HÜCCƏT

bir hökmün doğruluğunu sübut etmək və ya hər hansı bir problemə qalib gəlmək məqsədilə irəli sürülən dəlildir. Lüğətdə hüccət “nəzərdə tutmaq, yönəlmək, ziyarət etmək, üstün gəlmək” mənasını verən həcc kökündən törəmiş bir isim olaraq “dəlil” mənasını verir. Hüccət Quranda yeddi yerdə isim, on dörd yerdə isə fel kimi istifadə edilir. Quranda hüccət “insanların peyğəmbərlərdən sonra Allaha qarşı gətirəcəkləri bir dəlil olmasın deyə” (Quran, 4: 165) nümunəsində görüldüyü üzrə bəzən ihticac yəni “dəlil gətirmə” mənasını, “Aramızda müzakirəyə ehtiyac yoxdur” (Quran, 42: 15) nümunəsində olduğu kimi mənaları ifadə edər. Yenə Quran ayələrində Allah tərəfindən göndərilən peyğəmbərlər Allahın insanlara qarşı hüccəti olaraq qəbul edilmiş, inkarçıların önə sürdükləri etirazlar hüccət deyə adlandırılmaqla bərabər iddialarını isbat edən dəlil kimi də götürülmüşdür. Haqqında heç bir məlumatın olmadığı mövzularda istidlal etmək məqsədə uyğun görülməmiş, qəti biliyə söykənməyən hüccət dəyər sayılmadığı kimi qəti hüccətləri qəbul etməyənlərlə müzakirəni davam etdirmək də tövsiyə edilməmişdir. Allaha təslimiyyət göstərilərək müzakirənin sona çatdırılması istənmişdir. Dəlillə əlaqədar ayələri araşdıran alimlər Quranın bütün iddialarını qəti hüccəti dayandırdığına, fikri mübarizələrin hüccətlərlə edilməsini əmr etdiyinə, bundan ötəri onun başdan sona hüccəti, beyyinə və bürhanlarla dolu olduğuna diqqət çəkmişdirlər.
HÜBƏL
HÜDEYBİYYƏ
OBASTAN VİKİ
Hüccətülislam
Hüccətülislam (ərəb. حجة الإسلام‎) — şiə dini titullarından biri, Ayətullah və Böyük Ayətullah ilə birlikdə, Ayətullahdan aşağı bir rütbə, təxminən Xristianlıqda yepiskopa bərabərdir. Başlanğıcda bu titul yalnız böyük müctəhidlərə verilirdi, lakin 1920-ci illərin ortalarından etibarən Ayətullah rütbəsi böyük müctəhidlər arasında yayıldıqca orta səviyyəli İslam alimləri üçün də istifadə olunmağa başlanmışdır. Hücətülislam titulunu əldə etmək üçün hauza fiqh, kəlam, hədis, təfsir, fəlsəfə və ərəb ədəbiyyatının öyrənilməsini əhatə edən ali teoloji təhsil kursunu bitirmək lazımdır. Tələbə bu fənləri mənimsədikdən sonra hüccətülislam rütbəsinə layiq görülür və o, müctəhid ola bilər. == Ən məşhur hüccətülislamların siyahısı == Məhəmməd Hatəmi Muhsin Kadivar Məhəmməd Cavad Bahonar Əli Yunisi Mohseni-Ecey Qulam Hüsseyn Məhəmməd Reyşahri Əli Fallahian Mehdi Kərrubi Müqtəda əs-Sədr Seyid Həsən Nəsrullah == Həmçinin bax == Əbu Hamid əl-Qəzali — Sünni ilahiyyatçı və filosof. O, sünnilərdən Hüccətülislam fəxri adını almışdır.

Digər lüğətlərdə