GÜLŞƏN
GÜLÜL
OBASTAN VİKİ
Fikrimin incə gülü – sarı Mersedes (film, 1992)
Sarı Mercedes— Tunc Okanın rejissoru olduğu, İlyas Salmanın baş rolda oynadığı 1992-ci ildə çəkilən Türkiyə filmi. == Mövzu == Orta Anadoluda yaşayan Bayram adlı gənc bir az pul-para qazanmaq üçün Almaniyaya gedir. Yetim Bayram orda süpürgəçilik edir, əl-ayaq işlərinə baxır, yemir-içmir, pul toplayır, axırda qızıl sarısı bir "Mersedes" markalı avtomobil alır və təşər-təşər öz şəxsi avtomobili ilə üz qoyur vətəninə tərəf. Türkiyənin sərhəd qapısına dirənənə qədər Bayramın və sarı maşının başına heç nə gəlmir, amma sərhəddən içəri keçəndən sonra Bayramın qara saatları başlayır. Əvvəlcə maşınının burnundakı ulduzu oğurlayırlar, sonra tıxacda arxa stopunun şüşəsini qırırlar, daha sonra öndə gedən yük maşınının təkərindən çıxan daş sarı "Mersedes"in ön şüşəsinə dəyib yumruq boyda ağ ləkə əmələ gətirir. Lap axırda Bayramın yoluna kombayn çıxır və o sürətlə kombayna girməmək üçün maşını yoldan sapdırır, maşın dərəyə aşır. Bayramın "Balqız" adı verdiyi təzə avtomobil əzik-əzik, cırıq-cırıq olur, qırx ilin istismardan çıxarılıb qaraja atılmış maşınlarına dönür. Filmdə bir detal qabarıq verilib.
Gülü (Sərab)
Gülü (fars. گلي‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
May gülü
Xarıbülbül gülü
Xədicə gülü
Xədicəgülü (lat. Galanthus) — zanbaqçiçəklilər sırasının nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Molla Gülü Zülami
Molla Gülü Zülami — azərbaycanlı şair. == Həyatı == Molla Gülü Qarabağda dünyaya gəlmişdir. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Təhsilini tamamlayandan sonra doğma yurduna dönmüş, Bərdə şəhərində "Cümə məscidi"nin nəzdindəki mədrəsədə uşaqlara dərs demişdi. Molla Gülünün adına 1699-cu ilə aid Zari Ərəşi adlı bir xəttatın topladığı cüngdə rast gəlinir. Molla Gülü Zülaminin Füzulinin 7 beytlik “Yetməzmi” rədifli qəzəlinə yazdığı 7 bəndlik təxmisi müəllifin dahi şairin əsərinə həssaslıqla yanaşması, dilinin sadəliyi, keçidlərin orijinallığı ilə diqqəti cəlb edir. == Mənbə == Ənvər Çingizoğlu. Molla Gülü Zülami Qarabaği. "Soy" dərgisi, 1 (31) 2010.
Qar xədicə gülü
Ağ qargülü, qar xədicəgülü (lat. Galanthus nivalis) — xədicəgülü cinsinə aid bitki növü.
Molla Gülü Zülami Qarabaği
Molla Gülü Zülami — azərbaycanlı şair. == Həyatı == Molla Gülü Qarabağda dünyaya gəlmişdir. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Təhsilini tamamlayandan sonra doğma yurduna dönmüş, Bərdə şəhərində "Cümə məscidi"nin nəzdindəki mədrəsədə uşaqlara dərs demişdi. Molla Gülünün adına 1699-cu ilə aid Zari Ərəşi adlı bir xəttatın topladığı cüngdə rast gəlinir. Molla Gülü Zülaminin Füzulinin 7 beytlik “Yetməzmi” rədifli qəzəlinə yazdığı 7 bəndlik təxmisi müəllifin dahi şairin əsərinə həssaslıqla yanaşması, dilinin sadəliyi, keçidlərin orijinallığı ilə diqqəti cəlb edir. == Mənbə == Ənvər Çingizoğlu. Molla Gülü Zülami Qarabaği. "Soy" dərgisi, 1 (31) 2010.
Tanı gülü, çiçəyi (film, 1984)
== Məzmun == Film Azərbaycanda bitən müalicə əhəmiyyətli otlardan və onlardan əczaçılıqda istifadə etmək imkanlarından danışır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Miri Rzayev Ssenari müəllifi: Cığatay Şeyxzamanov Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 330.
Zaqatala qızıl gülü (film, 1975)
== Məzmun == Film Bolqarıstanın Qazanlıq vadisindən gətirilən və Zaqatalada yetişdirilən qızıl gül və ondan istehsal edilən qızıl gül yağı haqqındadır.
Ağqala (Gülüstan ostanı)
Ağqala - İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Ağqala şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,402 nəfər və 5,811 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir və türkmən dilində danışırlar.
Aşağı Gülüstan (Marağa)
Aşağı Gülüstan (fars. ‎‎‎گلستان سفلي‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 730 nəfər yaşayır (163 ailə).
Dərman gülümbaharı
Dərman gülümbaharı (lat. Calendula officinalis) — gülümbahar cinsinə aid bitki növü.*Calendula officinalis L. — Dərman gülümbaharı == Botaniki xarakteristikası: == Mədəni şəkildə yetişdirilən birillik ot bitkisi olub, hündürlüyü 30–50 sm-dir. Əsas kökü budaqlanandır. Gövdəsi düzqalxan, çox vaxt budaqlanan, qısa tükcüklüdür. Yarpaqları növbəli, aşağı hissəsi uzunsov, tərsyumurtavari, yuxarı hissəsi uzunsov-neştərvari və oturaqdır. Səbətciyi tək, zirvəsi böyük olub, çoxçiçəklidir. Zəif iyli, sortəhər-acı dadlıdır.Gülümbaharın çiçəklərini tam çiçəkləyən zaman horizontal istiqamətdə düzülmüş dilşəkilli çiçəkləri toplanılmalıdır. Toplanılmış xammal hava dəyişilən kölgə yerlərdə və ya 450C temperaturda ventilyasiya şəraitində quruducu şkafda dərhal qurudulmalıdır. Quru hava dəyişən yerlərdə (stellayda) saxlanılalıdır. Saxlama müddəti 3 ildir.
Ersan Gülüm
Ersan Adem Gülüm (17 may 1987) — müdafiə mövqeyində çıxış edən türk futbolçudur.
Gülüstan mahalı
Gülüstan məlikliyi və ya Talış məlikliyi — XVIII-XIX əsrlərdə Qarabağın dağlıq ərazisində yerləşirdi. Mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsindəki Talış kəndi, sonralar isə Gülüstan qalası olmuşdur. == Tarix == Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, sonralar isə Qarabağ xanlığının tərkibində olmuşdur. 1813-cü ildə Qarabağ xanlığının tərkibində Rusiya imperiyası ilhaq olundu. Bəzi mənbələrdə Talış mahalı, Talış məlikliyi kimi də adlanır. Məlikləri Məlik Usub olub. Əsilləri Şirvandan gəlmədir.Qarabağın tarixə adlarını “Xəmsə məlikləri” kimi yazdırmış beş məliklikdən biri Gülüstan Məlikliyi olmuşdur ki, digər dörd məlikliyin əsasını qoyan şəxslər kimi bu məlikliyin də əsasını Səfəvi ordusunda yüzbaşılıq edən, Şah Abassın Osmanlılara qarşı apardığı müharibələrdə fərqlənən bir şəxs olmuşdur.. Müsəlman türklər arasında “Qara Yüzbaşı”, xristian türklər, yəni albanlar arasında isə “Qara Abov” adı ilə məşhur olan bu adam əslən Qəbələ yaxınlığındakı Nic kəndindən idi və milliyyətcə udin idi. Yəni digərləri kimi alban-qıpçaq soyuna mənsub deyildi. Qara Yüzbaşı, və ya başqa sözlə, Qara Abov XVII əsrin əvvəllərində cəmi yeddi udin ailəsi ilə birlikdə, müflis vəziyyətdə hansısa naməlum səbəbdən Qarabağa köçməli olur.
Gülüstan mineral bulağı
Gülüstan mineral bulağı. Culfa rayonu ərazisindəki Gülüstan (Cuğa) kəndindən 2,5 km şimalqərbdə, Əlincəçayın yatağındadır. Mineral bulağın yanında 1962-ci ildə 135 metr dərinliyində qazılmış quyudan ikinci yüksək təzyiqli mineral su çıxmışdır. “Gülüstan” mineral suyunun tərkibindəki kimyəvi mikroelementlər insan orqanizmi üçün faydalıdır. Zəif minerallaşmış suyun tərkibi Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) “Narzan” və Babək rayonundakı “Sirab” mineral sularının analoqudur. Haliyyədə sifarişçilərin rəğbətini qazanmış mineral su, sənaye üsulu ilə istehsal olaraq, “Gülüstan” markası ilə müxtəlif tutumlu plastik qablara doldurulur. 37 Həmin sudan mədə-bağırsaq xəstəliklərinin müalicəsində içilməsi faydalıdır. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri- Naxçıvan, 2008.
Gülüstan müqaviləsi
Gülüstan sülh müqaviləsi ( rus. Гюлистанский договор) — 1813-cü ilin 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan müqavilə. 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci Rusiya-İran müharibəsini bitirən bu müqavilənin imzalanması 1 yanvar 1813-cü ildə general Kotlyarevskinin Lənkəranı tutması ilə daha da sürətləndi.Müqavilə Dağıstanın, Gürcüstanın, bu günki Azərbaycan Respublikasının əksər hissəsinin və hal-hazırkı Ermənistan Respublikasının şimal torpaqlarının Rusiya imperiyasına keçməsini rəsmiləşdirirdi.Müqavilənin mətni Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi olan və hakimiyyətə böyük təsir gücünə malik olan Ser Qor Ousli tərəfindən hazırlandı. Müqaviləni Rusiya tərəfindən Nikolay Rtişev, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan Elçi imzaladı.Bu müqavilənin nəticəsi olaraq Cənubi Qafqazın əksər hissəsi Rusiya imperiyasının hakimiyyəti altına keçdi. İkinci Rusiya-İran müharibəsindən sonra Rusiya Cənubi Qafqazı bütünlüklə tutdu və bunu Türkmənçay müqaviləsində Qacar dövləti tərəfindən təsdiq edilməsinə nail oldu.Gülüstan müqaviləsi və ondan sonra imzalanan Türkmənçay müqaviləsi nəticəsində azərbaycanlılar iki yerə parçalandı. == Arxa plan == Rusiya imperiyasının Qafqazda işğalçı fəaliyyəti Qacarları ciddi şəkildə narahat edirdi. Bunun qarşısını almaq üçün Fətəli şahın vəliəhdi Abbas Mirzə Rusiyaya qarşı 1805-ci ilin yazında hərbi əməliyyatlara başladı. 1813-cü ilə qədər davam edən döyüşlər sonunda Qacarlar ağır formada məğlub edildilər. Artıq hərbi əməliyyatların Təbriz ərazisinə keçmə təhlükəsi yarandı. Bunun qarşısını almaq üçün Abbas Mirzə sülh danışıqlarına başlamağa icazə verdi.
Gülüstan müqaviləsi (1813)

Gülüstan məlik sarayı
Gülüstan məlik sarayı — Tərtər rayonunun Talış kəndində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi. Kompleks Gülüstan məliyi titulunu daşımış Məlik-Bəyləryanlar sülaləsi tərəfindən inşa etdirilmişdir. Qəsr-saray həm də müdafiə xarakteri daşıyırdı. Qəsrin qarnizonu ondan bir qədər şimalda inşa edilmiş kiçik qalada yerləşirdi. Kompleks qülləli qala divarları ilə əhatə olunmuş çoxsaylı tikililərdən ibarətdir. Qəsr, landa düzbucaqlı formasına malikdir. Qəsr ərazisindəki bütün tikililər şərq-qərb oxu üzərində iki sırada düzülmüşdür. == Tarixi == Sarayın xarabalıqları Ürəkvəng monastırından 100-150 metr aralıda yerləşir. Kompleks Gülüstan məliyi titulunu daşımış Məlik-Bəyləryanlar sülaləsi tərəfindən inşa etdirilmişdir. Tikilinin inşaat kitabəsində onun inşasına XVIII əsrin əvvəlində başlanıldığı qeyd edilir.
Gülüstan məlikliyi
Gülüstan məlikliyi və ya Talış məlikliyi — XVIII-XIX əsrlərdə Qarabağın dağlıq ərazisində yerləşirdi. Mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsindəki Talış kəndi, sonralar isə Gülüstan qalası olmuşdur. == Tarix == Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, sonralar isə Qarabağ xanlığının tərkibində olmuşdur. 1813-cü ildə Qarabağ xanlığının tərkibində Rusiya imperiyası ilhaq olundu. Bəzi mənbələrdə Talış mahalı, Talış məlikliyi kimi də adlanır. Məlikləri Məlik Usub olub. Əsilləri Şirvandan gəlmədir.Qarabağın tarixə adlarını “Xəmsə məlikləri” kimi yazdırmış beş məliklikdən biri Gülüstan Məlikliyi olmuşdur ki, digər dörd məlikliyin əsasını qoyan şəxslər kimi bu məlikliyin də əsasını Səfəvi ordusunda yüzbaşılıq edən, Şah Abassın Osmanlılara qarşı apardığı müharibələrdə fərqlənən bir şəxs olmuşdur.. Müsəlman türklər arasında “Qara Yüzbaşı”, xristian türklər, yəni albanlar arasında isə “Qara Abov” adı ilə məşhur olan bu adam əslən Qəbələ yaxınlığındakı Nic kəndindən idi və milliyyətcə udin idi. Yəni digərləri kimi alban-qıpçaq soyuna mənsub deyildi. Qara Yüzbaşı, və ya başqa sözlə, Qara Abov XVII əsrin əvvəllərində cəmi yeddi udin ailəsi ilə birlikdə, müflis vəziyyətdə hansısa naməlum səbəbdən Qarabağa köçməli olur.
Gülüstan nahiyəsi
Gülüstan nahiyəsi — Gəncə-Qarabağ əyalətinin bölgələrindən biri. Osmanlı inzibati vahidlərindən biri == Tarixi == Gülüstan nahiyəsi 8 kəndən ibarət idi.
Gülüstan ostanı
Gülüstan ostanı — İranın şimal-şərqində ostan. Mərkəzi Gürgan şəhəridir. Ostanın ərazisi 20.891 km²-dir. Ostan ərazisinin 16,375 km²-i etnik Türkmənsəhra (Güney Türkmənistan) bölgəsinə aiddir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.617.087 nəfər əhali yaşayır. Əhalisiniin təxminən 30%-35%-ni türkmənlər təşkil edir. Vilayətdə həmçinin başqa etnik qrupların nümayəndələri olan Azərbaycan türkləri , qazaxlar (Gürgan şəhərində), bəluclar, gürcülər, kürdlər, ermənilər və farslar da yaşayır.
Gülüstan qalası
Gülüstan qalası (Şamaxı) — Azərbaycan respublikasının Şamaxı rayonu ərazisində yerləşən IX – XII əsrlərə aid qala. Gülüstan qalası (Goranboy) — Goranboy rayonunda qala; Gülüstan qalası (Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində qala.
Gülüstan qalası (Goranboy)
Gülüstan qalası – Azərbaycanda qədim qala. Qala Goranboy rayonu ərazisindədir. Tam şəkildə dövrümüzə çatmasa da müəyyən bürcləri qorunmuşdur. Qalanın tikilmə tarixi tədqiqatçılar tərəfindən Qafqaz Albaniyası dövrünə aid edilir. Yerli daşlardan tikilən qala möhkəm müdafiə qurğusu olub. XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub. Tarixi Gülüstan müqaviləsi də bu qalada imzalanıb. == Ümumi məlumat == Gülüstan qalası Murovdağın ətəyində, keçmiş Şaumyan və Mardakert (Ağdərə), indiki Tərtər və Goranboy rayonlarının sərhədində, İncəçayın sahilində, dəniz səviyyəsindən 1700 m, ətraf ərazidən 200–250 m hündürlükdə yerləşir. Gədəbəydəki Qız qalası ilə eyni dövrdə inşa olunmuşdur. Qala şərq, qərb və cənub-qərb tərəflərdən sıldırımla, şimaldan meşə, cənub-şərqdən isə yamacla əhatə olunmuşdur.
Gülüstan qalası (Naxçıvan)
Gülüstan türbəsi – Culfada türbə, o cümlədən XIII əsr Azərbaycan memarlığının ən maraqlı nümunələrindən biridir. == Tarixi == Mərkəzi Azərbaycanın, həmçinin Naxçıvan bölgəsinin orta çağ memarlığından danışan araşdırmaçıların çoxu əsas tikinti materialının təkcə kərpic olduğunu iddia edir və yüksək daş memarlığı nümunələrinin az olduğunu qeyd edirlər. Bununla belə Gülüstan türbəsinin nümunəsində qeyd etmək olar ki, orta əsr Azərbaycan memarlarının zəngin daş memarlığı təcrübəsi olmuşdur. Atabəylərin Naxçıvandakı içqalası daşdan inşa edilmişdi. Başqa Naxçıvan qalaları, çaylar üstündən atılan körpülər, eləcə də qədim başdaşları azərbaycanlı sənətkarların həm monumental abidələrin tikintisində, həm də bədii plastika örnəkləri yaratmaqda daşdan necə bacarıqla istifadə etdiklərini nümayiş etdirir. Culfa yaxınlığında yerləşən Gülüstan türbəsi isə Azərbaycan memarlarının daş sənəti incisidir. Üstündə kitabəsi qalmadığından türbənin tikilmə tarixi, sifarişçisi, kimin şərəfinə tikilməsi və memarı bilinmir. Mütəxəssislər türbəni üslubi xüsusiyyətlərinə görə XIII əsrin başlanğıcına aid edirlər. == Memarlıq xüsusiyyətləri == === Konstruktiv quruluşu === Gülüstan türbəsi sərdabə qatı yer üstünə qaldırılan və ona görə bayır tutumu ikiqatlı quruluş alan qülləvari türbə tipinə aiddir. Bu tipin formalaşmasında, türbənin ikiqatlı quruluş gələnəyini saxlamaq şərtilə, memarın yerüstü tutuma daha mürəkkəb və plastik biçim vermək istəyi, eləcə də abidənin nisbətən kiçik ölçülü olması müəyyən rol oynamışdır.
Gülüstan qalası (Şamaxı)
Gülüstan qalası – Azərbaycanın Şamaxı rayonu ərazisində yerləşən IX–XII əsrlərə aid qala. Qaladan əldə edilmiş arxeoloji tapıntıların ən qədimi IX yüzilə aid olsa da, Gülüstan qalası XII yüzildə – XIII yüzilin başlanğıcında köklü şəkildə yenidən qurulmuş və möhkəmləndirilmişdir. == Tarixçəsi == El əfsanələrindən birində bu qalanın Şamaxı hakiminin öz qızı üçün tikdirdiyi yaylaq imarətinin yerində yarandığı söylənilir. Adətən çox səfalı, gül-çiçəkli yerləri gülüstan adlandırırlar. Yəqin ki, qala tikilməmişdən öncə yaylaq yeri olan dağ Gülüstan adını daşıyırmış və sonra da bu ad onun üstündə tikilən qalaya keçmişdir. Şamaxılı şair Xaqani Şirvaninin "Şamaxı Gülüstanın ətəyindədir" və Arif Ərdəbilinin "Şamaxı Gülüstanında bir qala var" deyimləri də bu fikri təsdiqləyir.Gülüstan qalasında tikinti mədəniyyətinin yüksəkliyi onun böyük dövlət əhəmiyyəti ilə bağlı olmuşdur. Müdafiə tikilisində yarı və yaxşı yonulmuş daşlar işlədilməklə yanaşı, başqa daş plastikası örnəklərinin olması qalanın sahiblərinin yüksək mövqeyini bildirməliydi. Arif Ərdəbili Gülüstan qalasını öyərkən onu da bildirir ki, "gözəllikdə onun tayı yoxdur. Divarın yüksək yerlərində daşdan heykəllər düzəldilmişdir." Söz yox ki, bu qalanın tikintisində Şirvanşahların ən bəlli saray memarları, bənna və daşyonanları çalışmışlar. Gülüstan qalası adi müdafiə tikilisi deyildi.
Gülüstan sarayı (Bakı)
Gülüstan sarayı — Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində, zirvəsində Şəhidlər Xiyabanının olduğu dağın aşağı ətəklərində yerləşən ictimai binadır. Binanın daxilində çoxməqsədli təyinata malik geniş ölçülü restoran zalı yerləşir. == Tarixi == "Gülüstan" sarayı 1980-ci ildə tikinti işləri üzrə Azərbaycan SSR-nin Nazirlər şurasının sədr müavini Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. Sarayın memarları olaraq N. M. Hacıbəyov və A. Y. Əmirxanov, inşaat işləri üzrə konstruktorlar isə N. İ. İsmayılov və K. A. Kərimov seçilmişdilər. Binanın layihəsi Bakgiproqor institutunda hazırlanmışdır. 1982-ci ildə sarayın müəllif kollektivi (memarlar N. M. Hacıbəyov və A. Y. Əmirxanov, konstruktorlar N. İ. İsmayılov və K. A. Kərimov, F. İ. Rüstəmbəyov və T. Y. Şarinskinin başçılığı altında mühəndislərdən ibarət işçi qrupu, eləcə də inşaatçılar T. Ş. Əhmədov və A. İ. Kevorkov) Azərbaycan SSR-nin Dövlət mükafatına layiq görülmüşdür. Saray ümumşəhər, həm də respublika miqyaslı kütləvi tədbirlərin — məsələn, konsert, dövlət qəbulları və ya yeni il axşamlarının keçirilməsinə hesablanmışdır. 20 sentyabr 1994-cü ildə Gülüstan sarayında ümummilli lider Heydər Əliyevin başçılığı və təşəbbüskarlığı ilə "Əsrin Müqaviləsi" adlı neft sazişi imzalanmışdır. Böyük Britaniyanın "BP", ABŞ-nin "AMOCO", "Penzol", Rusiyanın "Lukoyl" və "TPAO" şirkətləri bir konsorsiumda birləşmişlər. Gülüstan sarayında müxtəlif illərdə Azərbaycan mətbuatının 135-yaşlı yubileyi (2010), Beynəlxalq humanitar forum (2011), Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü (2011) və digər bu kimi, önəmli tədbirlər keçirilirdi.
Gülüstan sarayı (Tehran)
Gülüstan sarayı (fa.کاخ گلستان) - İranın paytaxtı Tehran şəhərində, Ərq meydanının yaxınlığında Tehran sədlərinin içində yerləşən və Qacarlar sülaləsi dövrünə aid saray. Saray XVI əsrdə Səfəvi şahı I Təhmasib tərəfindən tikdirilmiş və Qacarlar sülaləsi tərəfindən iqamətgah kimi istifadə olunmuşdur. Pəhləvilər sülaləsi zamanında mərasimlərdə istifadə olunan saray hazırda muzey kimi fəaliyyət göstərir. == Saraydakı məkanlar == Şəms-ül Minarə - Tərcümədə "Günəş binası" deməkdir. Nasirəddin şah Qacar tərəfindən Tehranı yüksəkdən görmək üçün tikdirilmişdir. Salam salonu - Muzey kimi istifadə olunan bu salon Nasirəddin şah Qacar tərəfindən Avropa ölkələrini gəzdikdən sonra Avropa muzeylərinindən ilham alıb belə muzeyin saraydada olması üçün tikdirilmişdi. Pəhləvilər dövründə salonda rəsmi tədbirlər keçirilib. Avşarlar sülaləsinin qurucusu Nadir şahın Hindistandan gətirdiyi məşhur "Taxt-i Tavus" adlı taxt uzun zaman burada idi. Güzgü salonu - Bu salonda Nasirəddin şah Qacarın rəsmləri sərgilənir. Taxtı-Mərmər binası -Bu bina adını 65 mərmər hissəsindən ibarət mərmər taxtdan almışdır.
Gülüstan sülh müqaviləsi
Gülüstan sülh müqaviləsi ( rus. Гюлистанский договор) — 1813-cü ilin 12 oktyabr tarixində Rusiya imperiyası ilə Qacar dövləti arasında imzalanan müqavilə. 1804-cü ildən 1813-cü ilə qədər davam edən Birinci Rusiya-İran müharibəsini bitirən bu müqavilənin imzalanması 1 yanvar 1813-cü ildə general Kotlyarevskinin Lənkəranı tutması ilə daha da sürətləndi.Müqavilə Dağıstanın, Gürcüstanın, bu günki Azərbaycan Respublikasının əksər hissəsinin və hal-hazırkı Ermənistan Respublikasının şimal torpaqlarının Rusiya imperiyasına keçməsini rəsmiləşdirirdi.Müqavilənin mətni Böyük Britaniyanın Qacar imperiyasındakı nümayəndəsi olan və hakimiyyətə böyük təsir gücünə malik olan Ser Qor Ousli tərəfindən hazırlandı. Müqaviləni Rusiya tərəfindən Nikolay Rtişev, Qacarlar tərəfindən Mirzə Əbülhəsən xan Elçi imzaladı.Bu müqavilənin nəticəsi olaraq Cənubi Qafqazın əksər hissəsi Rusiya imperiyasının hakimiyyəti altına keçdi. İkinci Rusiya-İran müharibəsindən sonra Rusiya Cənubi Qafqazı bütünlüklə tutdu və bunu Türkmənçay müqaviləsində Qacar dövləti tərəfindən təsdiq edilməsinə nail oldu.Gülüstan müqaviləsi və ondan sonra imzalanan Türkmənçay müqaviləsi nəticəsində azərbaycanlılar iki yerə parçalandı. == Arxa plan == Rusiya imperiyasının Qafqazda işğalçı fəaliyyəti Qacarları ciddi şəkildə narahat edirdi. Bunun qarşısını almaq üçün Fətəli şahın vəliəhdi Abbas Mirzə Rusiyaya qarşı 1805-ci ilin yazında hərbi əməliyyatlara başladı. 1813-cü ilə qədər davam edən döyüşlər sonunda Qacarlar ağır formada məğlub edildilər. Artıq hərbi əməliyyatların Təbriz ərazisinə keçmə təhlükəsi yarandı. Bunun qarşısını almaq üçün Abbas Mirzə sülh danışıqlarına başlamağa icazə verdi.
Gülüstan sülhü

Gülüstan ticarət mərkəzi (Aşqabad)
Gülüstan Dövlət ticarət mərkəzi yaxud Rus bazarı (türkm. "Gülistan" söwda merkezi — Rus bazary) — Aşqabadın mərkəzi şəhər bazarı, şəhərin ən böyük bazarlarından biri. Şəhərin mərkəzində yerləşir. Yeni dükanların və ticarət mərkəzlərinin yaranmasına baxmayaraq, bazar şəhər əhalisi və ziyarətçiləri yenə cəlb edir.
Gülüstan yaşayış yeri
Gülüstan yaşayış yeri — Naxçıvan Muxtar Respublikası Culfa rayonunda, Araz çayının sol sahilində, Gülüstan türbəsinin yaxınlığında yerləşən yaşayış yeri. == Haqqında == Yaşayış yerində olan binalar tamamilə dağılmışdır. Hazırda yaşayış yerinin ərazisində bir neçə yerdə möhrədən tikilmiş divarların qalıqlarına rastlanır. Onlardan birinin uzunluğu 48 metr, eni 45 metrdir. Abidədə aparılan araşdırmalar zamanı çəhrayı rəngdə bişirilmiş şirli və şirsiz keramika nümunələrinə rastlamr. Şirli qablar Orta əsrlərin inkişaf etmiş dövrü üçün xarakterikdir. Aşkar olunmuş arxeoloji materiallara əsasən yaşayış yerini X-XIV əsrlərə aid etmək olar.
Gülüstan Əliyeva
Gülüstan Həsən qızı Əliyeva (8 aprel 1967, Yevlax) — Azərbaycanın opera müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti == Həyatı == Gülüstan Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından musiqi ilə məşğuldur. Yevlaxda orta məktəbdə oxuyanda atası onu və bacılarını musiqiyə cəlb etmişdir, Pionerlər evində musiqi ilə məğul olmağa başlamış, musiqi məktəbində bunu davam etdirmişdir. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsinin qalibi olmuş və üç turun üçündən də əla qiymət alaraq müsabiqənin qalibi olmuşdur. Elə həmin ildə Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olmuşdur. Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənib. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək elə həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının tarixində ilk dəfə açılan muğam sinfinin ilk tələbəsi olub və 1990-cı ildə həmən sinfin ilk məzunu olmuşdur. Müəllimi Xalq artisti, professor Arif Babayevdir. Hələ tələbəlik illərində (1986) Gürcüstanda keçirilən beynəlxalq tələbə gənclər festivalının iştirakçısı və qalibi olmuşdur. == Ailəsi == Həyat yoldaşı — Əhmədov Zahid Fərrux oğlu (1960, Cəbrayıl) Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (1988).
Gülüstana (Bicar)
Gülüstana (fars. گلستانه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 31 nəfər yaşayır (8 ailə). Əhalisini kürdlər təşkil edir.

Digər lüğətlərdə

вздёрнуть законопрое́кт нево́ля пантеи́зм рифма́чка продрема́ть цепля́ть ракан Сарпа aged Colt continuance performance dead soldier directing-gun eventually indestructible manipulation sarcocarp situation report slate-pin stomacher многожёнство неимоверный паровик штырь