HÖRMƏT, EHTİRAM (müxtəlif mənalarda) Bu ani, keçici hörmət, ehtiram hissidir, yoxsa başqa bir duyğudur? (Ə.Qasımov); İKRAM (köhn.) Xəlqin işi bizlərə ikram idi; Ax!.. necə kef çəkməli əyyam idi! (M.Ə.Sabir); İZZƏT, ŞÖVKƏT, ŞAN Nəbati istəməz sənsiz dünyanı; İzzəti, hörməti, şövkəti, şanı (Nəbati); NÜFUZ [Vəzir;] Gəncədə onun İlyasın böyük nüfuzu vardır (M.S.Ordubadi); SAYĞI Çəkil ordan, nə sayğı bilməz adam (H.Cavid); URVAT (dan.) Qəhrəman oxuyandan qabaq Rüstəmin bu evdə heç olmasa urvatı vardı (S.Rəhimov); İLTİFAT.