Qızılkənd (Göyçə)

BabacanGöyçə mahalında kənd.

Kənd
Babacan
40°25′17″ şm. e. 45°32′00″ ş. u.
Ölkə  Ermənistan
Region Göyçə mahalı
Rayon Basarkeçər
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.950 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 360 nəf. (2011)[1]
Rəsmi dili Azərbaycan dili|Azərbaycan
Xəritəni göstər/gizlə
Babacan xəritədə
Babacan
Babacan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İrəvаn qubеrniyаsının Nоvоbаyаzid qəzаsındа kənd аdı. Tаm аdı Bаbаcаn dərəsi. 1728-ci ilə аid mənbədə Qırхbulаq nаhiyəsində kənd аdı kimi qеyd оlunub. Kənd Bаbаcаn dərəsində yаrаnmışdır. Dərə mülkədаr Bаbаcаnа аid оlmuşdur. Babacan kəndi XVII əsrin əvvəlində (1715) yaradılmışdır.

Qədim Babacan əhalisi taun və ya hansısa epdemiya ilə əlaqədar kəndi tərk edərək təxminən Kür qırağına bir ehtimala görə Sabirabad rayonunu ərazisinə köçüblər. Ehtimala görə epidemiyadan xilas olmaq üçün belə bir əraziyə köçmə zərurəti olub. İllər Sonra Kənd növbəti dəfə Şişqaya kəndinən 2-3 ailənin (yeznə qayın olan bu ailələr töstü və şəbəndə nəsillərindən olublar) köçməsi ilə yenidən yaşayış məskəninə çevrilib. Təsadüfi deyil ki indi də Şişqayalılar arasında həm töstü həm də şəbəndə nəslindən olanlar var.

Kənd rаyоn mərkəzi Bаsаrkеçərdən 42 km məsаfədə yеrləşir. (15.07.1946) Kəndin ilk adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər Qızılkənd olmuşdur. Əhalinin qonaqpərvərliyinə, eləcə də relyefinin və təbiətinin gözəlliyinə, yəni bir tərəfi Göyçə gölü, iki tərəfi sıx meşəlik, arxa tərəfi isə dağlarla əhatə olunduğuna görə kənd Qızılkənd adlandırılmışlar. 19 аprеl 1991-ci ildə isə kəndin adı Tsаrаtаğ qoyulmuşdur. Babacan kəndi Göyçə gölünün ətrafındakı ərazidə yerləşir. Kəndlə gölün arası təxminən 800-1000 metrdir. Babacan kəndi bir tərəfdən isə dağlarla əhatə olunub.

1905-1907-ci illədəki I qaçqınlıq zamanı kəndin əhalisi Gədəbəy, Samux və başqa yerlərdə məskunlaşmışlar. Kənd əhalisi 1907-ci ilin yazında doğma kəndinə qayıtmışdır. Kəndin təxminən 30-40 evi, 100-120 nəfərə yaxın əhalisi olmuşdur. 1918-1920-ci illərdəki II qaçqınlıq zamanı kənd əhalisi Samux, Şəmkir və başqa yerlərdə məskunlaşmışdır. Kənd əhalisi 1921-ci ilin yazında doğma kəndinə qayıtmış, az bir hissəsi həmin yerlərdə qalmışdır. Kəndin təxminən 70-80 evi, 260-280 nəfərə yaxın əhalisi olmuşdur. 1948-1953-cü illərdəki III qaçqınlıq zamanı kənd əhalisi erməni daşnaqlarının apardıqları Antitürk siyasətinin qarşısını dəf edərək heç bir yana çıxmamışdır. Kəndin 90-100 evi, 300-350 nəfərə yaxın əhalisi olmuşdur.

Kəndin eni 1 km, uzunu isə 2 km olmuşdur. Kəndin adları Türk toponimlərindən ibarət çox mənzərəli və gəzməli yerləri vardır. Kəndin mərkəzində və həmsərhəddi Pəmbək kəndinin ərazisinə yaxın Şımpır çayının sağ sahilinə yaxın bir məsafədə yerləşən, Yolaşan adlanan yerdəki, tarixi III-V əsrlərə təsadüf edilən Alban türklərin yaşamasından bəhs edən, üzərində "Qrabar" əlifbası ilə yazılan xaç daşları, vaxtı ilə Şımpır çayının hər iki sahilində yaşayış məskəni salmış III-V əsrlərdən XVI əsrin ortalarına, yəni 1550-1560-cı illərə qədər Alban türklərinin yaşayış məskəni şımpır kəndi tarixi abidələr, Cil kəndi ilə Babacan kəndlərinin sərhəddində yerləşən "Qaradaş" adlanan riyarətgah isə dini abidələrdir. Ziyarətgaha mahalın hər iki rayonlarının (Çəmbərək və Basarkeçər) kənd əhalisi niyyət edər, nəzir verərdilər. Kəndin ərazisindəki Gur bulaq, Port-port bulaq, Pəri bulaq, Qaralar bulağı, kəndin mərkəzindən keçən Babacan və Şımpır çayları, kəndin yaxınlığında olan Göyçə gölünü və dağ ərazisindəki Alagöllər, Armudlu dərə, Ərəşdilərin yurdu, Qəhrəman koxanın yurdu, Molla Əhmədin dərəsi, Murtuzalılar yurdu, Qaralar yurdu, Qısır dağı, Sarı qaya, Şımpır dərəsi, Tərsə meşəsi, Arıxlıq meşəsi, Qurut təpəsi, Qaraardıc meşəsi, Şımpır komu və başqa yerləri vardır. Kəndin 3 su dəyirmanı və 1 elektrik enerjisi ilə işləyən dəyirmanı olmuşdur. Həmin dəyirman dövlət tərəfindən 1972-1973-cü illərdə tikilmişdir. Kəndin 5000 hektara yaxın torpaq sahəsi olmuşdur. Ondan 800-900 hektarı əkənək, yerdə qalan 4100-4200 hektarı isə biçənək və otaraq sahələridir.

Kənddə 1988-ci ilə qədər 200-yə yaxın azərbaycanlı ailəsi yaşayıb. Hazırda kənddə 50-60 erməni ailəsi yaşayır. Kəndin öz doğma yurd-yuvalarından qovulan əhalisinin böyük hissəsi indi Bakı şəhərində, bir hissəsi isə DaşkəsənTovuz rayonlarında məskunlaşmışdır.

Kəndin əhalisi əsasən 4 tayfadan ibarətdir:

  • Töstülər - (Basarkeçər rayonu, Şişqaya kəndindən gələnlər, Qədim tarixi isə Rum vilayətindən gələnlər, bir ehtimal da Şərqi anadolu "Sulduz" bölgəsi)
  • Şəbəndəlilər - (Basarkeçər rayonu, Şişqaya kəndindən gələnlər).
  • Gəlməlilər - (Abaron rayonu Kirəşdi kəndindən gələnlər)
  • Axsaqlılar - (Basarkeçər rayonu Şişqaya kəndindən gələnlər)
  • İsmayıl Heydər oğlu Quliyev(22.09.1973-20.03.1994)
  • Vaqif Əhəd oğlu Əliyarov (döyüşlərdə ləqəbi "REMBO" olub)
  • Əli Elyaz oğlu Elyazov (Azərbaycan bayrağı ordeni ilə təltif edilib)
  • Nəsir Məsimalı oğlu Nəsirov (1973-1993, xüsusi şücaət göstərib)
  • Əmiraslan Niftalı oğlu Musayev (03.09.1971-07.01.1994)

Tanınmışları

[redaktə | mənbəni redaktə et]
  • Aşıq Qədir
  • Aşıq Şükür
  • Aşıq Mikayıl
  • Yusubov Namaz Puti oğlu - Geologiya-mineralogiya elmləri doktoru
  • Vəliyev Vaqif Qədir oğlu - AMEA-nın elmi işçisi, elmlər namizədi
  • Oruc Allahverdiyev (Dosent, tibb elmleri doktoru) https://scholar.google.com/citations?user=fnBaAoIAAAAJ&hl=tr&oi=ao
  • Elşad Nəsirov (hüquqşünas) — BDU Hüquq fakültəsinin dekan müavini
  • Vəliyev Vilayət Oruc oğlu
  • Quliyev Mübariz İlyas oğlu
  • Qasımov Qələndər Ənvər oğlu (birinci Qarabağ müharibəsi qəhrəmanlarından).
  • Məsimov Hüseyin (Həkim)
  • Hacı Loğman — şair
  • Mürsəlov Emil Məzahir oğlu - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
  • Oruc Abdullayev Həbib oğlu - 3cü korpus komandiri

1. https://science.gov.az/az/forms/doktora-nauk-instituta-nefti-i-gaza/3123

2. http://law.bsu.edu.az/az/content/elad_haqverdi_olu_nsirov_384

3. https://science.gov.az/az/forms/doktora-filosofii-spetsialnogo-konstruktorskogo-tehnologicheskogo-byuro-po-kompleksnoy-pererabotke-mineralnogo-syirya-s-opyitnyim-proizvodstvom/2194

4. https://apa.az/az/sosial_xeberler/xeber_daxili_isler_nazirliyinin_emekdaslarinin_-519202

5. http://e-qanun.az/framework/39293

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).