Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ayman əl-Zəvvari
Ayman al-Zəvahiri (ərəb. أسامة بن محمد بن عوض بن لادن‎ 19 iyun 1951[…], Maadi, Qahirə, Misir krallığı[d] – 31 iyul 2022[…], Kabil) — Əl-Qaidə islamçı hərbiləşmiş qruplaşmasının 2-ci lideri (2011–2022), həkim-oftalmoloq, islam ilahiyyatçısı və cihad nəzəriyyəçisi, yazıçı. == Həyatı == Əl-Zəvahiri 1951-ci il iyunun 19-da Qahirənin Maadi qəsəbəsində, orta təbəqədən olan həkim və alim ailəsində anadan olmuşdur. Onun atası Qahirə Universitetinin Tibb İnstitutunda farmakologiya professoru, babası Rəbiə əl-Zəvahiri isə böyük dini elmlər mərkəzi olan Əl-Əzhər Universitetinin baş imamı olmuşdur.
Bəhailikdə zəvvarlıq
Bəhailikdə zəvvarlıq (ərəb. الحج في البهائية‎) — Bəhailikdə müqəddəs sayılan yerlərə gerçəkləşdirilən ziyarətlərə verilən ümumi ad. Bəhai dinin aktiv müqəddəs ziyarətgahları İsrailin Hayfa şəhərində Babın türbəsi və Əkka şəhərindəki Bəhaullahın yay iqamətgahıdır. Əkka şəhərində həmçinin Bəhaullahın məzarı da yerləşməkdədir.Kitab-i Əqdəsdə bəhailərin həcc ziyarətlərini icra etmələri üçün iki məkanın olduğu göstərilmişdir. Bunlar Bağdad şəhərində yerləşən Bəhaullahın evi və Şiraz şəhərindəki Babın evidir. Surey-i-Həcc dini mətnində hər iki məkana edilən səfərlər zamanı xüsusi ayinlərin icra olunmasından bəhs olunur. İmkanı yetən hər bir bəhainin həcc ziyarətini gerçəkləşdirməsi dinin qaydalarına görə gözlənilir. Zəvvarlar dini məkanların seçimində sərbəstdirlər. Hər iki məkana səfər etmək kimi məcburiyyət yoxdur. Əbdül-Bəha Abbas daha sonra Əkka şəhərində yerləşən Bəhaullahın məzarı yaxınlığındakı Qibləni (bəhai namazları zamanı istiqamət təyin etməkdən ötrü istifadə olunan yer) dini ziyarətgah kimi göstərimişdir.
Zəvvarlıq
Zəvvarlıq — müəyyən bir din üçün vacib sayılan coğrafi yerlərə və obyektlərə ibadət etmək, və ya bəzən tanınmayan və ya unudulmuş bir yerə özünün, başqaların, təbiyyətin və ya üstün yaxşılığın yeni mənasını tapmaq və ya onu genişləndirmək məqsədi ilə səyahət.Zəvvarlıq bir sıra dinlər tərəfindən müxtəlif adlar altınd təlim olunur: İslamda həcc Məkkənin və onun ətrafların ziyarətidir. Şiə İslamda bundan əlavə Ərbəin günü Kərbəla şəhərində baş verən mərasimlərə zəvvarlığı var. Bəhailikdə Hayfa və Əkka şəhərlərinə zəvvarlıq edirlər. İlk və ikinci məbədlərin dövrlərində üç zəvvalıqlı bayram var idi: pesah, şavuot və sukkot. Şintoizmdə və yapon Buddizmində Nara şəhərinin ziyarəti. Hinduizmdə, Buddizmdə, Caynizmdə və Siqhizmdə hər hansı müqəddəs obyektinin yerinə gedib, onun ətrafında çevirmək ənənəsi var. Hindistanda ona parikrama, Tibetdə isə kora deyirlər. == Tarix == Müqəddəs torpaqlar üç İbrahimi dinlər (yəhudilik, xristianlıq və İslam) üçün vacib zəvvarlıq istiqamətidir. Birinci səlib yürüşünün səbəblərdən biri o dövrdə Fələstini idarə edən türklərin ora zəvvarlıq edən xristianlara qarşı qaba rəftar idi. Bəzi mənbələr səlib yürüşçülərin özlərini də zəvvar adlandırır.
Zəvvarlıq diplomatiyası
Zəvvarlıq diplomatiyası, həcc diplomatiyası və ya Hind mənbələrdə bəzən olduğu kimi dərgah diplomatiyası (hind Dargah Diplomacy) — siyasi elmdə və beynəlxalq münasibətlərdə işlənilən ifadə. Sərhədarsı zəvvarlıq siyasəti. Onun Hindistan və Pakistan Baş Nazirlərin bir-birin ölkəsində yerləşən dini ziyyarətgahlarına getməsi (məsələn, 2012-ci ildə); Çin Xalq Respublikasının Səudiyyə Ərəbistana gedən həccilərin sayını artmasına yol verməsi və s. kimi nümunələri var.
Gəzvar
Gəzvar-i Ülya — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. Gəzvar-i Süfla — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd.
Ləlvar
Ləlvar — Ermənistan Respublikasında kənd, Ləlvar bələdiyyəsini (erm.: e. Դեբեդավան համայնք, l. Debedavan hamayank) təşkil edir. == Toponim == Toponim ləl və "möhkəmləndirilmiş kənd, qala, bənd" mənasında işlənən var sözündən əmələ gəlmişdir. Ləlvər-XIX əsrə aid ədəbiyyatda həm də Ləlpər kimidir. 1978-ci ildə kənd ermənicə Debetavan adlandırılmışdır. Buraya Ağalıq da deyirdilər. XX əsrin 30-cu illərində Lambəli ilə birləşmişdir. Ləlvər dağının adındandır. Əsli Ləlpar.
Xərvar
Xalvar— çəki ölçü vahidi. == Ümumi məlumat == Daha böyük çəkiləri ölçmək üçün xalvardan istifadə olunmuşdur. 1 xalvar 25 puda bərabərdir ki, bu da təxminən 400 kq deməkdir. "Hesab var dinarla, bəxşiş var xalvarla" – atalar sözü də xalvarın böyük ölçü vahidi olmağıyla bağlı yaranmışdır. Məişətimizdə xalvar kimi işlənən bu söz əslində xərvardır və "bir uzunqulaq yükü" mənasını verir (farsca "xər" – uzunqulaq deməkdir). Belə çıxır ki, bir eşşək yükü 400 kq-a bərabərdi. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh.
Zərgar
Zərgər, Zərgar, Zərkar — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1820-ci ildə İrandan Qarabağa köçüb gəlmiş ellərdən biri də Zərgər adlanırdı. Bu el Şahsevənlərin Sarıxanbəyli qoluna mənsub idi. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Zərgər oyk. Füzuli r-nunun Dövlətyarlı i.ə.v.-də kənd. Köndələnçayın sahilində, dağətəyi düzənlikdədir. XIX əsrin 70-ci illarinə aid məlumata görə, kənd şahsevənlərin sərxanbayli tayfasının zərcərli tirəsinə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Keçən əsrin 30-cu illərində Xızı r-nunda da Zərgərli adlı kənd qeydə alınmışdır.
Zərkar
Zərgər, Zərgar, Zərkar — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1820-ci ildə İrandan Qarabağa köçüb gəlmiş ellərdən biri də Zərgər adlanırdı. Bu el Şahsevənlərin Sarıxanbəyli qoluna mənsub idi. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Zərgər oyk. Füzuli r-nunun Dövlətyarlı i.ə.v.-də kənd. Köndələnçayın sahilində, dağətəyi düzənlikdədir. XIX əsrin 70-ci illarinə aid məlumata görə, kənd şahsevənlərin sərxanbayli tayfasının zərcərli tirəsinə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Keçən əsrin 30-cu illərində Xızı r-nunda da Zərgərli adlı kənd qeydə alınmışdır.
Zəvarə
Zəvarə — İranın İsfahan ostanının Ərdistan şəhristanının Zəvarə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,806 nəfər və 2,197 ailədən ibarət idi.
Şəvval
Şəvval - Hicri təqviminin 10-cu ayı. == Tarixi günlər == Şəvvalın 1-i - Ramazan bayramı Şəvvalın 25-i İmam Sadiqin (ə) vəfatı.
Həvva
Həvva (e.ə. 3760, Ədən bağı – bilinmir) — ilk qadın, Adəm peyğəmbərin zövcəsi. == Mifologiyada mənşəyi == Həvva adının Kiş Şumer krallığında 3-cü sülalənin 1-ci kraliçası olan "Xabu"dan götürüldüyü ehtimal edilir. Het günəş ilahəsi Hepat, Yunan gənclik ilahəsi Hebe və sevgi ilahəsi Hera Həvva mifinin digər mümkün mənbələridir. Şumer mifologiyasında ilahə Ninti (qabırğa sümüyünün qadını, həyat verən qadın) Həvvanın yaradılış mifindəki "Adəmin qabırğa sümüyü" obrazının mənbəyi hesab edilir. Eva (Həvva, Həvva) ilə oxşar deyimi olan Ea, Adapa əfsanəsindəki Tövratın Həvva fiquruna bənzər şəkildə Adapanı istiqamətləndirir. Həvva Amarna məktublarında, Tunc dövründə Yerusəlimdə sitayiş edilən tanrı kimi anlaşılan hurrilərin ilahəsi Hebatla da əlaqələndirilir. Hepa het yazılarında Hepat və ya Hepatu adlanır və ona 'sidr ağacları diyarı'nda sitayiş edildiyi bildirilir. Sidr ağaclarının ölkəsi Livan, Fələstindir. Sonrakı dövrlərdə Hepatın başqa mədəniyyətlərdə meydana çıxan düşüncələri də onun "Ana" kimliyi çərçivəsində idi.
Kəvar
Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,158 nəfər və 4,753 ailədən ibarət idi.
Araz Zərkar
Araz Zərgər — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Araz Zərgər oyk. Füzuli r-nunun Əhmədbəyli i.ə.v.-də kənd. Araz çayının sahilində, Mil düzündədir. Oykonim Araz (hidr.) və Zərgər (etnotoponim) sözlərindən düzəlib, "Araz sahilində Zərgər kəndi" deməkdir. Kəndi r-nun ərazisindəki Zərgər adlı digər kənddən fərqləndirmək üçün Araz sahilində olan bu kənd belə adlandırılmışdır. Kəndin əhalisi 1820-ci ildə Cənubi Azərbaycandan köçürülmüş ailələrdən ibarətdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 482 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ləlvar dağı
Ləlvar — Ağzıböyük silsiləsində dağ. Hazırkı Ermənistan respublikasının Loru vilayətində yerləşir.
Nəvvab Səfəvi
Seyyid Nəvvab Səfəvi və ya Müctəba Mirluhi (farsca: سید نواب صفوی; 1924 – 25 dekabr 1955, Tehran) — İran ruhanisi, İslam fədailəri partiyasının qurucusudur. Onun qurduğu İslam fədailəri qrupu Şah hökumətini dəstəkləyən siyasətçilər başda olmaqla məşhur olan iranlıların öldürülməsindən məsuliyyət daşıyırdı. == Həyatı == Şəhid Nəvvab Tehrani Səfəvi 1924-cü ildə Tehranda, Haniabad şəhərində çox nəcib və inanclı ailə olan Seyid Müctəba Tehraninin ailəsində dünyaya gəlir. İbtidai dini təhsilini Abadanda alır. İbtidai təhsilini onda olan fitri istedad səbəbi ilə 7 ilə bitirən Seyid Nəvvab elə illər olurdu ki, bir il ərzində iki ilin təhsil nəticəsinə uyğun bilgi əldə edə bilir. Buna görə də o 10 illik təhsilini 7 ilə başa vuraraq təhsilinin davamı üçün İran-Alman sənət məktəbinə yollanır. Peşə məktəbini bitirdikdən sonra İranda neft şirkətlərindən birində işə düzələn Seyid Nəvvab bir gün iranlı bir şəxsi ayaqları altına salaraq döyən bir ingilisin özbaşnalığını seyr edincə buna susqun baxan iranlılara üzünü tutub: ”Siz çox səviyyəsiz adamlarsınız. Sizin qardaşınızı döyən İngilisə elə baxırsız ki, güya günahkar iranlıdır və o da İngilis torpağındadır. Hansı ki, onun günahi iranlı olmaqdan başqa bir şey deyildir”. Onun bu sözündən sonra İran fəhlələri ayağa qalxır və etiraza başlayırlar.
Nəvvarə Qadınəfəndi
Nəvvarə xanım (d. 4 may 1901 — ö. 22 aprel 1992) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin dördüncü xanımı və gözdəsi. == Həyatı == Nəvvarə xanım 4 may 1901 tarixində İzmitin Hikmətiyə kəndində abxaz əsilli Mustafa bəylə xanımı Hafizə xanımın ailəsində dünyaya gəldi. Kiçik yaşlarında Dolmabağça sarayına alınaraq təhsil aldı. Sultan Vahidəddinin üçüncü xanımı Şadiyə Müvəddət xanımın əmisi qızıdır. Müvəddət xanım Şahzadə Vahidəddinlə evləndikdən sonra onu Çəngəlköy sarayına alaraq özünə nədimə seçmişdi. Vahidəddin bu dəfə də Nəvvarə xanıma aşiq olmuş, bu səbəblə iki əmi qızının münasibətləri pisləşmişdi. Vahidəddinlə 20 iyul 1918-ci ildə Dolmabağça sarayında evləndi. Bu nigahdan övladı olmadı.
Nəvvarə xanım
Nəvvarə xanım (d. 4 may 1901 — ö. 22 aprel 1992) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin dördüncü xanımı və gözdəsi. == Həyatı == Nəvvarə xanım 4 may 1901 tarixində İzmitin Hikmətiyə kəndində abxaz əsilli Mustafa bəylə xanımı Hafizə xanımın ailəsində dünyaya gəldi. Kiçik yaşlarında Dolmabağça sarayına alınaraq təhsil aldı. Sultan Vahidəddinin üçüncü xanımı Şadiyə Müvəddət xanımın əmisi qızıdır. Müvəddət xanım Şahzadə Vahidəddinlə evləndikdən sonra onu Çəngəlköy sarayına alaraq özünə nədimə seçmişdi. Vahidəddin bu dəfə də Nəvvarə xanıma aşiq olmuş, bu səbəblə iki əmi qızının münasibətləri pisləşmişdi. Vahidəddinlə 20 iyul 1918-ci ildə Dolmabağça sarayında evləndi. Bu nigahdan övladı olmadı.
Ət-Təvvab
Ət-Təvvab (ər. التوّاب) — Allahın adlarından biri.
Biharul-Ənvar
Biharul-Ənvar (azərb. Nurlar dəryası‎) və ya tam adı ilə Biharul-ənvaril-camiəti lidurəri əxbaril-əimmətil-əthar (azərb. Pak və məsum imamların hədislərindən gövhərləri əhatə edən nurlar dəryası‎) — Əllamə Məhəmməd Baqir Məclisinin XVIII əsrdə ərəb dilində yazdığı islami-ensiklopedik kitab. == Haqqında == Kitab şiə hədis elmində böyük ensiklopediya hesab olunur. Bütün dini məsələləri, o cümlədən Quran təfsiri, tarix, fiqh, kəlam və s. kimi məsələləri əhatə edir. "Biharul-ənvar" kitabı ən əhatəli şiə hədis məcmuəsi olub orada Quran ayələrinin ümdə bir hissəsinin təfsiri ilə yanaşı, babların başlıqları və mövzulara uyğun olaraq onda dərc olunmuş və təqribən bütün nəbəvi hədislər, bəzi qüdsi hədislər və Əhli-beytin rəvayətləri və maarifi bir yerə toplanmışdır. Bu kitab bütün etiqadları, dinin əsaslarını, nəzəri və əməli bölümlərini, iman, küfr, əhkamın bütün şöbələrini və bu kimi digər mövzuları müxtəlif bablarda, Allah Rəsulunun (s) və VIII əsrədək imamların səhabələrindən böyük şəxsiyyətlər barəsində məlumatları, elmi və təcrübi fikir və rəyləri, təxminən bütün tibbi, astronomik, riyazi görüşləri, ictimai maarifi, adət-ənənələri, mərasimləri, şiənin tarixi və mədəni yönlərini, əsatirləri, Adəmdən Xatəmə bütün peyğəmbərlərin qissələrini onların ismətinin isbatını, şiənin ümumi mədəniyyətini, folklorunu və xülasə İslamın bütün düşüncə, əməl, əqaid və əhkamı ilə bağlı bütün məsələləri ehtiva edir. "Biharul-ənvar" böyük və qiymətli bir xəzinədir ki, Əllamə Məclisi onun toplanıb ərsəyə gəlməsində çox zəhmət çəkmişdir. Bəzi böyük alimlərə görə onun bənzəri nə şiə aləmində, nə də ki digər İslami məzhəblərdə qələmə alınmamışdır.
Biharul Ənvar
Biharul-Ənvar (azərb. Nurlar dəryası‎) və ya tam adı ilə Biharul-ənvaril-camiəti lidurəri əxbaril-əimmətil-əthar (azərb. Pak və məsum imamların hədislərindən gövhərləri əhatə edən nurlar dəryası‎) — Əllamə Məhəmməd Baqir Məclisinin XVIII əsrdə ərəb dilində yazdığı islami-ensiklopedik kitab. == Haqqında == Kitab şiə hədis elmində böyük ensiklopediya hesab olunur. Bütün dini məsələləri, o cümlədən Quran təfsiri, tarix, fiqh, kəlam və s. kimi məsələləri əhatə edir. "Biharul-ənvar" kitabı ən əhatəli şiə hədis məcmuəsi olub orada Quran ayələrinin ümdə bir hissəsinin təfsiri ilə yanaşı, babların başlıqları və mövzulara uyğun olaraq onda dərc olunmuş və təqribən bütün nəbəvi hədislər, bəzi qüdsi hədislər və Əhli-beytin rəvayətləri və maarifi bir yerə toplanmışdır. Bu kitab bütün etiqadları, dinin əsaslarını, nəzəri və əməli bölümlərini, iman, küfr, əhkamın bütün şöbələrini və bu kimi digər mövzuları müxtəlif bablarda, Allah Rəsulunun (s) və VIII əsrədək imamların səhabələrindən böyük şəxsiyyətlər barəsində məlumatları, elmi və təcrübi fikir və rəyləri, təxminən bütün tibbi, astronomik, riyazi görüşləri, ictimai maarifi, adət-ənənələri, mərasimləri, şiənin tarixi və mədəni yönlərini, əsatirləri, Adəmdən Xatəmə bütün peyğəmbərlərin qissələrini onların ismətinin isbatını, şiənin ümumi mədəniyyətini, folklorunu və xülasə İslamın bütün düşüncə, əməl, əqaid və əhkamı ilə bağlı bütün məsələləri ehtiva edir. "Biharul-ənvar" böyük və qiymətli bir xəzinədir ki, Əllamə Məclisi onun toplanıb ərsəyə gəlməsində çox zəhmət çəkmişdir. Bəzi böyük alimlərə görə onun bənzəri nə şiə aləmində, nə də ki digər İslami məzhəblərdə qələmə alınmamışdır.
Həvva Məmmədova
Həvva İsa qızı Məmmədova (15 may 1958, Xanərəb, Bərdə rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, professor və tarix elmləri doktoru. == Həyatı == 1958-ci il mayın 15-də Bərdə rayonunun Xanərəb kəndində anadan olmuşdur. Xankəndi Pedaqoji İnstitutunun tarix fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. 1980–1990-cı illərdə Xankəndi şəhərində orta məktəbdə müəllim işləmişdir. 1993-cü ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş laborant, baş müəllim, metodist vəzifələrində çalışmışdır. 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müəllimidir. Tarix elmləri namizədidir. 6 kitabın və 40 elmi məqalənin müəllifidir. === Ailəsi === Evlidir, 3 övladı var. == İctimai-siyasi fəaliyyəti == Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədridir.
Kəvar şəhristanı
Kəvar şəhristanı— İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Kəvar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 72,423 nəfər və 15,570 ailədən ibarət idi. Bölgənin əhalisi Qaşqay Türkləri və Farslardan ibarətdir. Qaşqay Türkləri şəhər əhalsinin 50%-ni təşkil etməklə yanaşı bir çox kənddə də yaşayırlar.
Səvar (Bünab)
Səvar (fars. صور‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 350 nəfər yaşayır (52 ailə).
Delvar
Delvar— İranın Buşehr ostanının Təngistan şəhristanının Dilvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,201 nəfər və 723 ailədən ibarət idi.
Kevlar
Kevlar, çox yüngül karbon mənşəli çox güclü tekstil liflərindən ibarət bir materialdır. DuPont şirkəti tərəfindən 1965-ci ildə icad edilmiş patentli bir ticarət markasıdır. Kevlar bu gün zireh, möhkəm ip və odadavamlı qoruyucu geyim hazırlamaq üçün istifadə olunur. Kevlar, çox yüksək dartılma gərginliyinə dözə bilən liflərdən hazırlanmış bir filament (ip formasında) quruluşdur. Toxunur, parça halına gətirilir, kəsilir və tikilir. Xüsusilə bronjiletlərdə, zirehli dəbilqələrdə, paraşüt ipində, yol velosipedlərinin təkərlərində, fiber və ya data kabelləri üçün əlavə güc təmin edən ip və ya gəmiləri bağlamaq üçün istifadə edilən yüngül tros və kompozit konstruksiyalarla əmələ gətirilən lövhələr, borular və ya xüsusi nəqliyyat vasitələrinin gövdəsi və ya qanad konstruksiyalarının hazırlanmasında istifadə olunur. "Eyni çəkidəki poladdan 5 qat daha güclüdür" şüarı ilə bazara çıxarılır. == İstehsal == Kevlar, 1,4-fenilen-diamin (yarım-fenilendiamin) və tereftaloil xlorid monomer məhlulunun hidroxlor turşusunda kondensasiya reaksiyası ilə həll edilməsinin məhsuludur. Yaranan məhsul maye kristal davranışındadır və polimer zəncirlərin iplik istiqamətində düzülüş formasındadır. Heksametilfosforamid (HMPA) polimerləşmə üçün bir həlledici kimi istifadə edilmişdir, lakin təhlükəsizlik səbəblərinə görə N-metil-pirrolidon və kalsium xlorid məhlulu ilə DuPont şirkəti tərəfindən əvəz edilmişdir.
Sevkar
Sevkar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Alban Həvvari Kilsəsi
Alban Həvvari Kilsəsi, Alban Kilsəsi və ya sadəcə Alban Katolikosluğu — Qafqaz Albaniyasında mövcud olan kilsə. İmperator I Nikolayın 11 mart 1836-cı il Fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə görə erməni-Qriqoryan kilsəsinin idarəçiliyinə daxil edilir. 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqoryan kilsəsinin tabeçiliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır. 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Alban Udi xristian icmasını qeydiyyata alır. Azərbaycanın maddi-mədəni irsi olan Alban kilsələrinin bərpası, mühafizəsi və dini ibadətlərin keçirilməsi istiqamətində dövlət tərəfindən işlər görülməyə başlanılır. 2003-cü ildə Qafqazın ən qədim kiləslərindən biri olan Şəki rayonundakı Kiş məbədi bərpa olunur, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian mədəbindən biri — Müqəddəs Yelisey adına Cotari Kilisəsi bərpa edilərək icmanın istifadəsinə verilir. == Tarixi == Xristianlığın ilkin çağlarında, xristian aləmində ideoloji birliyin hələ mövcud olduğu, alban ruhaniliyinin tam formalaşmadığı, kilsə iyerarxiyasının təşəkkül tapmadığı bir dövrdə erməni və gürcü kilsələri kimi, Alban Apostol kilsəsi də iyerarxik baxımdan bilavasitə yunan imperiya kilsəsindən asılı idi; lakin başçısı Kappadokiyanın Qeysəriyyə şəhərində təsdiq edilən erməni-qriqoryan kilsəsindən fərqli olaraq, başçısı Yerusəlimdə təsdiq edilən Alban Apostol kilsəsinin asılılığı formal xarakter daşıyırdı. Alban müəllifi Moisey Kalankatulunun məlumatlarına görə, IV əsrin əvvəllərində Maarifçi Qriqori yepiskop rütbəsinə təsdiq edilmişdi. Romadan onunla birlikdə yepiskop rütbəsinə layiq görülmüş daha bir "müqəddəs ər" gəlmiş və həmin adam alban hökmdarı Urnayrla birlikdə Alban Apostol kilsəsinə başçılıq etmək üçün Albaniyaya yola düşmüşdü. Əlamətdar haldır ki, Ermənistan və Albaniyanın ilk yepiskopları – Maarifçi Qriqori və həmin "müqəddəs ər" alban müəllifi tərəfindən hərfən "ruhanilərin başçıları" mənasını verən terminlə ifadə olunmuşdu; bu isə yepiskop sözünün real sinonimidir.
Gəzvar-i Süfla
Gəzvar-i Süfla (fars. گزورسفلي‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (14 ailə).
Gəzvar-i Ülya
Gəzvar-i Ülya (fars. گزورعليا‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (31 ailə).
Hüseynqulu xan Nəvvab
Hüseynqulu xan Cəfərqlu xan oğlu Nəvvab (Motaməd ül-Vüzarə, sonra Sədr əs-Səltənə) (fars. حسینقلی خان صدرالسلطنه‎; 1864, Tehran – 1920, Tehran) — İran naziri, diplomat, siyasətçi. == Həyatı == Hüseynqulu xan Cəfərqlu xan oğlu 1864-cü ildə Şiraz şəhərində anadan olmuşdu. Babası Məhəmmədrza xan Mazandarani Hindistanda, Böyük Moğollar dövlətində nəvvab kimi xidmət etmişdi. Ondan sonra Cəfərəli xan bu soyun başçısı olmuşdu. O, Kərbəlaya gedərkən Şirazlı Mirzə Həsənəli ibn Hacı Ağası bəy onun bacısı ilə evlənmişdi. Bu izdivacdan sonra Nəvvab soyu Şirazda məskunlaşmışdı. Cəfərəli xanin Mirzə Məhəmmədəli xan adlı oğlu vardı. O da Fars əyalətinin məşhur simalarından idi. Mirzə Məhəmmədəli xan da Cəfərqlu xan adlı oğlu olmuşdu.
Arizona Zervas
Arizona Zervas (ing. Arizona Zervas; 19 aprel 1995 və ya 9 aprel 1995, Providens[d]) — Amerikalı reper, müğənni və bəstəkardır. Spotify çalğı siyahılarında yer aldıqdan sonra 2019-cu ildə Billboard Hot 100-də dördüncü yerə çıxan "Roxanne" mahnısı ilə məşhurdur. "Roxanne" müvəffəqiyyəti onu 2019-cu ildə ümummilli tura çıxartdı və həmin ilin noyabrında "Columbia Records" ilə ortaq oldu. "Roxanne" Yeni Zelandiyadakı qrafikləri də üstələdi və İngiltərə, Avstraliya və bir sıra digər millətlər arasında ilk 10-a daxil oldu. == Karyera == Arizona Zervas on birinci sinifdə ilk mahnısını buraxdı. Onun debütü olan "Not Hit My Line" 2016-cı ildə işıq üzü gördü. Bir debüt üç mahnı olan EP Living Facts 2018-ci ildə işıq üzü gördü.Zervas ilk charting mahnısı "Roxanne" 10 oktyabr 2019-cu ildə çıxdı. Tez bir zamanda TikTok tətbiqində viral hit oldu. Mahnı 8 Noyabrda Spotify-in United States Top 50 chartında 1 nömrəsinə çatdı, imzalanmamış, tam müstəqil bir sənətçinin tablonun üstündəki ilk parçası oldu.
Le-Revuar
La-Revuar (fr. Les Révoires)-rayonu Monako krallığının ən müasir inkişaf etmiş rayonlarındandır. Monte-Karlo şəhərinin bölünməsindən yaranıb. 2008-ci ilin məlumatlarına əsasən şəhər əhalisinin sayı 2494 nəfər, sahəsi isə 75 699 m²-dir. Bu rayon özünün milli parkları ilə fərqlənir. Belə ki, məşhur parklardan olan Jardin-Ekzotik (фр. Jardin Exotique — «Экзотический сад») knyaz Alber tərəfindən salınmışdır.
Zeodar kurkuması
Zeodar kurkuması (lat. Curcuma zeodaria) — sarıkök cinsinə aid bitki növü.
Zeodar sarıkökü
Zeodar kurkuması (lat. Curcuma zeodaria) — sarıkök cinsinə aid bitki növü.
Şevval Sam
Türkdəniz Şevval Sam (11 Noyabr 1973, İstanbul), Türk aktrisa və müğənni. Sənətçi Ləman Samın qızıdır. == Həyatı == Şevval Sam, 11 noyabr 1973-cü ildə İstanbulda doğuldu.Anası Ləman Sam müğənni, atası Səlim Sam isə musiqiçidir. Özündən iki yaş böyük olan Şahnaz adlı böyük bacısı var. İbtidai və orta məktəbdə təhsil alan Hasan Ali Yücel İbtidai məktəbində, İstanbul Zincirlikuyu İnşaat Texniki və İnşaat Peşə Liseyinin bərpa şöbəsində orta məktəbdə oxudu. Ali təhsilini Marmara Universiteti Gözəl Sənətlər Fakültəsi Qrafika şöbəsində tamamladı. 1993–1999 arasında, Beşiktaşın əfsanəvi keçmiş futbolçusu, Sarı Fırtına ləqəbli Mətin Təkin ilə evləndi və bu evlilikdən Tarık Emir adlı bir oğlu oldu. Şevval Sam müxtəlif filmlərdə və seriallarda rol alıb. == Diskoqrafiya == Albomları Sek (2006) Istanbul's Secrets (2007) Qaradəniz (2008) Has Arabesk (2010) // Tək (2012) Tanqo (2012) Torpaq iyi (2015) Nanninom (2016)Single'ları "Aşk olsun" (2017) "Dinmir" (Nejat Özgür ilə) (2019)Qonaq olduğu albomlar Güldünya Mahnıları (2009; ailə içi şiddətə son kampaniyası daxilində "Kibritçi Qız" adlı mahnını səsləndirdi.) 7 ərli Hörmüz (2010;kinoteatr filmi üçün "Bu Gecə lazımdır", "Sadəcə Qullar" mahnılarını səsləndirdi.) Fikrət Şeneş Mahnıları (2019;"Sənsiz illərdə" adlı mahnını səsləndirdi.) == Filmoqrafiya == Filmlər Qağayılar və İstanbul(2002) (Dr. Pınar) Həyatın Kənarında(2007) Bu filmdə qonaq aktrisa olan Şevval Sam ben seni sevduğumi adlı mahnısını səsləndirdi.