsinə uyğun olan marşal rütbəsindən istifadə olunmuşdur.
General-leytenant
General-leytenant — hərbi rütbə. == Azərbaycan == Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə vitse-admiral rütbəsidir.
General-mayor
General-mayor — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kontr-admiral rütbəsidir.
General-polkovnik
General-polkovnik — Azərbaycan Silahlı Qüvvələrində ən yüksək hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə admiral rütbəsidir.
General (1970)
== Məzmun == Film tanınmış azərbaycanlı general, hərbi xadim, artilleriya general-leytenantı, Rusiya-Yaponiya müharibəsinin iştirakçısı, Port Arturun müdafiəsində göstərdiyi igidliyə görə qızıl qılıncla mükafatlandırılmış, Nikolay ordusunda "artilleriyanın allahı" hesab olunan Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edir. == Film haqqında == Film-tamaşa yazıçı Qılman İlkinin eyniadlı povestinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Rauf Kazımovski Ssenari müəllifi: Qılman İlkin Quruluşçu operator: Nəriman Şıxəliyev Səs rejissoru: İsgəndər Kərimov === Rollarda === Yusif Vəliyev — Əliağa Şıxlinski Süleyman Ələsgərov Yusif Yulduz Ətayə Əliyeva — Nigar Məmmədağa Dadaşov Hacıbaba Bağırov Nadir Əsgərov Sadıq Hüseynov Muxtar Avşarov Bahadur Əliyev Məmməd Məcidov Məmmədsadıq Nuriyev Məmməd Sadıqov Əliheydər Həsənzadə == Mənbə == “Humay”ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
General (dəqiqləşdirmə)
General — Hərbi rütbə. General (film, 1970) — Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edən film. General Aslanov (film, 1970) — Həzi Aslanovun şanlı döyüş yoluna həsr olunmuş film. General Motors — ABŞ şirkəti.
General Dynamics
General Dynamics: Amerika Birləşmiş Ştatlarına məxsus olan müdafiə sənayesi şirkətidir. Türk Hava Qüvvələri və başqa ölkələrin istifadə etmiş olduğu F-16 hərbi təyyarəsinin əsil istehsalçısıdır. Bir çoxları F-16 layihəsi Lockheed Martin şirkətinin hesab etsə də, əslində bu təyyarənin ilkin dizaynı və elektron sistemləri General Dynamics şirkətinə məxsusdur.
General Motors
General Motors — rəsmi adı General Motors Corporation olan bu şirkətin əsası Uliyam Dyurant tərəfindən qoyulmuşdur. Uliyam Dyurant həmin vaxt artıq Buick şirkətinin sahibi idi. İlk vaxtlar şirkətin binası Flint şəhərində olsa da daha sonra sənaye mərkəzi olan Detroyt şəhərinə köçürülmüşdür, elə həmin il 1897-ci ildə yaradılan Oldsmobile şirkəti satın alınmışdır. 1909-cu ildə Dyurant Cadillac, Elmore, Oakland şirkətlərini də GM tərkibinə daxil edərək şirkəti daha da gücləndirdi. 1910-cu ildə Dyurant böyük miqdarda borclar və satışların az olma səbəbindən bankirlərin etibarını itirdi. Bir neçə il sonra "Dyurant Chevrolet Motor car" şirkətinin əsasını qoyur və həmin şirkət vasitəsi ilə gizli olaraq General Motorsun səhmlərini satın alır. 1920-ci ildə şirkətin başına keçən Alfred Sloyen General Motors şirkətini dünyanın ən böyük sənaye şirkəti etdi. 1931-ci ildən 2008-ə qədər dünyanın ən böyük avtomobil istehsalçısı olub. == Azərbaycanda fəaliyyəti == Azərbaycanda General Motorsun istehsalı olan maşınları Performans Centerdən əldə etmək olar. 2002-ci ildə şirkət Tolyati şəhərində daha yeni bir şərikli zavod açdı.
General Tanaka
General-Qubernatorluq
General-Qubernatorluq (alm. Generalgouvernement‎; pol. Generalne Gubernatorstwo) — İkinci Dünya müharibəsi illərində Almaniyanın Polşa kampaniyası zamanı Polşanın hərbi işğalı zamanı Polşa ərazisinin bir hissəsini ifadə edən "Böyük Almaniyanın" ayrı bir hissəsi idi. 1941-ci ildə, Barbarossa əməliyyatından sonra, Şərqi Qalisiyada Adolf Hitlerin (əsasən ukraynalılar) verdiyi bir sərəncamla Ümumi İdarəetməyə əlavə edildi. Hans Frank bu işğal olunmuş ərazilərə general qubernator təyin edildi. Bu yeni administrasiyanın rəsmi adı olan Frankın sərəncamı adı, 31 iyul 1940-cı ildə General-Qubernatorluq olaraq dəyişdirildi. Sovetlər 1944-cü ildə Polşanı aldılar və General-Qubernatorluq dağıldı. Frank 1945-ci ilin may ayında Amerika əsgərləri tərəfindən tutuldu və Nürnberq məhkəməsində mühakimə olunaraq edam edildi.
General motors
General Motors — rəsmi adı General Motors Corporation olan bu şirkətin əsası Uliyam Dyurant tərəfindən qoyulmuşdur. Uliyam Dyurant həmin vaxt artıq Buick şirkətinin sahibi idi. İlk vaxtlar şirkətin binası Flint şəhərində olsa da daha sonra sənaye mərkəzi olan Detroyt şəhərinə köçürülmüşdür, elə həmin il 1897-ci ildə yaradılan Oldsmobile şirkəti satın alınmışdır. 1909-cu ildə Dyurant Cadillac, Elmore, Oakland şirkətlərini də GM tərkibinə daxil edərək şirkəti daha da gücləndirdi. 1910-cu ildə Dyurant böyük miqdarda borclar və satışların az olma səbəbindən bankirlərin etibarını itirdi. Bir neçə il sonra "Dyurant Chevrolet Motor car" şirkətinin əsasını qoyur və həmin şirkət vasitəsi ilə gizli olaraq General Motorsun səhmlərini satın alır. 1920-ci ildə şirkətin başına keçən Alfred Sloyen General Motors şirkətini dünyanın ən böyük sənaye şirkəti etdi. 1931-ci ildən 2008-ə qədər dünyanın ən böyük avtomobil istehsalçısı olub. == Azərbaycanda fəaliyyəti == Azərbaycanda General Motorsun istehsalı olan maşınları Performans Centerdən əldə etmək olar. 2002-ci ildə şirkət Tolyati şəhərində daha yeni bir şərikli zavod açdı.
Qarabağ general-qubernatorluğu
Qarabağ general-qubernatorluğu — Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin Azərbaycana qarşı yeni ərazi iddiaları nəticəsində məcburiyyət qarşısında Qarabağda yaradılmış müvəqqəti inzibati idarəçilik rejimi. == Zəmin == Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Cənubi Qafqazda sülh və əmin-amanlıq yaratmaq məqsədilə Azərbaycan hökuməti 1918-ci il mayın 29-da İrəvanı ermənilərə güzəştə getdi. Bununla, Azərbaycan ciddi ərazi itkisinə yol verdi. Lakin ermənilər Azərbaycana qarşı ərazi iddialarını davam etdirdilər. Qarabağın dağlıq hissəsində yaşayan ermənilər iyulun 22-də onun müstəqilliyini elan etməyə cəhd göstərdilər. Andranik qiyamçı ermənilərə kömək məqsədilə silahsız azərbaycanlıların kütləvi surətdə qıra-qıra Zəngəzurdan Şuşa qəzasına keçdi. Gəncədə yerləşən Cümhuriyyət Hökuməti Bakını ələ keçirmiş Stepan Şaumyan daşnak-bolşevik rejiminin hərbi qüvvələrinə qarşı mübarizə apardığından, erməni separatçılarının törətdiyi problemi danışıqlar yolu ilə nizama salmağa çalışırdı. Bu məqsədlə Şuşaya nümayəndə heyəti göndərilmişdi. Avqustun 15-də ə Andronikin törətdiyi soyqırımlar ilə əlaqədar Ermənistan hökumətinə etiraz notası verilmişdi. Erməni hökuməti iki gün sonra verdiyi cavabında Andranikin xüsusi erməni korpusuna tabe olmadığını bildirmişdi.
Ramiz Tahirov (general)
Ramiz Firudin oğlu Tahirov (16 aprel 1966, Orconikidze) — Azərbaycan Respublikası Müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələrinin Keçmiş Komandanı, ehtiyata buraxılmış general-leytenant. == Həyatı == Tahirov Ramiz Firudin oğlu 16 aprel 1966-cı ildə Rusiya Federasiyasının Vladiqafqaz şəhərində anadan olub. 1983-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi liseyi, 1988-ci ildə Kiyev Ali Hərbi Zenit-Raket Mühəndislər Məktəbini fərqlənmə ilə, 2006-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə ilə bitirib. 1988–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində Sovet İttifaqı Marşalı A. M. Vasilevski adına Quru Qoşunlarının Hava Hücumundan Müdafiə Akademiyasında və SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində xidmət edib. 1992–2002-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib. 2002–2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisinin müavini vəzifəsində işləyib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 24.06.2005-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 21.06.2007-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 24. iyun 2015 tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və 19.04.2016-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
Rəşad Sadiqov (general)
Rəşad Heydər oğlu Sadıqov — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Baş Qərargah rəisi, "Vətənə xidmətə görə" ordeninin tam kavaleri. == Fəaliyyəti == Rəşad Sadiqov Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2012-ci il tarixli sərəncamları ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi İdarəsinin rəisi vəzifəsindən azad edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdir. Rəşad Sadiqov bu vəzifədə Firudin Nəbiyevi əvəzləmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2014-cü il tarixli Sərəncamı ilə Rəşad Sadiqova "general-leytenant" hərbi rütbəsi verilmişdir. Rəşad Sadiqov Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2012-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə, 28 avqust 2013-cü il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 16 avqust 2017-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Rəşad Sadıqov (general)
Rəşad Heydər oğlu Sadıqov — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Baş Qərargah rəisi, "Vətənə xidmətə görə" ordeninin tam kavaleri. == Fəaliyyəti == Rəşad Sadiqov Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2012-ci il tarixli sərəncamları ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi İdarəsinin rəisi vəzifəsindən azad edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdir. Rəşad Sadiqov bu vəzifədə Firudin Nəbiyevi əvəzləmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2014-cü il tarixli Sərəncamı ilə Rəşad Sadiqova "general-leytenant" hərbi rütbəsi verilmişdir. Rəşad Sadiqov Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2012-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə, 28 avqust 2013-cü il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 16 avqust 2017-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Samvel Karapetyan (general)
Samvel Cəmili Karapetyan (erm. Սամվել Ջամիլի Կարապետյան; təxəllüsü: Oqanovski; 11 sentyabr 1962, Stepanakert) — Ermənistan hərbi komandiri. O, Birinci Qarabağ müharibəsində iştirak etmişdir və general-mayor rütbəsinə malikdir. == Həyatı == Samvel Karapetyan 1962-ci ildə Xankəndində anadan olmuşdur. O, 1980–1983-cü illərdə SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. Qarabağ hərəkatının tərəfdaşlarından biri olan Karapetyan başçılıq etdiyi dəstə 1988-ci ildə Əsgəran yaxınlığında mitinq üçün Ağdamdan Xankəndinə doğru irəliləyən azərbaycanlıların önünə çıxmış, nəticədə çaxnaşma yaranmışdır. O, Birinci Qarabağ müharibəsində fəal iştirak etmişdir. Karapetyan 1992–1994-cü illərdə Xankəndi alayına komandanlıq etmişdir. Onun komandanlığı altında olan qüvvələr Qarabağda 18-ə yaxın kəndi işğal etmişdir. Karapetyan Araz çayından Murov dağ silsiləsinə qədər olan ərazidə gedən döyüşlərdə iştirak etmiş, döyüş meydanında dəfələrlə yaralanmışdır.
Tahir Əliyev (general)
Tahir Yunus oğlu Əliyev (1954, Cılfır, Qubadlı rayonu) — polis generalı, Azərbaycan Respublikasının müdafiə naziri (24 fevral 1992 – 17 mart 1992), Azərbaycan Respublikası Daxili İşlər Naziri (17 mart 1992 – 25 aprel 1992), Dövlət Gömrük Komitəsinin sədri (30 iyul 1993 – 10 yanvar 1995). Vəzifədə olduğu dövrdə Azərbaycan Xalq Cəbhəsi hərəkatını dəstəkləmişdir. == Həyatı == Tahir Əliyev əslən Qubadlı rayonunun Cılfır kəndindəndir. Uşaqlığı Yevlax şəhərində keçib. Orta məktəbi Gorusun Şurnuxu kəndində bitirib. 1971–1972-ci illərdə Mingəçevir şəhərində politexnik texnikumda təhsil alıb. 1975-ci il Kemerova DİO-də işə düzəlib. Sonralar orta milis məktəbi, Omsk şəhər Ali Milis Məktəbi və SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyasında təhsil alıb. 1988-ci ildə DQMV Daxili İşlər İdarəsi rəisinin müavini, elə həmin ilin payızında isə Sumqayıt Şəhər Daxili İşlər İdarəsini rəis müavini təyin edilib. 1991-ci ildə Azərbaycan Ali Sovetinə xalq deputatı seçilib.
Hikmət Həsənov (general-mayor)
Hikmət Hüseyn oğlu Həsənov (9 oktyabr 1975, Pirəhmədli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Birinci Ordu Korpusunun komandiri (2014–2021). 2016-cı il Aprel döyüşlərində istiqamət komandiri kimi cəbhənin 3 istiqamətində — Ağdam-Tərtər-Goranboy cəbhəsində döyüşləri idarə edib. 2020-ci il oktyabrın 3-də Ağdərə istiqamətində yerləşən Suqovuşanın işğaldan azad edilməsinə başçılıq etmişdir. == Hərbi xidməti == === Xidmətinin ilk illəri === Hikmət Həsənov 1993-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsində Taqım Komandiri vəzifəsində xidmət edib. Daha sonra xidmətini Ağdam rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandiri vəzifəsində davam edib. Ardınca isə bölük komandiri və tabor Komandiri vəzifələrində xidmət edib. 2002-ci ildə Çin Xalq Azadlıq Ordusunun Nanjinq Quru Qoşunları Ali Hərbi Akademiyasına daxil olub və 2003-cü ildə təhsilini xüsusi fərqlənmə ilə bitirib. 2003-cü ildə Qazax rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqada komandirinin MTT üzrə müavini vəzifəsinə təyin olunub, bir müddət sonra isə xidmətini Tovuz rayonu ərazisində yerləşən "N" saylı hərbi hissədə briqadanın qərargah rəisi olaraq davam edib. 2004-cü ildə Tovuz rayonu istiqamətində hal-hazırda adı "Dilqəm postu" olan mövqeyi erməni işğalından azad elədiyi üçün briqada komandiri vəzifəsinə təyin olub. 2005–2008-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə briqada komandiri vəzifəsində xidmət edib.
Hüseyn Quliyev (general-mayor)
Quliyev Hüseyn Abbasqulu oğlu (1939, Teymur Müskənli, Qubadlı rayonu – 1985, Moskva) — general-mayor, SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin rəisi, SSRİ-nin İrandakı səfirinin 1-ci müavini, SSRİ-nin Türkiyə konsulunun köməkçisi. == Həyatı == Hüseyn Quliyev 1939-cu ildə Azərbaycan SSR Qubadlı rayonunun Teymur Müskanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmağa çalışmışdır. Lakin bura qəbul olunmadıqda Ukrayna SSR Lvov şəhərinə gedərək orada Ali Hərbi Məktəbə qəbul olunmuşdur. həmin təhsil müəssisəsində təhsilini bitirdikdən sonra, diplomatiya təhsili almışdır. O, uzun müddət SSRİ Xarici İşlər Nazirliyində məsul vəzifələrdə çalışmış, o cümlədən SSRİ-nin İrandakı səfirliyində 1-ci müavin, Türkiyədə konsul köməkçisi işləmişdir. Hüseyn Quliyev 1970-ci illərin sonu 1980-cı illərin əvvəlləri SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinə rəisi vəzifəsinə təyin olunmuşdur. Tezliklə ona göstərdiyi xidmətlərə görə general-mayor rütbəsi verilmişdir. Lakin bu rütbəni o, uzun müddət gəzdirə bilməmiş, Moskva yaxınlığında 1985-ci ildə qəzaya düşərək həlak olmuşdur.
Kazım Ələkbərov (general-polkovnik)
Kazım Ələkbərov — Rusiya Federasiyasının Federal İcra Hakimiyyəti Xidmətinin Moskva şəhəri üzrə rəisi, 1-ci dərəcəli Dövlət Ədliyyə müşaviri, Federal İcra Hakimiyyətinin əməkçisi, hüqüq elmlər namizədi, general-polkovnik. == Həyat və fəaliyyəti == Kazım Ələkbərov 21 noyabr 1960-cı ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Kiçik Vedi kəndində anadan olmuşdur. Uşaqlıq və məktəb illərini doğma kəndində keçirdikdən sonra 16 yaşında ikən Bakıya daha sonra isə Moskvaya yola düşür. Əvvəl hərbi xidmətini başa vurduqdan sonra Patris Lulumba adına Xalqlar Dostluğu Universitetinin tarix fakültəsini, daha sonra isə Moskva Dövlət Hüqüq Akademiyasının hüqüq fakültəsini bitirir. Kazım Ələkbərov qısa zamanda Moskvanın bir çox rayonlarında Məhkəmə İcraçıların rəisi vəzifəsinə yüksəlir.
Kəlbəli xan Naxçıvanski (general-mayor)
Kəlbəli xan Naxçıvanski və ya III Kəlbəli xan (20 oktyabr 1891, Naxçıvan – 1931, İran) — Cənub-Qərbi Azərbaycan general-qubernatorunun hərbi işlər üzrə müavini, İran general-mayoru. == Həyatı == 20 oktyabr 1891-ci ildə Naxçıvan şəhərində anadan olub. 19 oktyabr 1909-cu ildə 18 yaşlı Kəlbəli xan kadet korpusunu bitirib və Qafqaz hərbi məktəbinin Nikolayevski eskadronuna sıravi yunker kimi təhsilini davam etdirmək üçün qəbul edilib. 6 avqust 1911-ci ildə Əlahəzrətin saray qvardiyasında kornet rütbəsində hərbi xidmətə göndərilib. 1925-ci ildən sonra hakimiyyəti ələ keçirən Pəhləvilər Kəlbəli xan və onun qardaşına qənim kəsildilər. Bəzi sənədlərdə III Kəlbəli xanın 1931, bəzilərində isə 1934-cü ildə Rza şahın tapşırığı ilə öldürüldüyü haqqında məlumat var. Əkbər xan Naxçıvanskinin 68 səhifəlik istintaq işində olan məlumat 1934-cü ilə aiddir və bizcə, bu tarix dürüstdür. Rusiyanın hərbçi şərqşünası Smirnov yazır ki, III Kəlbəli xanın ulu babası kimi əvvəlcə gözlərini çıxarıb, sonra öldürüblər. Bununla ürəyi soyumayan Rza şah Cəfərqulu xanın oğlu Davud xanı da məhv etdirdi. Hətta, Naxçıvanskilərə çox rəğbət göstərən və qohumları olan Makı sərdarı Mürtəzaqulu xanı zəhərlədib öldürtdü.
Murad Hüseynov (General-mayor)
Murad Qoşun oğlu Hüseynov (11 aprel 1948) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi (1998–2005), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə və Qəza-Xilasetmə İşlər İdarəsinin rəisi (1995–1998), polis general-mayoru. == Həyatı == Hüseynov Murad Qoşun oğlu 1948-ci ildə Qafan rayonunun Oxtar kəndində anadan olub. 1965-ci ilin sentyabrında keçmiş "Leninneft" NQÇİ-nin 11 saylı mədənində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. Buruqlarda baş vermiş yanğın hadisələri Murad Hüseynovun həyat yolunu müəyyənləşdirib. Baş verən yanğınların söndürülməsində yanğınsöndürənlərin şücaəti Murad Hüseynovun qəlbində bu əsl kişi peşəsinə məhəbbət hissləri oyadıb. Elə bu hisslərlə o taleyini yanğından mühafizə xidmətinə bağlayıb. 1966-cı ilin sentyabrında Bakıda Yanğından Mühafizə İdarəsinin 1-ci Tabeli Hərbiləşdirilmiş Yanğın hissəsində yanğınsöndürən vəzifəsində xidmətə başlayıb. 18 yaşından taleyini yanğından mühafizə xidmətinə bağlayan sıravi yanğınsöndürən Murad Hüseynov elə ilk anlardan öz nümunəvi xidməti ilə fərqlənib. Peşə sirlərinə yiyələnməklə, döyüş qabiliyyətini yüksəltməklə perspektivli əməkdaş kimi tanınıb. Qısa bir müddət ərzində müsbət keyfiyyətləri ilə seçilən Murad Hüseynov 1968-ci ildə SSRİ DİN Xarkov Yanğın Texniki Məktəbinin əyani şöbəsində təhsil almağa göndərilib həmin nazirliyin Moskvadakı Akademiyasını bitirib.
Məhəmməd Həsənov (general-mayor)
Məhəmməd Kərim oğlu Həsənov (25 fevral 1966, Qazax rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru; Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi Liseyin rəisi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Komandanının müavini; Günnüt əməliyyatı və Vətən müharibəsinin iştirakçısı. 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və 2018-ci ildə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. == Həyatı == Məhəmməd Həsənov Qazax rayonu Aslanbəyli kəndində anadan olub. Ali təhsilini bitirdikdən sonra rus dili müəllimi olaraq işləməyə başlamışdır. 20 yanvar hadisələrində Sovet İttifaqına qarşı etiraz nümayişində fəal iştirakçılardan olmuş və son anda tankın altından sağ çıxmağı bacarmışdır. Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanmış və ağır döyüşlərdə iştirak edərək bir neçə qəlpə yarası almışdır. == Hərbi Xidməti == Müharibədən sonra hərbi xidmətdə qalaraq ordu quruculuğunda mühüm işlər görmüşdür. Mətbuatda açıqlanmayan bir çox əməliyyatların iştirakçısı olmuşdur. Hərbi hissə komandiri və digər mühüm vəzifələrdə xidmət etmişdir. 2019-cu il aprel ayında polkovnik Məhəmməd Həsənov Naxçıvan Muxtar Respublikası Heydər Əliyev adına Hərbi Liseyə rəis təyin olunmuşdur.
Natiq Əliyev (general-mayor)
Natiq Əliyev (26 avqust 1964, Əmirxeyir, Krasnoselsk rayonu) — Azərbaycan Müdafiə Nazirliyi Tibb baş idarəsinin sabiq rəisi. Əczaçılıq elmləri namizədi, Ehtiyatda olan hərbi zabit. General-mayor. == Həyatı və fəaliyyəti == Natiq Əliyev 26 avqust 1964-cü ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Krasnoselo rayonunun Əmirxeyir kəndində anadan olub. 1970-ci ildə ilk təhsilinə başlayıb 1982-ci ildə təhsilini bitirərək, Azərbaycan Dövlət Tibb İnstitutuda Əczaçılıq fakültəsidə təhsil alıb. 1987-ci ildə təhsilini bitirdikdən sonra elə həmin ildə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olub və 65407 nömrəli Naxçıvan qarnizonu hospitalının tibbi təhcizat rəisi kimi calışıb. Natiq Əliyev müxtəlif illərdə Silahlı Qüvvələrin Hərbi Tibbi İdarəsinin baş zabiti, Müdafiə Nazirliyinin ‘’Goradil’’ və ‘’Mərdəkan’’Hərbi İstirahət Evlərinin rəis, Bakı qarnizonu hospitalının rəis, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəis kimi fəaliyyət göstərib. 2001-ci ildə Azərbaycan Kooperasiya Universitetidə Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində daxil olub. 2004-cü ildə təhsilini başa vurub. 2012–2020-ci illərdə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Naxçıvanda Amerika general-qubernatorluğu
Naxçıvanda Amerika general-qubernatorluğu — Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqazda möhkəmlənmək və Naxçıvanı erməni nəzarətinə vermək üçün zəmin hazırlamaq məqsədilə yaratdığı hərbi inzibati idarəçilik forması. Qafqazda nüfuz dairəsi qazanmağa çalışan ABŞ-nin əlverişli strateji mövqedə yerləşən Naxçıvan bölgəsində möhkəmlənmək planları Antanta dövlətlərinin Ermənistana ali komissar təyin etdikləri amerikalı polkovnik V.Haskelin 1919-cu ilin sentyabrında irəli sürdüyü "Haskel layihələri" adlandırılan sənəddə öz əksini tapmışdı. Layihədə Azərbaycan torpaqları olan Naxçıvan və Şərur-Dərələyəz qəzalarının əlahiddə bitərəf zona elan edilməsi və bu ərazidə Naxçıvan general-qubernatorluğunun yaradılması nəzərdə tutulurdu. ABŞ-nin himayəsi altında Naxçıvana yiyələnməyə çalışan Ermənistanın daşnak hökuməti "Haskel layihələri"nin gerçəkləşməsi üçün canfəşanlıq göstərirdi. 1919-cu ildə ABŞ Azərbaycan ərazisinin bir hissəsini — Naxçıvan diyarını ələ keçirməyə cəhd göstərdi. Birləşmiş Ştatlar Cənubi Qafqaz, İran və Türkiyənin qovuşuğunda yerləşən Naxçıvana xüsusi hərbi-strateji əhəmiyyəti olan ərazi kimi baxırdı. V.Haskelin Azərbaycan və daşnak Ermənistanı hökumətlərinə göndərdiyi direktivdə göstərilirdi ki, Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Azərbaycan xalqının, o cümlədən Naxçıvan əhalisinin mənafeyinə zidd olan bu layihələri qətiyyətlə rədd etdi və onların gerçəkləşməsinə imkan verməyəcəyini bildirdi. Haskelin müavini polkovnik Ceyms Rey 1919-cu il oktyabrın 24-də Naxçıvana gəldi və Müsəlman Milli Şurası qarşısında V.Haskelin bəyanatını elan edərək, qubernatorluğun yaradıldığını, ABŞ ordusunun mühəndisi, polkovnik Edmund L.Dellinin ona başçı təyin olunduğunu bildirdi. Ermənistan-daşnak hökumətinin razılıqla qarşıladığı bu bəyanat Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qəti etirazı və Naxçıvan əhalisinin ciddi müqaviməti ilə üzləşdi. Naxçıvan Milli Şurasının və bütün Naxçıvan əhalisinin təkidiylə Ceyms Rey qərarını dəyişməyə məcbur oldu.
Nazim Məmmədov (general-leytenant)
Nazim Xeyrulla oğlu Məmmədov (8 oktyabr 1951, Ordubad – 26 avqust 2022) — Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini (2007–2018), gömrük xidməti general-leytenantı (2010), daxili xidmət general-leytenantı (2018). == Həyatı == Məmmədov Nazim 1951-ci il oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olub. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlamışdır. 1976–1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləmişdir. 1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışmışdır. 1999-cu ildə isə Təfəkkür Universitetinin hüquq fakültəsini bitirmişdir. Ailəli idi, 3 övladı var. == Siyasi fəaliyyəti == Nazim Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2007-ci il tarixli 2607 nömrəli sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini təyin olunmuşdur. Nazim Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2018-ci il tarixli 289 nömrəli sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsindən azad edilmişdir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2018-ci il tarixli 290 nömrəli sərəncamı ilə fövqəladə hallar nazirinin müavini təyin edilmişdir.
Nikolay Adlerberq (general-mayor)
Qraf Nikolay Aleksandroviç Adlerberq (rus. Николай Александрович Адлерберг; 12 avqust 1844 və ya 24 aprel 1844, Sankt-Peterburq – 14 (27) aprel 1904, Yalta, Tavriya quberniyası[d]) — Rusiya sərkərdəsi, general-mayor, 1877–1878-ci illər Rusiya–Osmanlı müharibəsinin iştirakçısı. == Həyatı == Nikolay Aleksandroviç Adlerberq 12 avqust 1844-cü ildə Rusiya imperiyasında, Sankt-Peterburqda qraf Aleksandr Adlerberqin ailəsində anadan olmuşdur. O, Səhifələr korpusunda təhsil almış, 13 iyun 1862-ci ildə buradan tərxis edilmiş və 2 avqustda Preobrajenski alayının xilasedici qvardiyasının giziri rütbəsinə yüksəlmişdir. Adlerberq 1863-cü ildə Polşa üsyanının yatırılmasında iştirak etmiş və fərqlənməyə görə 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdir. Adlerberq 5 sentyabr 1867-ci ildə Əlahəzrətin müşayiəti ilə adyutant qanad təyin edilmişdir. O, 1868-ci ildə 3-cü dərəcəli "Müqəddəs Anna", 1870-ci ildə isə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni ilə təltif edilmişdir. Adlerberq 13 may 1871-ci ildə Əlahəzrətin Hərbi Düşərgə İdarəsinin məmuru təyin edilmişdir. O, 11 yanvar 1874-cü ildə fərqləndiyinə görə polkovnik rütbəsi almış, 19 mart 1877-ci ildə isə Dövlət Əmlakı Nazirliyinin Ümumi İşlər İdarəsinin müdiri vəzifəsini icra edən təyin edilmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Исмаилов Э. Э. Золотое оружие с надписью «За храбрость».
Oqtay Məmmədov (general-mayor)
Oqtay Məmmədov (tam adı:Oqtay İlyas oğlu Məmmədov; 17 iyun 1963, Ermənistan SSR) — Azərbaycanlı general-mayor, Kürdəmir rayon Polis şöbəsinin rəisi (2013–2016). == Həyatı == Oqtay Məmmədov 1963-cü il 17 iyun tarixində Qərbi Azərbaycanda anadan olmuşdur. 1986-cı ildə Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 1986–1988-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir, iki övladı, beş nəvəsi var. == Fəaliyyəti == 1986–2006-cı illərdə Daxili İşlər Nazirliyinin İslah əmək müəssisələri idarəsində, Maliyyə-plan idarəsində, İstirahət evində, İqtisadi sahədə cinayətkarlıqla mübarizə idarəsində, Daxili təhqiqatlar idarəsində, Nəqliyyatda Baş Polis İdarəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır. 2006–2013-cü illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəis müavini vəzifəsində işləmişdir. 2013–2016-cı illərdə Kürdəmir rayon Polis şöbəsinin rəisi olmuşdur. 2016-cı il 5 iyul tarixindən ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin rəis müavini vəzifəsinə təyin edilmişdir. Cinayətkarlıqla mübarizədə fərqləndiyinə, habelə uzun illər ərzində qüsursuz xidmətinə görə daxili işlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüşdür.
Ordu generalı
Ordu generalı — == Azərbaycanda == Azərbaycan Respublikası Silahlı Qüvvələrində general-polkovnik rütbəsindən daha yüksək olan hərbi rütbə. Bu, ordu generalının ümumi rütbəsindən əlavə xidməti (qüvvələr) və xüsusi təyinatlı qüvvələrin (1993-cü ildə siyahıdan çıxarıldı) marşallarının sıraları mövcud olduğu SSRİ Silahlı Qüvvələrindən fərqli olaraq, bütün qoşunların (qüvvələrin) və xüsusi təyinatlı qüvvələrin hərbçilərinə təyin edilə bilər. == Həmçinin bax == Dörd ulduzlu general Böyük Admiral Ordu generalı (Rusiya) Həqiqi dövlət ədliyyə müşaviri Ordu generalı (SSRİ) == İstinadlar == == Xarici keçidlər == Azərbaycanda Ordu generalı rütbəsi kimə verilə bilər?
Ordu generalı (Azərbaycan)
Ordu generalı — Azərbaycan Silahlı Qüvvələrində ən ali hərbi rütbə. == Haqqında == Ordu generalı hərbi rütbəsi NATO təsnifatındakı "OF-9" ranqına, habelə dörd ulduzlu general rütbəsinə uyğundur. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ordu generalı üçün həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilmir. == Təsnifatı == "Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası"na əsasən ordu generalı hərbi rütbəsi prokurorluq və ədliyyə orqanlarındakı Həqiqi dövlət ədliyyə müşaviri, gömrük orqanlarındakı həqiqi dövlət gömrük xidməti müşaviri, vergi orqanlarındakı həqiqi dövlət vergi xidməti müşaviri ali xüsusi rütbələrinə, eləcə də dövlət qulluğundakı həqiqi dövlət müşaviri ixtisas dərəcəsinə uyğundur. == Fərqlənmə nişanları == Ordu generallarının poqonlarında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin emblemi əvəzinə rəngli təsvirdə Azərbaycan Respublikasının Dövlət Gerbi yerləşdirilir. Gerbin ölçüləri 45x50 mm-dir. Poqonlarındakı üzərində ölçüsü 30 mm olan 1 ədəd səkkizguşəli ulduz vardır.
Ordu generalı (Rusiya)
Ordu generalı (rus. Генерал армии) — Rusiya Federasiyası Silahlı Qüvvələrində general-polkovnik rütbəsindən daha yüksək və Rusiya Federasiyasının Marşalı rütbəsindən aşağı olan hərbi rütbə. Bu, ordu generalının ümumi rütbəsindən əlavə xidməti (qüvvələr) və xüsusi təyinatlı qüvvələrin (1993-cü ildə siyahıdan çıxarıldı) marşallarının sıraları mövcud olduğu SSRİ Silahlı Qüvvələrindən fərqli olaraq, bütün qoşunların (qüvvələrin) və xüsusi təyinatlı qüvvələrin hərbçilərinə təyin edilə bilər. Ehtiyatda olan və ya istefada olan bir ordu generalı hərbi rütbəsinə müvafiq olaraq "ehtiyat" və ya "istefada olan" sözləri əlavə edilir. Hərbi Dəniz Qüvvələrində Böyük Admiral hərbi rütbəsinə uyğundur; sinfi rütbələri "Rusiya Federasiyasının 1-ci dərəcəli Həqiqi Dövlət Müşaviri" (dövlət qulluğunda), "Rusiya Federasiyasının Həqiqi Dövlət Müşaviri" (Ədliyyə orqanı) və "Həqiqi Dövlət Ədliyyə Müşaviri" (prokurorluqda); xüsusi rütbə "Rusiya Federasiyasının Polis Generalı", "Rusiya Federasiyasının Ədliyyə Generalı", "Rusiya Federasiyası Daxili Xidmət Generalı" və "Rusiya Federasiyası Gömrük Xidmətinin Həqiqi Dövlət Müşaviri".
Ordu generalı (SSRİ)
Ordu generalı — SSRİ-də Ali hərbi rütbə. SSRİ-də bu rütbəni ilk dəfə Georgi Jukov alıb. == SSRİ ordu generalları == 1. Georgi Jukov 2. Kirill Meretskov 3. İvan Tyulenov 4. İosif Apanasenko 5. Dmitri Pavlov 6. Nikolay Vatutin 7. Rodion Malinovski 8.
Porsuk (Məhəmməd Təpərin generalı)
Porsuq ibn Porsuq və ya Bursuk ibn Bursuk (ö. 1116) — Səlcuqlu generalı və Həmədan şəhərinin əmiri. == Həyatı == Özü kimi Səlcuqlu generalı olan və onunla yeni adı daşıyan Porsuqun oğludur. Səlcuqlu sultanı Məhəmməd Təpərə xidmət etmişdir. Həmədan əmiri olaraq 110-cu illərdə Səlib yürüşlərinə qarşı reallaşan səfərlərə qatılmışdır. Mardində olan Artuqlu bəyliyi hökmdarı İlqazi bəy Sultanın ordusunun ali komandanlarından olan Ağsunqur əl-Porsuqini 1114-c ildə məğlub etdi. Məhəmməd Təpər Porsuqu Ağsunqurun yerinə təyin etdi və bundan əlavə, onu səlibçilərə qarşı cihad ilə vəzifələndirdi. Mosul və Yuxarı Mesopotamiyada yeni bölmələri topladıqdan sonra Porsuq 1115-ci ildə əvvəllərində Suriyanı ələ keçirdi. Qısa müddət sonra Urfanı mühasirəyə aldıqdan sonra hərbi qərərgahını qurmaq istədiyi Hələbə yola düşdü. Hələbin xədim əmiri Lulu Porsuq qarşısında kömək istəyi ilə İlqazi bəy ilə Şam atabəyi Tuğtəkinə elçilər yolladı.
Porsuq (Məhəmməd Təpərin generalı)
Porsuq ibn Porsuq və ya Bursuk ibn Bursuk (ö. 1116) — Səlcuqlu generalı və Həmədan şəhərinin əmiri. == Həyatı == Özü kimi Səlcuqlu generalı olan və onunla yeni adı daşıyan Porsuqun oğludur. Səlcuqlu sultanı Məhəmməd Təpərə xidmət etmişdir. Həmədan əmiri olaraq 110-cu illərdə Səlib yürüşlərinə qarşı reallaşan səfərlərə qatılmışdır. Mardində olan Artuqlu bəyliyi hökmdarı İlqazi bəy Sultanın ordusunun ali komandanlarından olan Ağsunqur əl-Porsuqini 1114-c ildə məğlub etdi. Məhəmməd Təpər Porsuqu Ağsunqurun yerinə təyin etdi və bundan əlavə, onu səlibçilərə qarşı cihad ilə vəzifələndirdi. Mosul və Yuxarı Mesopotamiyada yeni bölmələri topladıqdan sonra Porsuq 1115-ci ildə əvvəllərində Suriyanı ələ keçirdi. Qısa müddət sonra Urfanı mühasirəyə aldıqdan sonra hərbi qərərgahını qurmaq istədiyi Hələbə yola düşdü. Hələbin xədim əmiri Lulu Porsuq qarşısında kömək istəyi ilə İlqazi bəy ilə Şam atabəyi Tuğtəkinə elçilər yolladı.
Porsuq (Toğrulun generalı)
Porsuq və ya Bursuk — Böyük Səlcuqlu dövlətinə xidmət edən türk hərbi komandandır. Porsuqun atasıdır. Oğlu Məhəmməd Təpərə xidmət etmişdir. == Həyatı == Sultan Toğrul Porsuqu 1059-cu ildə şahnəliyə, 1063-cü ildə isə hacibliyə təyin etmişdir. Sonrakı il Sultan Alp Arslan tərəfindən asılı dövlətlərdən vergi toplamaq vəzifəsi ona verildi. Malazgird döyüşünə qatıldığı deyilsə də, tarixçilər buna şübhə ilə yanaşırlar. 1077-ci ildə Sultan Məlikşah onu Anadolunun fəthinə göndərdi. Bizans imperiyasını Böyük Səlcuqlu dövlətinə 300.000 dinar xərac, birbaşa imperatoru da 30.000 dinar cizyə verməyə məcbur etmişdir. 1078-ci ildə Sultan Məlikşahın əmri ilə Qutalmışın oğulları arasındakı mübarizəyə müdaxilə etmişdir. Süleymanşah ilə ittifaq edərək Mnasuru kənarlaşdırdı.

Значение слова в других словарях