GEOMOROFOLOJİ PLANALMA

relyefin öyrənilməsində əsas üsullardan biri. Geomorfoloji xəritələrin, profillərin tərtibində eyni zamanda aerovizual müşahidə, kosmik və aerofotoşəkillərin şifrlənməsi üsullarından da istifadə olunur. G.p. əsasında kiçik, orta və iri miqyaslı xəritələr tərtib olunur. геоморфологическая съемка geomorphological survey
GEOMORFOTEKTONİKA
GEOSFERLƏR
OBASTAN VİKİ
Geoloji planalma
Geoloji planalma - Yer qabığının hər hansı bir sahəsinin geoloji quruluşunun və perspektiv mineral-xammal ehtiyatlarının müəyyən edilməsinin əsas üsullarından biri; sahənin birbaşa naturadan geoloji xəritəsini qurmaq üçün aparılan işlərin məcmusu. İki mərhələdən ibarətdir: çöl tədqiqatları və toplanmış faktiki materialın kameral işlənilməsi. Çöl işləri zamanı çöl geoloji xəritəsi tərtib edilir. Bunun üçün təbii çıxışlar, qazıma quyuları, layların yatım elementlərini göstərməklə dağ-mədən qazımaları planlı surətdə öyrənilərək topoqrafik əsasa köçürülür. Geoloji sərhədlər, tektonik strukturlar, qırılma pozulmaları izlənilir, süxurların litoloji tərkibi, mənşəyi, yatma şəraiti və təxmini yaşı müəyyən edilir. Eyni zamanda, kontakt zonaları, faydalı qazıntıların, xüsusilə qaz və neftin təzahürləri qeydə alınır. Süxur, faydalı qazıntı, fauna və flora nümunələri götürülür. Bütün müşahidələr geoloji gündəlikdə qeyd edilir. Kameral işləmə prosesində çöl tədqiqatlarının nəticələri dəqiqləşdirilir: çöldə yığılmış süxur və faydalı qazıntı nümunələri xüsusi laboratoriya tədqiqat üsulları (mikroskopik, kimyəvi, spektroskopik, lüminssent və b.) öyrənilir. Fossil fauna və flora qalıqları təyin edilir, qrafiklər (stratiqrafik sütunlar, geoloji kəsilişlər, xəritələr və b.) çəkilir və geoloji hesabat tərtib edilir.
Marşrut planalma
Marşrut planalma (rus. маршрутная съемка, ing. compass sketching) — topoqrafik və başqa xəritələri tərtib etmək və yenidən düzəltmək üçün ayrı-ayrı marşrutlar üzrə yerin plana alınmasıdır. İnstrumental menzula, aerofototopoqrafik və b. ilə /, yaxud gözəyarı planalma üsulları ilə aparılır.