HÜDEYBİYYƏ

Məkkədən 17 km uzaqda yerləşən bir bölgədir. Hicrətin 6-cı ilində orada Məhəmməd peyğəmbərlə qureyşlilərin təmsilçisi olmuş Süheyl ibn Əmir arasında sülh müqaviləsi bağlanmışdır. Hüdeybiyyə anlaşmasının müsəlman cəmiyyətinin gələcəkdə möhkəmlənməsi, İslam dininin Ərəbistan yarımadasında yayılmasında böyük rolu olmuşdur. Bu hadisə Quranın 48-ci surəsində anılmışdır.
HÜCCƏT
HÜSEYN İBN ƏLİ
OBASTAN VİKİ
Hüdeybiyyə sülhü
Hüdeybiyyə sülhü (ərəb. الحدیبیّة‎) — hicri VI (M.628/mart)ildə Hüdeybiyyə adlanan bir məntəqədə Hz. Peyğəmbərlə məkkə müşrikləri arasında bağlanmış bir sülh müqaviləsidir. Həcc mərasimlərini yerinə yetirmək üçün Məkkəyə yollanan müsəlmanlar Qureyş müşrüklərinin qadağası ilə üzləşdilər, Hz. Peyğəmbər Qüreyş müşrikləri ilə danışıqlar aparmaq qərarına gəldi və bunun üçün ilk olaraq Ömər ibn Xəttabı seçdi. Ancaq O, getməkdən imtina edib Osman ibn Əffanın getməsini təklif etdi, Osmanın getməsindən və öldürülməsi barədə yayılan şayiələrdən sonra hz. Peyğəmbər müsəlmanlara Rizvan beyəti kimi tanınan bir müqavilə bağladı. Tərəflər arasındakı danışıqlardan sonra nəhayət, tərəflər arasında on illik barışığı təmin edən Hüddeybiyyə Barışıq Sazişi bağlandı və müsəlmanlar o il Mədinəyə qayıtdılar ki, növbəti il Ümrə ziyarətini yerinə yetirmək üçün Məkkəyə gəlsinlər. Hz. Peyğəmbər hicrətin VI ilində səhabələri ilə birlikdə Məkkəyə getdiyini və Allahın evini ziyarət etdiyi yuxusunda gördü.