Gülüstan məlik sarayı — Ağdərə rayonunun Talış kəndində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsi. Kompleks Gülüstan məliyi titulunu daşımış Məlik-Bəyləryanlar sülaləsi tərəfindən inşa etdirilmişdir. Qəsr-saray həm də müdafiə xarakteri daşıyırdı. Qəsrin qarnizonu ondan bir qədər şimalda inşa edilmiş kiçik qalada yerləşirdi.
Gülüstan məlik sarayı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Ağdərə rayonu |
Yerləşir | Talış kəndi yaxınlığında |
Aidiyyatı | Gülüstan məlikliyi |
Vəziyyəti | xarabalıqları qalıb |
|
|
Kompleks qülləli qala divarları ilə əhatə olunmuş çoxsaylı tikililərdən ibarətdir. Qəsr, landa düzbucaqlı formasına malikdir. Qəsr ərazisindəki bütün tikililər şərq-qərb oxu üzərində iki sırada düzülmüşdür.
Sarayın xarabalıqları Ürəkvəng monastırından 100-150 metr aralıda yerləşir. Kompleks Gülüstan məliyi titulunu daşımış Məlik-Bəyləryanlar sülaləsi tərəfindən inşa etdirilmişdir.[1] Tikilinin inşaat kitabəsində onun inşasına XVIII əsrin əvvəlində başlanıldığı qeyd edilir.[1][2]
Kompleks qülləli qala divarları ilə əhatə olunmuş çoxsaylı tikililərdən ibarətdir. Planda düzbucaqlı formasına malik qəsr binası, 42 metr uzunluğa və 36.5 metr enə malikdir. Qəsr ərazisindəki bütün tikililər şərq-qərb oxu üzərində iki sırada düzülmüşdür.[3]
Cənubdakı sırada səkkiz zal vardır ki, onlardan da dördü bir ümumi qalereyaya malikdir. Uzun kolonnadaya malik iki orta zal funksional xüsusiyyəti ilə yanaşı həm də, saray-qalanın təşkilat sistemində əlaqələndirici funksiyasını yerinə yetirir.[4]
Qalereyanın sağ və sol tərəflərində yerləşdirilmiş otaqlar hər biri pəncərə yerləri və buxarılara malikdir.[1] Qalereya ilkin quruluşuna görə kvadrat formalı yeddi pilona dayanan silindrik qübbəyə malik idi. Qərb qanadının otaqları tağtavanlı tavana malik zal vasitəsiylə kollonadalı zalla əlaqələndirilir.[3]
Qərb qanadında yerləşən dörd otağın hər biri gizli qapı və buxarıya malikdir.[3] Qəsrin daxili həyəti şimal və cənub zallarını əlaqələndirən element kimi istifadə olunub. Xarici dünya ilə əlaqə də həyət vasitəsiylə həyata keçirilirdi. Qəsrin əsas girişi həyətin qərb tərəfindədir.[3]
Qəsr-saray həm də müdafiə xarakteri daşıyırdı. Qəsrin qarnizonu ondan bir qədər şimalda inşa edilmiş kiçik qalada yerləşirdi. Hazırda həmin qalanın dörd qülləsi və qüllələri birləşdirən divarlar görünməkdədir.[3] Gülüstan məlikliyinin əsas qalası isə Gülüstan kəndində yerləşən Gülüstan qalası olmuşdur.[3]