Gorilla

der; -s, -s zo. qoril; fig. fədai
Gongschlag
goss
OBASTAN VİKİ
Gorilla gorilla gorilla
Qərb düzənlik qorillası (lat. Gorilla gorilla gorilla) — Qərb qorillasına (Gorilla gorilla) daxil olan bir yarımnöv == Yayılması == Dağ ətəklərindəki meşəliklərdə və bataqlıq ərazilərdə ən mox rastlanılırlar. Konqo Respublikası, Anqola, Ekvatorial Qvineya və Qabon kimi ölkələrdə yayılmışlar. Konqo Demokratik Respublikası ərazisində isə nəsli kəsilmişdir. İlk dəfə bu yarımnövə aid qorilla Birmingem zooparkına gətirilmişdir. Bu yarımnövdə olan yeganə albinos "Qar dənəsi" ləqəbli bir erkək qorilla olmuşdur. == Təsviri == Qərb düzənlik qorillaları Qərb çay qorillalarına nisbətdə nisbətən kiçik olurlar. Erkəklər 1.8 m boya, 140 ka çəkiyə, dişilər isə 1.5 m boya və 70 kq çəkiyə sahib olurlar. Bir ailənin yayılma arealı 3 – 18 km² arasında dəyişir. Yaşadığı əraziləri qorumadığından bəzən yayılma zonaları kəsişə bilir.
Gorilla gorilla
Qərb qorillası (lat. Gorilla gorilla) — primatlar dəstəsinə, qorillalar (Gorilla) cinsinə daxil olan növ. == Təsnifat == Qərb qorillası iki yarımnövə bölünür: Gorilla gorilla diehli Matschie, 1904 — Qərb çay qorillası. Nisbədən iri yarımnöv. Sayları 300 baş olaraq qiymətləndirilir. Gorilla gorilla gorilla Savage, 1847 — Qərb düzənlik qorillası. Yarımnövün sayı 95 000 baş olaraq qiymətləndirilir. == Xarici görünüş == Qərb qorillaları Şərq qorillalarına nisbətdə nisbətən həcmcə kiçik və görünüş baxımından açıq rəngdə olurlar. Sifətləri qəhvəyi-sarı və ya boz-sarı rəngdə olurlar. Quyruqlarının olmaması ilə seçilirlər.
Gorilla
Qorilla (lat. Gorilla) — müasir primatlar dəstəsinin ən geniş yayılmış nümayəndələrindən olan meymun cinsi. Qorilla DNT-si insan DNT-sinə çox bənzəyir, 95% ilə 99% arasında eynidir. Qorillalar şimpanze və bonobolardan sonra ən yaxın qohumlarımızdır. Qorillaların iki əsas növü var: Şərq Qorillası və Qərb Qorillası. Qorillalar yaşayan ən böyük primatlardır. Onların boyu 1,25 ilə 1,8 metr, çəkisi 100 ilə 270 kq, qollarının uzunluğu 2,6 metrə çata bilər. Dişi qorillalar daha kiçikdir, adətən erkək qorillaların yarısı qədərdir. Qorillalar qoşun adlanan qruplarda yaşayırlar. Qoşunların liderinə "silverback" deyilir.
Gorilla gorilla diehli
Qərb çay qorillası və ya Çay qorillası (lat. Gorilla gorilla diehli) — Qərb qorillasına (Gorilla gorilla) daxil olan bir yarımnöv . == Yayılması == Bu yarımnövə daxil olan canlılar əsasən Nigeriya ilə Kamerun arasında sərhəddə cəmləşmişlər. Tropik və subtropik enliyarpaq meşələrdə yayılmışlar. Afrikanın digər primatlarına nisbətdə daha həssas canlılar hesab edilirlər. Digər yarımnövdən baş və dişinin quruluşu, boyunun 10–15 sm uzun olmasına və çəkisinin 20–35 kq artıq olmasına görə fərqlənirlər. Ayrıca yarımnöv kimi 2000-ci ildən bəri göstərilir. Bununla belə əvvəlki araşdırmalar da onların ayrı bir yarımnöv olmasını təsdiq etmişdir. == Qorunma statusu == Çay qorillalarının sayı 280 başdır. Onlar əsasən 11 nöqtədə cəmləşmişlər.
Gorilla Glass
Gorilla Glass hal-hazırda bir çox mobil qurğular, və eləcə də notbuk və televizorların displeylərində istifadə edilən çox möhkəm şüşədir. Son illərdə geniş tətbiq sahəsi tapan bu texnoloji məhsulun tarixi 1962-ci ildən başlayır. == Tarixi == 1962-ci ildə Chemcor adlı material ixtira olunur, lakin tətbiq sahəsi tapmır. Üzərindən illər keçdikdən sonra isə bu texnoloji məhsul haqqında xatırlamağa başlayırlar. İlk Gorilla Glass displeyli telefon 2008-ci ildə Nokia N8 oldu. Hazırda isə dünya üzrə istehsal olunan mobil qurğular, və eləcə də notbuk və televizorların 20%-ində bu şüşədən istifadə olunur. Mobil telefonların əvvəl-əvvəl cızılma ilə bağlı problemləri yox idi, çünki onların displeyləri üçün möhkəm və bahalı sapfir şüşədən istifadə olunurdu. Daha sonralar cızılma ilə bağlı problemlər meydana gəldi. Mobil telefon istehsalçıları həll yolunu Gorilla Glass-da gördülər. Həm möhkəm, həm də yüngül olması bu yeni şüşələri əlverişli etmişdi.
Gorilla beringei
Şərq qorillası (lat. Gorilla beringei) — xullar fəsiləsinin qorilla cinsinə aid heyvan növü. Növ alman zabiti Fridrix Robert fon Berinqenin (1865—1940) şərəfinə adlandırılmışdır. O, ilk dəfə qorillaları Briunqa dağlarında aşkarlamışdır. == Təsnifat == Şərq qorillası iki yarımnövə bölünür: Gorilla beringei beringei Matschie, 1903 — Şərq dağ qorillası. Populyasiyanın sayı 700 başdır. Ruanda, Uqanda və Konqo Demokratik Respublikasının vulkanik zirvələrinin ətəklərində yayılmışdır. Gorilla beringei graueri Matschie, 1914 — Şərq düzənlik qorillası. Az təhlükədə olan yarımnövdür. Populyasiyanın sayı 5 min baş olaraq qiymətləndirilir.
Gorilla beringei beringei
Şərq dağ qorillası və ya Dağ qorillası (lat. Gorilla beringei beringei) — primatlar dəstəsinə, qorillalar (Gorilla) cinsinə, Şərq qorillası növünə aid olan yarımnöv. Növ adı alman zabiti Fridrix Robert fon Berinqenin (1865–1940) şərəfinə adlandırılmışdır. O, ilk dəfə qorillaları Briunqa dağlarında aşkarlamışdır. Yarımnöv nəsli kəsilmək ərəfəsindədir. 2012-ci il məlumatına görə onların sayı 880 başı keçmir. == Areal == Dağ qorillaları Mərkəsi Afrikanın Böyük Rift Dərəsi rayonunda yayılmışdır. Onlar 6 sönmüş vulkanın ətəklərində, 40 km uzunluğa və 3–19 km enə, 2200–4300 metr hündürlüyə malik ərazidə yayılmışlar. Cəmi iki iri olmayan populyasiya mövcuddur. Ruanda, Uqanda və Konqo Demokratik Respublikasının vulkanik zirvələrinin ətəklərində yayılmışdır.
Gorillaz
Gorillaz — 1998-ci ildə musiqiçi Deymon Albarn və rəssam Ceymi Hyulet tərəfindən qurulmuş İngiltərə virtual musiqi qrupu. Qrup dörd üzvdən ibarətdir: 2-D (vokal, klaviş), Mördok Nikkals (bas-gitara), Nudl (gitara, klaviş, vokal) və Rassel Hobbs (baraban). Onların kainatı musiqi videolarında, müsahibələrdə, komikslərdə və qısa cizgi filmləri ilə təqdim olunur. == Studiya albomları == Gorillaz (2001) Demon Days (2005) Plastic Beach (2010) The Fall (2010) Humanz (2017) The Now Now (2018) Song Machine, Season One: Strange Timez (2020) Cracker Island (2023) == Mahnıları == Clint Eastwood (2001) Man Research (Clapper) (2001) 19-2000 (2001) Latin Simone (Que Pasa Contigo) (2017) O Green World (2005) Dirty Harry (2005) Feel Good Inc.
Gorillaz (albom)
Gorillaz — Böyük Britaniya virtual musiqi qrupu Gorillaz-ın debüt studiya albomu. 26 mart 2001-ci ildə Parlophone tərəfindən buraxılıb.
Gorillaz: Layiqsiz kumirləri rədd edin
Gorillaz: Layiqsiz kumirləri rədd edin (ing. Gorillaz: Reject False Icons) — 2019‐cu ildə ekranlara çıxan Böyük Britaniya musiqili-sənədli filmi. == Məzmun == Filmdə virtual qrup Gorillaz-ın 2015–2018-ci illərdə lentə alınan eksklüziv görüntüləri təqdim edilir. Filmdə Deymon Albarn və onun komandasının səsyazma studiyalarındakı maraqlı mahnı yazma prosesi, o cümlədən "Humanz" və "The Now Now" albomları üzərində işi, eləcə də konsert turlarının pərdəarxası görüntüləri əks olunub. == Rollarda == Deymon Albarn Remi Kabaka Cr.

Digər lüğətlərdə