Zaqafqaziya gümüşcəsi
Zaqafqaziya gümüşçəsi (lat. Alburnus charusini hohenackeri) — Şəmayılar cinsinin nümayəndəsidir.
Kürün orta və aşağı axarında və onun qollarında, Qızılağac körfəzinin şirinləşmiş hövzəsində, Mingəçevir su anbarında, Kürətrafı suların hamısında, Lənkəran, Astara zonası çaylarında yaşayır.
Bel üzgəcində 7–9, anal üzgəcində 11–15 şüa, yan xətt orqanında 38–45 pulcuq olur.Udlaq dişləri iki sırada yerləşir. Ağzının ucu gözlərin üst kənarı səviyyəsindədir. Çox dəyişkən formalı balıqdır. Bu gümüşcənin təkcə bədəninin hündürlüyü nisbətən azdır,pulcuqları nisbətən xırdadır, özü isə , əksinə azacıq böyükdür, uzunluğu 13,5 sm-ə, kütləsi 28 q-a çatır.Cinsi dimorfizm zəif inkişaf etmişdir. Uzunluğu 135 mm-ə qədər, çəkisi 28 q-a qədər olur.
Mülayim axarlı çaylarda olur. Böyümə xarakteri və tempi, kürütökmə müddəti, hər şeydən öncə su hövzələrinin termik rejimindən asılıdır.