GIF

Graphics Interchange Format Qrafiki mübadilə formatı
GIAC
GIG
OBASTAN VİKİ
Giffen əmtəəsi
Giffen əmtəələri (ing. giffen good) — iqtisadiyyat və istehlakçı seçimi nəzəriyyəsində insanların qiyməti artıqca istehlakını artırdığı bir əmtəə növü. Hansı ki, bu tələb qanunun əksidir. Tələb qanuna əsasən bir əmtəənin qiyməti artıqda onun istehlak miqdarı azalmalıdır. == Tarix == Bu anlayış Şotlandiyalı iqtisadçı Robert Qiffenin adı ilə bağlıdır. İrlandiyada aclıq(qıtlıq) zamanı o bu paradoksu müşahidə etmişdir.O kartofun qiymətinin qalxmasına baxmayaraq insanların kartof istehlakını artırdığını müşahidə etmişdir. == Fərziyyələri == Bir əmtəənin qiffen əmtəəsi ola bilməsi üçün müəyyən fərziyyələr vardır ki, onlar ödəndikdə əmtəə qiffen əmtəəsi olur. Yəni əmtəələr şəraitə görə qiffen əmtəələrinə çevrilirlər. Bu fərziyyələrdə aşağıdakılardır : Əmtəə keyfiyyətsiz əmtəə olmalıdır Əmtəə istehlakçının büdcəsində əhəmiyyətli Əmtəənin yaxın əvəzləyicisi olmamalıdır Əmtəənin istehlakçıları orta və aşağı gəlir səviyyəlilərdir Belə bir şəraitdə İrlandiyada kartofun qiyməti qalxsada ona olan tələb miqdarı artırdı.
Gifu
Gifu (岐阜市, Gifu-shi) — Gifu prefekturasının inzibati mərkəzidir. Bir şəhər olmaqdan əvvəl, o, keçmiş Atsumi mahalının bir hissəsi idi. Lakin başlanğıcda regionda əsas şəhər sayılırdı. == Tarixi == Şəhərin bütün tarixi Yaponiya mərkəzində yerləşmə yerinin nəticəsidir. Edo dövründə Gifu və qonşu şəhərlər Naqoya limanının yaxınlığında yerləşdiyi üçün çiçəklənməyə başlayırlar. Son zamanlarda, şəhər iqtisadiyyatının ixtisaslaşmada moda sənayesinə dəstək idi, amma indi şəhər sənayesinin inkişafı üçün yollar axtarır. === II Dünya müharibəsi === Müharibə zamanı yaxınlığında yerləşən aviasiya mərkəzi və iri sənaye mərkəzi şəhər ilə birlikdə Kakamigahara bombalanmışdır. Şəhərin əhəmiyyətli hissəsi Kano, qonşu şəhərləri ilə birləşməsi vasitəsilə əldə edilmişdir. Gifunun bu coğrafiya səbəbiylə, şəhər mərkəzində göydələnlər zonası ilə birgə, ətraflarda xurma bağları və Çiyələk sahələri çoxalmışdır. == İqtisadiyyat == Tarixən Gifu'da tekstil inkişaf etmişdir, lakin son illərdə şəhər iqtisadiyyatına sektorun əhəmiyyəti azalmışdır.
Gifu (şəhər)

Gifu prefekturası
Gifu prefekturası — Yaponiyanın Çubu regionunda prefektura. Ərazisi 10 621 kvadrat kilometr, əhalisi 2 079 000 nəfərdir. Mərkəzi Gifu şəhəridir.
The Gift / Angels
The Gift / Angels – Gregorian qrupunun 2003 – cü ildə çıxardığı cüt sinql. Sinql Masters Of Chant Chapter IV albomundan çıxarılmış yeganə sinqldır. Cüt sinqlın mahnılarından biri sözləri və musiqisi Carsten Heusmanna aid olan "The Gift" mahnısı, digəri isə sözləri və musiqisi Robbie Williamsa aid olan "Angels" mahnısıdır. Onu da qeyd edək ki, Williams "Angels" mahnısını özü üçün yazmış və ifa etmişdir. Gregorian qrupu tərəfindən mahnının ifa edilməsi isə artıq mahnıya ikinci dəfə olunan müraciətdir.
Əbuzər əl-Gifari
Əbuzər Cundəb ibn Cunadə əl-Ğəffari (أَبُو ذَرّ ٱلْغِفَارِيّ ٱلْكِنَانِيّ; bilinmir, Hicaz – 651) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri. əl-Ğəffari Əli Şəriəti, Məhəmməd Şarkavi və Sami Ayad Hanna da daxil olmaqla çoxları tərəfindən İslam sosializminin əsas sələfi, ilk İslam sosialisti və ya ümumiyyətlə ilk sosialist olaraq qəbul edildi. O, Osmanın xəlifəlik dövründə hakim sinif tərəfindən sərvət yığılmasına etiraz etdi və sərvətin bərabər şəkildə bölüşdürülməsini çağırdı.
Gift Orban
Gift Emmanuel Orban (17 iyul 2002, Nigeriya) — Belçika Pro Liqası təmsilçilərindən olan "Gent" klubunda hücumçu kimi çıxış edən peşəkar Nigeriya futbolçusu. Dünyanın ən yaxşı gənc oyunçularından biri hesab edilən Orban sürəti, gücü və bitirici zərbələri ilə adından söz etdirir. == Karyerası == === Stabek === Orban 2021-ci ilin noyabr ayında Nigeriyada keçirilən bir yoxlama turniri zamanı "Stabek" klubundan Torgir Byarmann və Tomas Finstad tərəfindən kəşf edilmişdir. O, viza müddəti başa çatmamışdan bir müddət əvvəl 2021–22-ci il mövsümünün qışında klub ilə məşqlərə çıxmışdır. 2022-ci ilin may ayında yenidən Norveçə qayıtmış və klub ilə müqavilə imzalamışdır. Oyunçu birbaşa satın alma bəndi ilə birlikdə "Bizon" klubundan icarəyə götürülmüşdür. Orban karyerasında ilk qollarını Norveç kubokunda yarı-peşəkar klublar olan "Notodden" və "Qyovik-Lin" klublarına qarşı görüşlərdə vurmuşdur. Bundan sonra o, klubun əsas oyunçularından birinə çevrildi."Brann" klubuna qol vurduqdan sonra Orban Alanzinyonun Stabekdəki vaxtı ilə müqayisə edilməyə başladı. Verdens Gang jurnalı oyunçunu "brilyant hücumçu" adlandırmışdır. İyul ayında klub hücumçu Oliver Valaker Edvardseni satdıqdan sonra Orbanın satın alma bəndindən istifadə edəcəklərini açıqlamışdır.
Robert Svayn Giford
Robert Svayn Giford- (23 dekabr 1840 – 15 yanvar 1905) Amerikalı rəssam. Giford Nonamesset adasında anadan olub. Ailəsi o 2 yaşında olarkən Nyu Bedford bölgəsinə köçüb. Giford Nyu Bedfordda dövlət məktəblərində təhsil alıb. Giford 1864-cü ildə Bostonda studiya açıb. İki il sonra o, Nyu Yorka köçüb. Giford 1867-ci ildə Milli Dizayn Akademiyasının üzvü seçilib. O, Luiz Komfort Tifani kimi rəssam yoldaşları ilə bərabər Oreqon və Koliforniyanı səyahət edib bu yerlərdə rəsmlər çəkib. Sonra Böyük Britaniya, Fransa, İtaliya və İspaniyada olub. ABŞ-a qayıtmazdan əvvəl Mərakeş və Misirə də səyahət edib.
Su Muzeyi (Gifu)
Su Muzeyi (水の資料館, Mizu no şiryokan) – Yaponiyanın Gifu prefekturasının eyniadlı şəhərində yerləşən su muzeyi. Muzeyin yerləşdiyi bina 1930-cu ildən 1960-cı illərə qədər Gifu şəhərinin su təchizat sistemi üçün mühərrik otağı istifadə olunmuşdur. Mühərrik otağı 2002-ci ildə su muzeyinə, nasos otağı isə 2005-ci ildə öyrənmə mərkəzinə çevrilmişdir. Muzey Naqara çayının sol sahilində, Kaqamiiva su mənbəyinin yaxınlığında tikilmişdir. Naqara çayından yığılmış daşlardan tikilmiş muzey binası 2001-ci ildə yaxınlıqda yerləşən Su Təcrübəsi Öyrənmə Mərkəzi (keçmiş nasos otağı) ilə birlikdə maddi mədəni mülk elan olunmuşdur. Binanın uzunluğu 19,3 metr, eni 10,5 metrdir. Muzeydə su təchizatının tarixi haqqında məlumat verilir, nasoslar, debimetrlər və digər su təchizatları, eləcə də, Kaqamiiva su mənbəyinin modeli, Kinka dağının topoqrafik xəritəsi sərgilənir. Muzeyə giriş pulsuzdur.
Gifola
Filago (lat. Filago) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Gifolaria
Filago (lat. Filago) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
× Giflifa
Filago (lat. Filago) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.