Hüquqi Tənzimləmə Metodu

subyektlər arasında hüquqi təsir predmetlərinin əsas xüsusiyyətləri nəticəsində formalaşan münasibətlərin tənzimlənməsi qaydaları və vasitələri toplusudur.
Hüquqi Tənzimləmə
Hüquqi Tərkiblər
OBASTAN VİKİ
Betelle metodu
Betelle metodu-Bu metod su resurslarının inkişafı, suyun keyfiyyətinə nəzarət, avtomagistralların, atom elektrik stansiyalarının planları və s. layihələr tərəfindən ətraf mühitə göstərilən təsirlərin qiymətləndirilməsi üçün hazırlanmışdır. == Giriş == Hər kateqoriya (qrup) daxilində komponentlər mövcuddur, onların təsir göstəricilərinə ayrı-ayrı cərgələr aiddir. Məsələn, çirklənmə-bu kateqoriyadır, suyun çirklənməsi komponentdir, pH isə təsirin bir göstəricisidir. Bu metod dörd əsas faktordan istifadə edir: ekologiya, fiziki-kimyəvi, hiss edilən-mənimsənilən, insan fəaliyyəti (sosıum). Bu kateqoriyalar müəyyən sayda xüsusi seçilmiş komponentlərə malikdirlər.
Bəşirov metodu
Bəşirov metodu — kənd təsərrüfatı heyvanlarının çoxaldılmasına, onların cins tərkibinin yaxşılaşdırılmasına, sağlam nəsil alınmasına, məhsuldarlığın 1000 dəfəyə qədər artırılmasına və s. kimi çox mühüm, böyük nəticələr əldə etməyə imkan verən bir metoddur. Bu metodun yaradıcısı akademik Eyyub Bəşirovdur. XX əsrin ortalarında işlənib hazırlanmış bu orijinal, mütərəqqi metod bu gün də dünyanın heyvandarlıq təcrübəsində geniş istifadə edilir və çox böyük uğur gətirir. Eyyub Bəşirov cərrahi yolla erkək heyvanların çoxalma üzvünü 30–45 dərəcə bucaq altında öz təbii yerindən kənara çəkməklə süni mayalamada istifadə etmək üçün yüksək keyfiyyətli toxum alınmasına, törədici-seçici-stimuləedici kimi istifadə edilməsinə, bununla da bir çox mühüm problemlərin aradan qaldırılmasına nail olmuşdur. Belə ki, əgər adi, təbii cütləşmədə naxırda 1 ildə 1 törədici ilə ən yaxşı halda, ən çoxu 20–25 inək mayalamaq mümkün olursa, dondurulmuş toxumla aparılan süni mayalamada "Bəşirov metodu"nu və Eyyub Bəşirovun işləyib hazırladığı yeni, orjinal texnologiyaları tətbiq etməklə, 25000 camış və inək mayalamaq mümkündür.
Delfi metodu
Delfi metodu və ya delfi texnikası informasiyanın toplanmasının ekspert qiymətləndirmələri metodlarından biridir. == Əsas xüsusiyyətləri == === Birinci mərhələ === Birinci mərhələdə tədqiq edilən problem üzrə işçi qrupu yaradılır və onlar məntiqi əsaslandırmalarla tədqiq edilən problemə dair hipotezalar irəli sürür və onun əsasında ekspertlərin qiymətləndirəcəyi sualları özündə əks etdirən anket hazırlayırlar. === İkinci mərhələ === İkinci mərhələdə həmin anket müəyyən kriteriyalara uyğun olaraq seçilmiş ekspertlərə təqdim edilir. Hər bir ekspert bir-birindən xəbərsiz anketlərdə qoyulmuş sualları müəyyən bal şkalasına uyğun olaraq qiymətləndirir. Ekspertlərin verdikləri qiymətlər atributiv və ya kəmiyyət əlamətlərinə görə sıralanır. Hər bir sual üzrə orta qiymət, mediana və kvartili (birinci və üçüncü kvartili) hesablanılır. Birinci və üçüncü kvartilinin qiymətləri intervalına uyğun gəlməyən cavablar nəzərdən keçirilmir. Kvartilinin qiymət intervalına daxil olan cavablar əsasında verilmiş qiymətlərin dispersiyası hesablanılır. Dispersiyanın kənarlaşma səviyyəsinin sıfıra yaxın olması verilmiş qiymətlərin cavablarının reprezentativliyini xarakterizə edir. === Üçüncü mərhələ === Üçüncü mərhələdə cavabları kvartilinin qiymət intervalına uyğun gəlməyən ekspertlərin suallara verdikləri cavabların qiyməti və onların rəyləri verdikləri qiymətlər kvartilinin qiymətləri intervalında yerləşən ekspertlərə təqdim edilir.
Eksperiment metodu
Kornell metodu
Kornell metodu (ing. Cornell method) və ya Kornell qeyd tutma sistemi (ing. Cornell note-taking system) – 1940-cı illərdə Kornell Universitetinin professoru Volter Pauk tərəfindən yaradılan qeyd tutma metodudur. Kornell metodu zamanı qeyd tutmanın əsas məqsədi məlumatı birbaşa kağıza köçürmək və ya qeydlərin bir daha baxılmamaq üzrə yazılması deyil. Kornell metodu bir çox universitetlərdə istifadə olunan metoddur. Kornell metodu ilə qeyd tutmaq üçün A4 kağızı götürülür. Aşağını 4-5 sm boşluq buraxacaq şəkildə sətir çəkilir. Yuxarıdan aşağıya doğru vərəqi 2 sütuna böləcək şəkildə xətt çəkilir. Sol sütun sağ sütundan 2-3 qat qalın ola bilər. Sol sütun açar sözlər, mövzu haqda suallar, fikirlər, sağ sütun isə qeydlər üçündür.
Sorğu metodu
Sorğu konkret sosioloji tədqiqatlarda ən çox yayılmış və geniş istifadə olunan metodlardan biridir. Bu metodun populyarlığı onun özünəməxsus universallığı ilə izah olunur. Əgər, məsələn, müşahidə metodunun köməyi ilə tədqiqatçı fərdin indiki zamanda real davranış faktlarını qeyd edirsə, sorğu metodunun vasitəsilə tədqiqatçı fərdin keçmişdə və hal-hazırda davranış motivləri və real hərəkətləri haqqında, onun niyyətləri və gələcək planları haqqında məlumat ala bilər. Tədqiqatçı fərdin subyektiv rəyləri, hissləri, davranış motivləri haqqında daha dolğun məlumat almaq istədiyi hallarda sorğu metodu xüsusilə əvəzedilməzdir. Sorğu metodunun özünəməxsusluğu ondan ibarətdir ki, məlumat mənbəyi burada fərdin şifahi məlumatları, mülahizələri kimi çıxış edir. Keçirilmə üsulu cəhətdən sorğu, bir tərəfdən, müəyyən sualları olan tədqiqatçıdan (o, bu suallara cavablardan onu maraqlandıran məlumatları əldə etməyə ümid bəsləyir), digər tərəfdən isə həmin suallara cavab verməli olan respondentdən ibarətdir. Tələb olunan məlumatın xarakterinə, onun alınması üsuluna və təfsir olunma tipinə görə sorğu aşağıdakı növlərə bölünür: 1) anket sorğusu, 2) müsahibə, 3) sosiometrik sorğu. Əsas toplunun əhatə edilməsi dərəcəsinə görə sorğular tam və seçkili olur. Tam sorğu aparılarkən sorğudan müşahidə vahidlərinin bütün məcmusu keçirilir, yəni rəyi soruşulanların sayı öyrənilən əsas toplu üzvlərinin sayına bərabər olur. Seçkili sorğuda rəyi soruşulanların sayı öyrənilən əsas toplu üzvlərinin sayının yalnız müəyyən bir hissəsini təşkil edir.
TPMA metodu
Səlahiyyətlərin ötürülməsi ilə çoxsaylı giriş və ya markerin ötürülməsi metodunun alqoritmi şəkildə verilmişdir Markerin ötürülməsi metodu – mühitə giriş metodudur və məlumatın ötürülməsinə icazə verilməsi üçün, bir işçi stansiyadan digər işçi stansiyasına marker ötürülür. Markeri alan işçi stasiya məlumat göndərə bilər və bunun üçün məlumat markerə qoşularaq şəbəkəyə ötürülür. Bu zaman marker məlumatı şəbəkədə daşıyır. Məlumatı göndərən və qəbul edən stansiyalar arasındakı bütün stansiyalar bu məlumatı görür, lakin onu ancaq təyinat stansiya qəbul edir. Bu zaman o yeni marker yaradır. Marker (token) və ya səlahiyyət – verilənlərin ötürülməsinə başlamağa imkan verən unikal bitlər kombinasiyasıdır. Hər bir qovşaq özündən əvvəlki qovşaqdan paketi qəbul edir, siqnalların səviyyəsini nominal səviyyəyə qədər bərpa edir və növbəti qovşağa göndərir. Göndərilən paket verilənlərə malik ola bilər və ya marker ola bilər. İşçi stansiyaya paket göndərmək lazım gəldikdə onun şəbəkə platası markerin daxil olmasını gözləyir, sonra onu müvafiq səviyyənin protokolu üzrə formatlaşdırılmış verilənlərdən ibarət olan paketə çevrir və sonra lokal şəbəkəyə göndərir, paket lokal şəbəkədə ünvana çatana qədər işçi stansiyalarının şəbəkə plataları arasında yayılır. Alan işçi stansiya paketin alınmasını təsdiq etmək üçün ona müəyyən bitlər əlavə edir və lokal şəbəkəyə qaytarır.
VKB metodu
VKB metodu (Ventzel-Kramers-Brillüen) – Kvant mexanikasında kvaziklassik yaxınlaşmadır. Bu metod klassik trayektoriyalar, kvant spektri və dalğa funksiyası arasında əlaqə qurur, belə ki, dalğa funksiyası klassik təsir vasitəsilə ifadə olunur. Bu metod 1926-ci ildə bir-birindən asılı olmadan üç fizik Q.Ventzel, H.Kramers və L.Brillüenin tərəfindən inkişaf etdirildiyinə görə VKB metodu adını almışdır. Şredinger tənliyini yazaq: − ℏ 2 2 m d 2 ψ d x 2 + U ( x ) ψ = E ψ {\displaystyle -{\frac {\hbar ^{2}}{2m}}{\frac {d^{2}\psi }{dx^{2}}}+U(x)\psi =E\psi } Burada U {\displaystyle U} potensialının x = 0 {\displaystyle x=0} nöqtəsində minimumunun olduğu və bu nöqtədən uzaqlaşdıqca monoton artdığı nəzərdə tutulur. Belə potensialda E {\displaystyle E} enerjisinə malik klassik zərrəcik (maddi nöqtə) U ( x ) = E {\displaystyle U(x)=E} tənliyinin həlləri olan a {\displaystyle a} və b {\displaystyle b} nöqtələri arasında periodik rəqs edəcək. Yeni dəyişənlər daxil edək k ( x ) = 2 m ℏ 2 [ E − U ( x ) ] {\displaystyle k(x)={\sqrt {{\frac {2m}{\hbar ^{2}}}[E-U(x)]}}} və Şredinger tənliyini yenidən yazaq: d 2 ψ d x 2 + k 2 ( x ) ψ = 0 {\displaystyle {\frac {d^{2}\psi }{dx^{2}}}+k^{2}(x)\psi =0} Dalğa funksiyasını aşağıdakı şəkildə göstərək: ψ ( x ) = A ( x ) exp ⁡ [ i ℏ S ( x ) ] {\displaystyle \psi (x)=A(x)\exp {[{\frac {i}{\hbar }}S(x)]}} burada amplitud A {\displaystyle A} və eksponentin qüvvəti S {\displaystyle S} həqiqi nəzərdə tutulurlar. Sonuncu ifadəni Şredinger tənliyində nəzərə alsaq aşağıdakı diferensial tənlikləri alarıq: A ( S ′ ) 2 = A p 2 + ℏ 2 A ″ {\displaystyle A(S')^{2}=Ap^{2}+\hbar ^{2}A''} S ″ A + 2 S ′ A = 0 {\displaystyle S''A+2S'A=0} burada p ( x ) = ℏ k ( x ) {\displaystyle p(x)=\hbar k(x)} lokal impulsdur. Alınmış tənliklər Şredinger tənliyinə tam ekvivalentdirlər. Kvaziklassik yaxınlaşmada ℏ 2 A ″ {\displaystyle \hbar ^{2}A''} həddi kiçik olduğu üçün atıla bilər (bu yazınlaşmasız qeyri-xətti Rikkati tənliyi dəqiq həll olunmur). Bu halda alınan ifadələri inteqrallamaq olur: S ( x ) = ∫ x 0 x p ( x ) d x {\displaystyle S(x)=\int \limits _{x_{0}}^{x}{p(x)dx}} A = ψ 0 | p ( x ) | {\displaystyle A={\frac {\psi _{0}}{\sqrt {|p(x)|}}}} burada S ( x ) {\displaystyle S(x)} klassik təsirə uyğun gəlir.
İnandırma metodu
İnandırma metodu — Bu metodun köməyi ilə tərbiyə olunanların düşüncələri, təsəvvürləri, baxışları formalaşır, informasiya sahəsində (təlqinetmə, dialoq, inam) operativ mübadilə gedir. Pedaqoqun praktik işində bir neçə tərbiyə metodlarından istifadə edilir. Bu metodların təsnifatı: Tapşırıqları yerinə yetirmə metodu — Bu metodun köməyi ilə tərbiyə olunanların fəaliyyəti təşkil olunur və onun müsbət motivləri (tapşırıq, tələb, yarış, nümunə göstərmə, müvəf fəqiyyət situasiyasının yaradılması) stimullaşdırılır Qiymət və özünəqiymət metodu — Bu metodun köməyi ilə tərbiyə olunanlara öz davranışlarını, özününizamlama (tənqid, mükafat, irad, cəza, inam, nəzarət, özünənəzarət, özünənəzarət, özünütənqid) və s. bu kimi hallarda fəaliyyətin stimulyasiyası gedir. Bu metodlardan ən əsası inandırma metodudur. Bu metod vasitəsilə şagirdlər təlim və tərbiyə prosesində daha aktiv iştirak edirlər. Tərbiyə olunanların fəaliyyət xüsusiyyətlərinə laqeydlik göstərmək, münasibət bildirməmək, qiymətləndirməmək yolverilməzdir. M. F. Axundovun haqlı olaraq yazdığı kimi, "sevinc və şənlik bəxş edən vasitələrdən uzaqlaşmaq hisslərin süstləşməsinə və ağlın kütləşməsinə səbəb olar". Uşaqda yaxşı bir hərəkət baş verdikdə həvəsləndirib artırmaq lazımdır. Beləliklə, tərbiyə metodları dedikdə, biz tərbiyə olunanların davranışına, hisslərinə, şüuruna konkret şəkildə təsir etmək yolu ilə birgə fəaliyyətdə pedaqoji vəzifələrin həlli, pedaqoq-tərbiyəçi ilə tərbiyə olunanların ünsiyyətini başa düşməliyik.
Qolgi metodu
Qolgi metodu (üsulu) — işıq mikroskopiyası altında sinir toxumasını görüntüləmək üçün istifadə edilən gümüş rəngləmə üsulu. Metod 1873-cü ildə bu üsulla çəkilmiş ilk fotoşəkili nəşr edən italyan həkim və alim Kamillo Qolgi tərəfindən kəşf edilmişdir. Əvvəlcə Qolgi qara reaksiyası (la reazione nera) adlanırdı sonra daha çox Qolgi ləkəsi və nəhayət Qolgi üsulu kimi tanındı. Qolgi boyanması ispan neyroanatomu Santiaqo Ramón i Kajal (1852-1934) tərəfindən sinir sisteminin təşkili ilə bağlı bir sıra yeni faktlar aşkar etmək üçün istifadə edilmişdir ki, bu da neyronların öyrənilməsinin yaranmasına kömək etmişdi. Nəhayət, Ramon i Kajal "ikiqat emprenye" ​​adlandırdığı üsulu tətbiq edərək texnikanı təkmilləşdirdi. Bu gün də istifadə olunan Ramon i Kajal boyama texnikası Kajal boyanması adlanır. Sinir toxuması hüceyrələri sıx şəkildə yığılır və bütün hüceyrələri rəngləyərkən onların quruluşu və əlaqələri haqqında az məlumat əldə etmək olar. Bundan əlavə, neyron aksonları və dendritlər də daxil olmaqla sinir hüceyrələrinin incə sap kimi prosesləri adi rəngləmə üsulları ilə görünməyəcək qədər nazik və şəffafdır. Qolgi metodu məhdud sayda hüceyrəni bütünlüklə boyayır. Bunun baş vermə mexanizmi hələ də tam məlum deyil.
Sokrat metodu
Sokrat metodu və ya Sokratik metod — qədim yunan filosofu Sokratın adını daşıyan, həqiqətin və biliklərin hazır formada verilməməlidi, problemi ifadə edən və axtarış tələb edən iki fərd arasındakı dialoqa əsaslanan üsul. Bu üsul tez-tez həmsöhbətin verilən suallara cavab verərək, mühakimələrini (hökm) ifadə etdiyi, biliyini və ya əksinə, məlumatsızlığını ortaya qoyduğu bir müzakirəni əhatə edir. Sokrat metodu hipotezlərin aradan qaldırılması (həll edilməsi: müsbət və ya mənfi) üsuludur, burada tərəflərdən birinin təşəbbüsü bəzi hallarda özünü bilikli hesab edən həmsöhbətin özünəinamını azaltmağa və ona nəinki heç nə bilmədiyi, üstəlik dar düşüncəli bir insan olaraq qalmasından, cahilliyindən şübhələnmədiyini belə sübut etməyə yönəlmişdir. Digər hallarda həmsöhbəti özünü tanımağa, eləcə də özündə əvvəllər gizli, qeyri-müəyyən və hərəkətsiz qalan tərəflərin aşkara çıxarılmasına və aydınlaşdırılmasına yönəldilməsi nəzərdə tutulurdu. Sokrat özü bu metoda “aşkarlamaq” adını vermişdir. Bu metodda birinci hal “ironiya” adlanırdı. Sokrat sonuncu halda həmsöhbətin beynində həqiqətin “doğuşunu” təşviq etmək üçün bir vasitə hesab edirdi. O, bu metodu "mayevtika" adlandırırdı. Aristotel elmi metodun əsası hesab etdiyi tərif və induksiya metodlarını kəşf etməkdə Sokrata borclu idi.
Tənzimləmə Şurası (Polşa)
Tənzimləmə Şurası — Birinci dünya müharibəsi illərində bölünmüş Polşanın yarımüstəqil və müvəqqəti təyin olunmuş ən yüksək hakimiyyət səlahiyyətlərinin sahibi olan qurum. Tənzimləmə Şurası Almaniya və Avstriya-Macarıstan tərəfindən Polşa Krallığının yenidən formalaşdırılmasından sonra 1917-ci ilin sentyabrında yarandı. Şuranın yeni hökmdar və ya nümayəndə təyin olunana qədər fəaliyyət göstərməsi nəzərdə tutulmuşdu. 1918-ci ilin 7 oktyabrında Tənzimləmə Şurası Polşanın müstəqilliyini elan etdi. Daha sonra isə Şura tərəfindən Polşa Krallıq Ordusunun komandanlığı təhvil götürüldü. Tənzimləmə Şurasının üzvlərinə Varşava arxiyepiskopu Kardinal Aleksandr Kakovski, Şahzadə Zdislav Lybomirski, Varşava Bələdiyyə başçısı və torpaq mülkədarı Yozef Ostrovski daxil idi. Tənzimləmə Şurası yarımüstəqil fəaliyyət göstərdiyi üçün təhsil və hüquqi məsələlərlə məşğul olmaqla məhdudlaşdırılmışdı. 7 oktyabr 1918-ci ildə Polşa müstəqilliyini elan etdi. Həmin ilin 14 noyabrından etibarən bütün səlahiyyətlər Yozef Pilsudskinin əlinə keçdi. O, 22 noyabr 1918-ci ildən etibarən Dövlət Başçısı olaraq adlandırılmağa başlandı.
Hüquqi antropologiya
Hüquqi antropologiya — şifahi və ya yazılı hüquqları və ictimai həyat təcrübəsini təhlil edərək, hər bir tarixi sivilizasiya tipi üçün xarakterik olan insan varlığının hüquqiləşdirilməsi proseslərini araşdıran və insan icmaların sosial və hüquqi həyatının əsasını təşkil edən qanunauyğunluqları aydınlaşdırmağa çalışan elmi və təhsil intizamı. == Hüquqi antropologiyanın yaranma tarixi == Hüquqi antropologiya antropoloji elmlər içərisində nisbətən yeni, cavan sahələrdən hesab olunur. Hüquqi antropologiyanın bir elm kimi formalaşması tarixi mübahisəlidir. Belə ki, universitet təhsili sistemində hüquqi antropologiya keçən əsrin 90-cı illərindən tədris olunmağa başlayıb. İlk dəfə 1990-cı ildə Norbert Rulan tərəfindən Paris 7 universitetində tədris olunmuşdur. 1995-1996-cı tədris ilindən etibarən isə Rusiyadakı tədris olunmağa başlayıb. Hüquqi antropologiya hüquq və antropologiyanın qovşağında formalaşmış bir elm sahəsidir və müəyyən tədqiqatçılar onu sosial antropologiyanın bir sahəsi kimi də qəbul edirlər. Ümumilikdə hüquqi antropologiyanın müəyyən bir bilik sahəsi kimi ayrılması müxtəlif tədqiqatçılar tərəfindən müxtəlif cür qəbul olunur. Bu fənnin ilk dərsliyini yazan N.Rulan hüquqi antropologiyanın XVIII əsrin II yarısında formalaşmağa başladığını göstərmiş və fransız maarifçisi Jan Jak Russo və alman filosofu İmmanuel Kantı bu sahənin ilkin yaradıcıları kimi vermişdir. Lakin, bir çox tədqiqatçılar hüquqi antropologiyanın yaranmasını qədim hüquq sistemlərinin daha doğrusu yazılı hüquq formalaşana qədər mövcud olmuş ictimai həyatın nizamlanması formalarının tədqiqat obyektinə çevrilməsi ilə əlaqələndirirlər.
Hüquqi doktrina
Hüquqi doktrina (lat.doktrina-təlim nəzəriyyə) elmin müxtəlif sahələri üzrə problemlərə dair nəzəiyyə, bilik sistemidir. Hüquqi doktrinanın hüququn mənbəyi qismində çıxış etməsi üçün zəruridir; Hüquqi doktrinaya ünvanlanan belə tələb onun hüquqyaratma prosesinki rolundan, hüququn mənəvi əsası qismindəçıxış etməsindən irəli gəlir. Hüquqi doktrina hüququn mənbəyi kimi hələ qədim dövrlərdə tanınmışdı. Qədim Romada məşhur hüquqşunasların rəyləri həm hüquqyaratmada həm də hüquq tətbiqetmədə artıq dərəcədə mühüm əhəmiyyət kəsb etmişlər, Məhkəmə prosesində işlərə baxılması zamanı həlledici amil roluna malik idilər. Qədim Roma tarixi bildirirki,426-cı ildə hüquqşünaslardan iqtibas gətirmə haqqında xüsusi qanunla beş ən məşhur və nüfuzlu hüquqşunasın (Papinian, Pavel, Ulpian, Qay, Modestin) irəli sürdükləri müddəalara hüquqi qüvvə verilmişdir Roma hüquqşünaslarının əsərləri məşhur Yustinian Məcəlləsinə onun tərkib hissəsi qismində daxil edilmişdir. Baş verən mübahisələr səs çoxluğu ilə həll olunurdu, əks halda, yəni ümumi bir rəyə gəlinmədikdə Papinianın rəyinə üstünlük verilirdi. Doktrinaların əhəmiyyəti roman-german hüquq sistemli ölkələrdə (Fransa, İsveçrə, Almaniya, Avstriya və.s) onların hüququn mənbələri iyeyarxiyasında ilkin mənbə statusunda olmaları ilə bağlıdır. Bir məqam da nəzərə almaq lazımdır ki, Qədim Roma hüquqi konsepsiyalarının qəbul edilməsi şərtləndirilmişdir. Sonrakı dövrlərdə doktrinanın hüququn mənbəyi kimi daxil olduğu dünya ölkələrinin hüquq sistemindən asılı olaraq müxtəlif əhəmiyyətə malik olması qeyd olunur. Belə ki, anqlisakson (ümumi) hüquq sisteminin yaranması ilə presedent hüququn formalaşdığı dövrdə hüquqi doktrina mənbələr sistemində kifayət qədər mühüm yer tuturdu.
Hüquqi dövlət
Hüquqi dövlət – dövlətin təşkilinin və fəaliyyətinin elə bir formasıdır ki, burada insan və vətəndaşın hüquqları və azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər və onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur. Hüquqi dövlət ("Rechtsstaat") termini də, "polis dövləti" termini kimi, Almaniyada ortaya çıxıb. Bununla belə, bu termin Fransada inkişaf edib və Fransa bu məsələdə həm Almaniyaya, həm də Avropa ölkələrinə örnək olub. Çağdaş ictimai həyatda və siyasi sistemdə "hüquqi dövlət" çox önəmli prinsipdir. Konstitusiya qurumu olan "hüquqi dövlət" prinsipi xüsusilə kontinental Avropa ölkələrində yayğın anlayışdır. Anqlo-sakson ölkələrində "hüquqi dövlət" isə "hüququn hegemonluğu" mənasına gələn "rule of law" termini ilə ifadə olunur. Hüquqi dövləti bəşəriyyətin nail olduğu ən yaxşı, ən ideal nizam olaraq qəbul etmək mümkündür. Sosial dövlət, demokratik dövlət, dünyəvi dövlət hüquqi dövləti tamamlayan xüsusiyyətlərdir. Siyasət elmi də zaman keçdikcə makiavelist məntiqdən ayrılaraq hüquqilik zəmininə əsaslanmaq məcburiyyətində qalıb. Çağdaş dövlət idarəçiliyi hüquqi qaydalara bağlıdır.
Hüquqi fakt
Hüquqi fakt — qanunun aliliyi ilə hüquqi münasibətlərin yaranmasını, dəyişməsini və ya dayandırılmasını birləşdirən xüsusi bir həyat vəziyyəti (şəraiti, situasiyası) . Qanuni faktlar, bir qayda olaraq, qanundan kənar olaraq yaranır və mövcuddur, lakin qanunverici tərəfindən onlara hüquqi xarakter verilməsi onların tənzimlənməsi və qaydaları üçün lazımdır. Hüquqi faktlar hüquqi münasibətlərin yaranması, dəyişməsi və dayandırılması üçün dərhal səbəblər, əsaslar kimi xidmət edir. Bəzi hüquqi faktlar (məsələn, vətəndaşlıq vəziyyəti aktları) məcburi dövlət qeydiyyatına alınır. == Hüquqi faktların təsnifatı == Qanuni faktlar çox və müxtəlifdir. Müxtəlif səbəblərdən təsnif edilə bilər. Hüquqi faktlar: qanun yaradıcılığı qanunu dəyişdirən xitam dəstəkləyən (əsaslı faktlar) bərpaedici maneə törədir Subyektin iradəsi ilə əlaqədar olaraq, hüquqi faktlar hadisələr (görünüşü obyektiv olaraq hüquqi münasibətlərin tərəflərinin iradəsindən asılı deyil) və hərəkətlər (görünüşü atın iradəsi ilə əlaqəli) hüquqi münasibət iştirakçılarından ən az biri) kimi təsnif edilə bilər. Hadisələr — insanın iradəsindən asılı olmayaraq baş verən reallıq fenomenləridir. Məsələn, bir insanın ölümü, əmlak mirasının hüquqi əlaqəsi də daxil olmaqla çoxsaylı hüquqi nəticələrə səbəb ola bilər. Hadisələr mütləq və ya nisbi ola bilər.
Hüquqi müəyyənlik
Hüquqi müəyyənlik — milli və beynəlxalq hüquqda qanuna riayət edən şəxslərin davranışlarının tənzimlənməsinə dair bir prinsipdir. == Açıqlaması == Hüquq sistemi, qanuna tabe olan şəxslərin davranışlarını qəti şəkildə tənzimləmələrinə və qanuna tabe olanların dövlət hakimiyyəti tərəfindən istifadəsindən qorumalarına icazə verməlidir. Hüquqi müəyyənlik qərarların qanuni qaydalara uyğun verilməsi, yəni qanuni olması tələbini əks etdirir. Hüquqi müəyyənlik konsepsiyası milli hüquqdakı fərdi muxtariyyət anlayışı ilə sıx şəkildə əlaqələndirilə bilər. Hüquqi müəyyənlik anlayışının qanuna daxil olma dərəcəsi, milli hüquqşdan asılı olaraq dəyişir. Bununla birlikdə, qanuni müəyyənlik tez-tez qanunun hazırlandığı, təfsir edildiyi və tətbiq olunduğu hüquqi metodların inkişafı üçün əsas prinsip kimi mühüm əhəmiyyətə malikdir. Hüquqi müəyyənlik həm mülki hüquq sistemlərində, həm də ümumi hüquq sistemlərində müəyyən edilmiş bir hüquqi anlayışdır. Mülki hüquq ənənəsində, hüquqi müəyyənlik məmurların davranışının maksimum dərəcədə proqnozlaşdırıla bilməsi ilə müəyyən edilir. Ümumi hüquq ənənəsində, qanuni müəyyənlik çox vaxt vətəndaşların işlərini qanunu pozmayacaq şəkildə təşkil etmə qabiliyyəti ilə izah olunur. Hər iki qanuni ənənədə hüquqi müəyyənlik dövlət orqanları tərəfindən görülən qanunvericilik və inzibati tədbirlərin qanuniliyi üçün əsas prinsip kimi qəbul edilir.
Hüquqi məsuliyyət
Hüquqi məsuliyyət — qanunsuz hərəkətə görə günahkar şəxsə dövlət məcburiyyəti tədbirlərinin tətbiq edilməsidir. Qanuni məsuliyyət, dövlətin daxil olduğu, səlahiyyətli orqanlarının və onun törətdiyi qanunsuz hərəkətə görə müvafiq məhrumiyyətlərə dözmək məcburiyyətində olan cinayətkarın təmsil etdiyi hüquq münasibətidir. Qanuni məsuliyyət cinayət və ya ictimai təhlükəli hərəkət nəticəsində yaranır və xüsusi hüquqi münasibətdir. Bir cinayət faktı, subyekti (cinayətkarı) dövlətlə müəyyən bir hüquq münasibətinə salır ki, bu zaman səlahiyyətli orqanlar tərəfindən təmsil olunan dövlət səlahiyyətli tərəf, cinayətkar isə məcburi olan kimi çıxış edir. Eyni zamanda, həm səlahiyyətli, həm də borclu olan şəxslər qanun çərçivəsində hərəkət edirlər və qanuni məsuliyyətin icrası qanunlar, bu cinayətə görə məsuliyyət nəzərdə tutan xüsusi hüquq normalarının sanksiyaları əsasında həyata keçirilir. == Hüquqi məsuliyyət prinsipləri == Hüquq elmində aşağıdakı hüquqi məsuliyyət prinsipləri fərqləndirilir: qanunçuluq, ədalət, təcavüzün qaçılmazlığı, məqsədəuyğunluq, cəzanın fərdiləşdirilməsi, təqsir üçün məsuliyyət, cəzanın ikiqat artırılmasına yol verilməməsi və eyni zamanda insanlıq prinsipi. Qanunilik prinsipi cinayət, mülki, inzibati və intizam məsuliyyətinin həyata keçirilməsində qanunun tələblərinin dəqiq və sarsılmaz şəkildə həyata keçirilməsindədir. Qanunun tələblərinə (həm maddi, həm də prosessual) uyğunluq hüquqi məsuliyyət hədəflərinə çatmaq üçün zəruri şərtdir. Maddi qanunun əsas tələbi hüquqi məsuliyyətin yalnız qanunla nəzərdə tutulmuş hərəkət (hərəkət və ya hərəkətsizlik) üçün və yalnız qanuna uyğun olaraq ortaya çıxmasıdır. Prosessual qanunun əsas tələbi, cinayətkara qarşı hüquqi məsuliyyət tətbiqetməsinin etibarlılığı, yəni qanunsuz hərəkətin törədilməsi faktının obyektiv həqiqət kimi təsbit edilməsidir.
Hüquqi nihilizm
Hüquqi nihilizm (lat. Nihil — heç nə sözündən) — insanlar arasındakı münasibətlərin uğurlu tənzimlənməsinin bir elementi kimi ictimai qurum və davranış qaydaları sistemi olaraq qanunun inkar edilməsi. Bu cür hüquqi nihilizm qanunsuz hərəkətlərə, xaosa səbəb ola biləcək və ümumiyyətlə hüquq sisteminin və cəmiyyətin inkişafını ləngitən qanunların inkarından ibarətdir. Hüquqi nihilizm, qanunu bilməməsi ilə əlaqəli hər gün aktiv və ya passiv ola bilər və ya hüququn sosial rolunu inkar edən insanın dünyagörüşünün qurulması ilə əlaqəli fəlsəfi ola bilər. Eyni zamanda, qanunla nihilizm, nominal təşkilat kimi fəal şəkildə qarşılıqlı əlaqədə olan, lakin əslində öz maraqlarını həyata keçirmək üçün korrupsiya və güc strukturlarından istifadə edən insanlar arasında da müşahidə edilə bilər. == Hüquqi nihilizmin təzahürləri == Bir çox hüquq nəzəriyyəçisi, cinayət törətməyin səbəblərindən biri kimi hüquqi nihilizmə işarə edir, çünki bunun təzahürü şəxsin aşağı qanuni şüurun, qanuna hörmətsizliyin və gündəlik həyatda üstünlük təşkil etməməsinin əlaməti hesab olunur və ya qrup öz fəaliyyətlərində əsasən ənənələr, siyasi, iqtisadi və ya digər mənafeləri rəhbər tutur, lakin qanun deyil. == Hüquqi nihilizmin əhəmiyyəti == Qanuni nihilizmin cinayət törətməyin əsas səbəbi olduğunu iddia edənlər açıq şəkildə qanunları tətbiq etməyin əsas səbəbi dəyərləri və əxlaqı görürlər. Bu, bir vətəndaşın qanuna əməl etmək və ya ona əməl etməmək qərarından mənəvi və etik komponenti istisna edən cinayət və cəza iqtisadiyyatına birbaşa ziddir. Buna görə, insan qanunları bilsə və bu qanunlar elə bir şəkildə düzəldilmişsə ki, bu şəxsin onlara riayət etməsi və aşmaması daha faydalı olarsa, hüquqi nihilizm cinayətlərin səbəbi olmayacaqdır. == Hüquqi nihilizmin səbəbləri == === Subyektivist yanaşma === Hüquqi nihilizmin əsas səbəbi insanların qanunların icra olunmadığı barədə bilikləridir.
Hüquqi presedent
Hüquqi presedent — müasir dünyada hüququn daha geniş yayılmış mənbəyi. Hüquqi presedentin mahiyyəti, konkret iş üzrə dövlət orqanının (məhkəmə orqanının və ya inzibati orqanın) əvvəllər çıxardığı qərarın sonradan oxşar işlərin həlli zamanı hüquq norması qüvvəsinə malik olmasıdır. Hüquqi presedentin vətəni İngiltərədir. Məhkəmə presedenti o zaman hüquq mənbəyi hesab olunur ki, konkret iş üzrə məhkəmənin qəbul etdiyi qərarın gələcəkdə oxşar işlərin həllində məhkəmədə ümumi qayda ola biləcəyi qəbul edilsin. Belə hallarda məhkəmə qərarları mahiyyətcə hüquq normasına çevrilir və ona ümumməcburi qayda kimi istinad edilə bilər. Məhkəmə presedenti xüsusən Böyük Britaniyada geniş yayılmışdır. Azərbaycanda məhkəmə praktikasına, məhkəmə qərarlarına başqa cür yanaşma var ki, bunu aşağıdakı kimi ifadə etmək olar: məhkəmənin vəzifəsi norma yaratmaq yox, mövcud normaları tətbiq etməkdir.
Hüquqi sistem
Hüquqi sistem — hüquq sisteminin (o cümlədən qanunvericilik sisteminin), hüquq mədəniyyətinin və hüquq-mühafizə orqanlarının ümumi əlaqəsi. Hüquq sistemini yalnız bir hissəsi olan hüququn sistemi ilə qarışdırmaq olmaz. Çox vaxt hüquq sistemi anlayışı müxtəlif dövlətlərin və xalqların hüququndakı tarixi, hüquqi və etno-mədəni fərqləri xarakterizə etmək üçün istifadə olunur. == Hüquq sistemini başa düşmək problemi == "Hüquq sistemi" kateqoriyasının elmi dövriyyəyə daxil edilməsi bir çox mübahisələrə səbəb oldu, hətta S.S.Alekseyev aydınlığı tam qorumaq üçün hüquqi reallığın bütün normativ və sub-normativ elementlərini əhatə etməyin hansı konsepsiyanın mümkün olması ilə maraqlandı. obyektiv qanunu ifadə edən elmi kateqoriyanın “qarışıqlığı pozulmaz” və belə nəticəyə gəldi ki, hüquq sistemi anlayışı onun rolunu oynaya bilər. Bununla belə, əks fikir də mövcuddur: bəzi tədqiqatçılar hesab edirlər ki, “hüquq sistemi” anlayışı elmi statusa malik olmadığından, şərti və qeyri-müəyyən olduğundan, hüquq nəzəriyyəsinin kateqorik aparatına daxil edilməməlidir. Məsələn, V.S.Nersesyantsın nöqteyi-nəzərindən, “hüquq sisteminin bütün hüququ (bütün hüquq hadisələri və kateqoriyalarını) əhatə edən bir növ yeni hüquq anlayışı kimi şərhi mahiyyətcə ümumi hüquq anlayışının bəzi kifayət qədər şərti ( və təsadüfi) "hüquq sistemi" ifadəsini işlədir və daha sonra əlavə edir ki, hüquq sistemi bütün hüquqi hadisələrin və anlayışların məcmusu kimi başa düşülməyə başladı, yəni əslində marksizmdə yuxarıda ucalan "hüquqi üst quruluş" adlanan hər şey “hüquqi əsasdır”. Geniş mənada hüquq sistemi cəmiyyətin hüquqi təşkilatıdır, “məmur (ictimai) hakimiyyətin ictimai münasibətlərə tənzimləyici, təşkiledici və sabitləşdirici təsir göstərdiyi daxili ardıcıl və bir-biri ilə əlaqəli sosial homogen hüquqi vasitələrin (hadisələrin) məcmusudur. davranış." Bu tərif J.Karbonyenin rəyi ilə sıx uyğunlaşır, ona görə hüquq sistemi “eyni zamanda eyni məkanda cəmiyyətdə mövcud olan müxtəlif hüquqi hadisələrin anbarı, mərkəzidir”. Dar mənada hüquq sistemi obyektiv hüquqa endirilərək “daxili razılaşma əsasında hissələrə (hüquq institutları və hüquq sahələrinə) bölünən hüquqi aktların və milli hüquq normalarının vahid vəhdəti kimi qəbul edilir.
Hüquqi şəxs
Hüquqi şəxs — Hüquqi şəxs konstruksiyasının genezisi — əmələ gəlməsinin tarixi kökləri qədim zamanlarla bağlıdır. Hələ Roma xüsusi hüququ dövründə əmlak münasibətlərində fiziki şəxslərdən başqa, onların birlikləri və qrupları da subyekt rolunda çıxış edirdilər. Amma hüquqi şəxslərin Romanın iqtisadi həyatındakı əhəmiyyəti böyük deyildi. Hətta Roma təsərüfatının nisbətən inkişaf etdiyi, beynəlxalq ticarətin inkişaf etdiyi, canlandığı bir dövrdə hüquqi şəxslər mühüm rol oynaya bilməmişdir. Əsasən natural xarakter daşıyan təsərüfat şəraitində ayrı cür də ola bilməzdi. Hətta Roma xüsusi hüququna "hüquqi şəxs" termininin özü də məlum deyildi. Roma hüquqşünasları tərəfindən hüquqi şəxs anlayışı işlənib hazırlanmamışdı. Onlar yalnız hüququn fiziki şəxslərin yaratdıqları birliklərə məxsus olması faktını etiraf etməklə kifayətlənirdilər. Lakin buna baxmayaraq, necə olursa-olsun şəxs ideyasının və konstruksiyasının yaradılması Roma xüsusi hüququnun mühüm xidmətlərindən biridir. Hüquqi şəxs anlayışı ilk dəfə olaraq məhz Roma hüququ tərəfindən yaradılmış və yeni xalqların hüququ tərəfindən qəbul edilmişdi.
Hüquqi münaqişə
Hüquqi münaqişə (lat. collisio — «qarşıdurma, toqquşma») — eyni və ya əlaqəli hüquqi münasibətləri tənzimləyən normativ hüquqi aktlar arasında, habelə dövlət orqanlarının səlahiyyətləri arasında yaranan fikir ayrılıqları və ya ziddiyyətlər. Beynəlxalq xüsusi hüquqda bunlar müxtəlif dövlətlərin mülki normaları arasında ziddiyyət kimi qəbul edilir. Dövlət və hüquq nəzəriyyəsində ona daha geniş şəkildə baxılır. Toqquşma iki məcburi xüsusiyyətə malik olmalıdır: avtonomiya və toqquşma. == Toqquşma təsnifatı == Fəaliyyət zamanına əsasən, müvəqqəti toqquşmaları ayırd etmək olar. Məkan əsasında: beynəlxalq, beynəlxalq və milli hüquq arasında, milli hüquqda. Milli hüquqda eyni əsasda — unitar dövlətlərdə normativ hüquqi aktlar arasında, federal qanunla federal dövlətlərdə federal subyektlərin hüququ arasında, əyalət və bələdiyyə hüququ arasında. Hüquqi qüvvəyə əsasən. Hüquq sahəsinə əsaslanır.
Hüquqi pozitivizm
Hüquqi pozitivizm, qanuni pozitivizm — hüququn ədalətli olub-olmamasına fikir vermədən yalnız müsbət hüquq normalarını hüquqi kimi tanımaqdan və hər hansı bir qanunu müəyyən dövrdə və müəyyən cəmiyyətdə qüvvədə olan normalara endirməkdən ibarətdir. Tədqiqatçılar hüquqi pozitivizmin üç əsas versiyasını müəyyən edirlər: statist, sosioloji və normativist. == Tarixi == Hüquqi pozitivizmin mənşəyini Roma hüququnun ən inkişaf etmiş sistemlərindən birinin yaradıldığı Qədim Romada tapmaq olar. Qərbi Avropa böyük ölçüdə Roma mədəniyyətini miras qoyduğundan, burada da ilkin olaraq hüquq elmində pozitivist yanaşma üstünlük təşkil edirdi. Bununla belə, orta əsrlərdə təbii hüquq doktrinası fəal şəkildə inkişaf etdi, ona görə pozitivistdən fərqli olaraq, hüquq normalarının müəyyən bir dairəsi insana doğulması faktı ilə xas olan müəyyən bir verilmişlik kimi başa düşülür. Burada, məsələn, bir çox mütəfəkkirlər öz təbəələrinin təbii hüquqlarını alçaldan bir hökmdara qarşı xalq üsyanı ideyasını alqışladılar. Hüquq elmində hüquqi pozitivizmin mövqeyi müasir dövrün gəlişi ilə dəyişdi. Dünyəvi dövlətin fəal şəkildə formalaşması və ona uyğun dünyagörüşünün başlanmasından sonra suveren hüququn əsas mənbəyi kimi tanınmağa, hüquq isə müəyyən nizama malik olan konkret dövlətin iradəsi kimi başa düşülməyə başladı. Dünyagörüşünün bu transformasiyası hüquqi pozitivizmin inkişafını əvvəlcədən müəyyən etdi. Hüquqi pozitivizm XIX əsrdə, bütün Qərbi Avropanı Böyük Fransız İnqilabının təkan verdiyi inqilablar dalğası bürüdüyü zaman öz inkişafında ciddi bir irəliləyiş əldə etdi.
Hadisənin öyrənilməsi metodu
Keys üsulu və ya Keys metodu (ing. Case method; case-study) == Hadisənin öyrənilməsi == Hadisənin öyrənilməsi (case study) hadisəni yaradan səbəblərin, onun hərəkət verici amillərinin aşkara cıxarılması məqsədilə bu hadisənin bütün dərinliyi ilə tədqiq edilməsindən ibarətdir. === Hadisənin öyrənilməsi metodu === Hadisə öyrənilməsi metodundan təhsil, sosial psixologiya, sosiologiya, siyasət, iqtisadiyyat kimi sahələrdə istifadə edilir. Məsələn, sahibkar olmaq istəyən bir şəxsin, öz işini açarkən keçdiyi mərhələləri öyrənmək və analiz etmək bu sahədəki çatışmazlıqlar və hansı addımlar atılarsa onların aradan qaldırıla bıləcəyi haqqında qiymətli məlumatlar verə bilər. Psixologiya sahəsində son dövrlərə qədər hadisənin öyrənilməsindən ən çox istifadə olunan yer neyropsixologiya idi. Tədqiqiatçılar beynin müxtəlif sahələrinin zədələnməsinə məruz qalmış insanların davranışındakı dəyişiklikləri öyrənərək sinir sisteminin fəaliyyəti haqqında dəyərli məlumatlar əldə edə bilirlər. Gündəlik psixologiyada isə insan davranışının, onun səbəblərinin öyrənilməsi üçün uzun müddət ümumiyyətlə kəmiyyət tədqiqiatlarına üstünlük verilmişdir, həm də tədqiqatlar daha çox laboratoriya təcrübələri üzərində qurulmuşdur. Lakin son illər təbii şəraitdə aparılan və ümumi şəkildə çöl tədqiqatları adlanan üsullara diqqət yetirilməyə başlandı. Bir çox tədqiqatçılar psixologiyanın gələcəyinin məhz təbii şəraitdə aparılan tədqiqatlar üzərində qurulacağını ehtimal edirlər. === Hadisə öyrənilməsi metodunun tipləri === Tədqiqat metodlarına aid ədəbiyyatda hadisənin öyrənilməsi üsulunun bir neçə tipi göstərilir.