GÖMRÜKXANA

I
сущ. таможня (учреждение, ведающее контролем над провозом товаров через границу и взиманием пошлин за такой провоз). Gömrükxana işçiləri работники таможни
II
прил. таможенный. Gömrükxana yoxlanışı таможенный осмотр, gömrükxana rüsumu таможенная пошлина, gömrükxana deklarasiyası таможенная декларация
GÖMRÜKÇÜLÜK
GÖMRÜKXANAÇI
OBASTAN VİKİ
Bakı Gömrükxanası
Bakı Gömrükxanası — Dövlətin ticarət maraqlarını qoruyan, yüklərin daşınmasına nəzarət edən və gömrük rüsumları toplayan hökumət müəssisəsi. == Yaradılması == Rusiya senatının 1807-ci il 25 yanvar tarixli qanunu əsasında 1809-cu ildə yaradılmışdır. 1918-ci ilin fevralında gömrükxananın bazasında Bakı gömrükxanası nəzdində Fəhlə və Əsgər Deputatları Sovetinin Komissarlığı yaradılmış, martında isə komissarlıq yenidən Bakı gömrükxanasına çevrilmişdir. 1918 ilin mayında Bakı gömrükxanası kollegiyadan, əməliyyat-texniki şöbədən və sahil mühafizəsindən ibarət idi. Cümhuriyyət Hökümətinin apardığı islahatlarla əlaqədar Bakı gömrükxanası 1918 ilin avqustunda Ticarət və Sənaye Nazirliyinin gömrük idarəsinə, 1918 ilin dekabr — 1919 ilin yanvarında isə Maliyyə Nazirliyinin gömrük idarəsinə tabe edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919 il iyulun 29-da Maliyyə Nazirliyinin gömrük idarəsinin ləğvi, əvəzində nazirliyin dəftərxanası nəzdində gömrük rüsumları şöbəsinin yaradılması haqqında qanun qəbul etdi. == Fəaliyyəti == Bakı gömrükxanası İran və Avropa dövlətləri ilə bağlanmış ticarət müqavilələrinin yerinə yetirilməsində öz səlahiyyətləri daxilində fəaliyyət göstərir, malların qəbulu, yoxlanılması, onlara gömrük rüsumu qoyulması, qaçaqmalçılıqla mübarizə, Bakı dəniz limanında olan bütün gəmilərin uçotu və qeydə alınması ilə məşğul olurdu. Həmin dövrdə Bakı gömrükxanası gəmi nəzarəti (kabotaj ticarətinə və xarici ticarətə nəzarət), pakqauz komandası (malların qəbulu, saxlanması, çeşidlənməsi və qaçaqmalın tutulması), mühasibat (pul və əmtəə kassası) və dəftərxandan (ümumi kargüzarlıq, məhkəmə işləri, müsadirə işləri, inzibati hissə) ibarət idi.
Temernis gömrükxanası
Temernis gömrükxanası — Rusiya imperiyası ərazində XVII—XIX əsrlərdə mövcud olmuş ticarət mərkəzi. Temernis gömrükxanası Hazır ki, Rostov-na-Donu şəhəri ərazisində qərarlaşırdı. Hazırda adı Rostov gömrükxanası olaraq tanınır. Temerisdə gömrükxana Yelizaveta Petrovskinin əmri ilə 1749-cu ildə təsis edilmişdir. Gömrükxana Temeris çayının məsəbində Temeris şəhərciyi yaxınlığında Boqatı Kolodesin əks tərəfində yerləşirdi. Burada kazaklar sərbəst şəkildə yunanlar, türklər və digər xalqkarla sərbəst şəkildə ticarət əlaqəsi qura bilirdilər. Gömrükxana öz işinə 1750-ci ildə başlamışdır. Burada ticarət işləri türklərin qızıl və gümüş pulları ilə aparılırdı. Elə həmin ildəcə burada karantin tətbiq edilmişdir. XVIII əsrdə gömrükxana Rusiyanın Qara dəniz, Azov dənizi və Aralıq dənizi hövzələri]] ilə əsas ticarət əlaqələrinin qururulduğu məntəqə rolunu oynayırdı.
Temernis gömrükxanası abidəsi
Temernis gömrükxanası abidəsi — Rostov-na-Donu ərazisində yerləşən, şəhərin inşası və Temernis gömrükxanası haqqında anlaşmanın imzakanması məqsədilə 2010-cu ildə qoyulmuş monimental abidə. Abidənin inşasına Rostov-na-Donu şəhər administrasiyasının 2010-cu il 24 dekabr 890 saylı əmri ilə qərara alınmışdır.. Abidə rəsmi olaraq 15 dekabr 2010-cu ildə açılışı gerçəkləşmişdir. Abidənin açılışı şəhərin yubleyi ilə eyni zamanda baş tutmuşdur. Abidə Novorossiysk şəhərində Rostov-na-Donu heykəltaraşlarının rəhbərliyi altında hazırlanmışdır. Abidanı Sergey Oleşnya və Anatoli Dementev hazırlamışdır. Onun hazırlanmasına 7 ay sərf edilmişdir. 24 fevral 2017-ci ildə belə bir məlumat yayılır ki, abidə ciddi şəkildə zərər görmüşdür. Onun vandallıq nəticəsində zərər görməsi deyilsədə əslində yol-nəqliyyat qəzasında zərər görməsi müəyyən edilmişdir. Kompleksin mərkəzində gömrük zabiti təsvir edilmişdir.

Digər lüğətlərdə