GİRDAB

is. [ fars. ]
1. bax burulğan 1-ci mənada.
…Gah sahil, gah girdab olur məskənim; Nə qədər bəlalı başım var mənim! A.Şaiq.
Gah olur ki, cəbhə yarıb ordular basan; Bir igidi kiçik bir çay girdaba salır. S.Vurğun.
Sabah qışsız, boransız bir həyat qurulanda; Bu girdabın suları aynatək durulanda… R.Rza.

2. məc. Ağır, qorxulu hal, həyatın keşməkeşi, çıxılmaz vəziyyət.
Noldu qəmimə gətirmədin tab; Qorxutdu məgər səni bu girdab? Füzuli.
Batıb burulğana itir gözündən; Həyatın da belə girdabları var. O.Sarıvəlli.

Синонимы

  • GİRDAB GİRDAB Yenədəmi kəndimizi yüz min dərə-təpələrə, yüz min quyulara, girdablara .. mübtəla etmək istəyirsiniz (N

Этимология

  • GİRDAB Farscadır. Əsli girdə ab kimidir. Girdə -“dairəvi, çevrəyə bənzəyən” deməkdir, ab isə “su”. Girdab –“suyun girdə yeri”, yəni “burulğanı”dır
GİRAMİ
GİRDABLI
OBASTAN VİKİ
Girdabad
Girdabad — Quba rayonu ərazisində dağ. Qaraçay və Babaçayın suayrıcıdır. Hündürlüyü 2406 m. Oronim girdə (yumru) və bad (yüksəklik, yamac, dağ döŞü, dağ ətəyi) komponentlərindən düzəlib, "yumru dağ yamacı" mənasındadır.

Значение слова в других словарях