Macronectes giganteus
Nəhəng cənub fırtınaquşu (lat. Macronectes giganteus) — olduqca iri, yırtıcı quş. Növ Fırtınaquşular (Procellariidae) fəsiləsinə, Fırtınaquşukimilər (Procellariiformes) dəstəsinə daxildir. Növ ilk dəfə alman həkimi, botanik və zooloqu İohan Qmelin Fridrix (alm. Johann Friedrich Gmelin, 1748–1804) tərəfindən 1789 ildə Odlu Torpaq arxipelaqına daxil olan İsla-de-los-Estados adasında aşkarlamışdır. Nəhəng fırtınaquşu cinsinə daxil olan iki növdən biridir.
Yamayış arelı əsasən Cənub okeanı akvatoriyası üzərində yerləşən məkandır. Nəhəng şimal fırtınaquşu ilə arealının üst-üstə düşməsinə baxmayaraq nisbətən cənubda yayılmışdır.
Nəhəng fırtınaquşu cinsinə daxil olan iki növ öz fəsiləsinin ən iri quşlarıdır. Qanadları arasında məsafə 185–205 sm, çəkisi isə 2,63–5,24 kq təşkil edir.