1. Gülməsinə səbəb olmaq. Uşağı güldürmək. Qıdıqlayıb güldürmək.
// Gülüş doğurmaq.
Cəfər əmi öz sözü ilə kimsəni güldürmək istəməmişdi.
Hələ bir iş də Veyslə yoldaşlarını lap bərk güldürmüşdü.
2. məc. Sevindirmək, kefini açmaq, şadlandırmaq, şənləndirmək.
[Almaz:] Sağlam gülüş kəndin bütün həyatını yeni bir sevinclə güldürəcəkdir.
Cürət! Odur bizi güldürən hər an; Cürətsiz bir həyat məhv olur, inan!