Azərbaycan 2017 İslam Həmrəyliyi Oyunlarında
Azərbaycan 2017-ci ildə elə Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutan IV İslam Həmrəyliyi Oyunlarında. 12–22 may tarixləri arasında elə Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığması 000 idmançı ilə 00 idman növündə təmsil olundu.
Azərbaycan, birliyin və idmanın təntənəsi olan IV İslam Həmrəyliyi Oyunlarında 162 medal (75 qızıl, 50 gümüş və 37 bürünc) qazandı. Azərbaycana IV İslam Həmrəyliyi Oyunlarının qızıl medallarını, Kamran Məmmədov, Elvin Mürsəliyev, İslam Abbasov, Orxan Nuriyev, Mahir Əmiraslanov, Hacı Əliyev, Nurməhəmməd Hacıyev, Camaləddin Məhəmmədov, Mariya Stadnik, Leyla Qurbanova, Elisa Manolova və Tatyana Omelçenko (hamısı güləş idman növü üzrə), Orxan Səfərov, Nicat Şıxəlizadə, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elxan Məmmədov və Erdenebat Bazarraqça, habelə cüdo üzrə Azərbaycan yığması (hamısı cüdo idman növü üzrə), Nurlan İbrahimov, Elmir Cəbrayılov, Elçin Muradov, Oloxan Musayev, Samir Nəbiyev (2) və Yelena Çebanu (2) (hamısı para-atletika idman növü üzrə), Ayxan Tağızadə, Milad Beigi, Ramin Əzizov, Radik İsayev, Patimat Abakarova və Yaprağ Əriş (hamısı taekvondo idman növü üzrə), Rafael Ağayev, Ayxan Mamayev, Roman Heydərov, Fəridə Abıyeva və İrina Zaretska (hamısı karate idman növü üzrə), Elçin Talıbov, Ramil Qasımov, Afaq Sultanova və Ramilə Kaşdayeva (hamısı para-cüdo idman növü üzrə), Cavid Çələbiyev, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov (hamısı boks idman növü üzrə), Murad Ağarzayev, Bense Talas (2) və Yuliya İnşina (hamısı idman gimnastikası idman növü üzrə), Ruslan Lunyov (4), Nigar Nəsirova/Ruslan Lunyov cütlüyü və Əli Hüseynli/Aydan Camalova cütlüyü (hamısı atıcılıq idman növü üzrə), Marina Durunda (2) və Jalə Piriyeva, habelə bədii gimnastika üzrə Azərbaycan yığması (hamısı bədii gimnastika idman növü üzrə), Nazim Babayev və Anna Skidan (hamısı yüngül atletika idman növü üzrə), ağır atlet Anastasiya İbrahimli, suya tullanan Olqa Bıkovskaya (2), üzgüçü Maksim Şemberev (4) və zorxana ustası Rüfət Gülalıyev, habelə Azərbaycanın basketbol 3x3 (kişi və qadın), futbol (kişi), həndbol (qadın) və voleybol (qadın) yığmaları qazandırdı.
Azərbaycan Prezidenti İlham Əliyevin 11 may tarixli sərəncamına əsasən
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində, ağır atletika üzrə yarışlar 13–17 may tarixləri arasında Azərbaycan Ağır atletika Akademiyasında baş tutdu. Mayın 2-də, 16 nəfərdən ibarət Azərbaycan yığmasının heyəti məlum oldu. Heyətə, Avropa çempionu Əfqan Bayramov, yeniyetmələr arasında Avropa çempionları Nailxan Nəbiyev və Səbinə Əzimova, habelə Avropa Çempionatının bürünc medalçısı, yığmanın yeganə milliləşdirilən legioneri Anastasiya İbrahimli kimi təcrübəli ağır atletlər daxil edildi.
Kişilər
IV İslam Həmrəyliyi Oyunlarının I günündə, Azərbaycan yığmasının bir üzvü mübarizə apardı; 56 kiloqram çəki dərəcəsində çıxış edən Elmar Əliyev. Birdən qaldırma yarışlarında o, birinci cəhdində 100 kiloqramlıq ştanq sifariş versə də, həmin ştanqı yalnızca ikinci cəhdində qaldıra bildi. Üçüncü cəhdində 103 kiloqramlıq ştanq sifariş verən Elmar Əliyev, həmin ştanqın öhdəsindən məharətlə gəldi.