Haaga-Helia Tətbiqi Elmlər Universiteti
Haaga-Helia Tətbiqi Elmlər Universiteti — Finlandiyanın Helsinki şəhərində tətbiqi elmlər universiteti. Universitet Təhsil və Mədəniyyət Nazirliyi tərəfindən akreditasiya olunub və Finlandiya hökuməti tərəfindən tam nəzarət edilir.
2007-ci ildə Helsinki Biznes İnstitutu və Haaga Politexnik Institutu birləşəndən sonra yeni Haaga-Helia Tətbiqi Elmlər Universiteti yarandı.
Universitet Biznes, İnformasiya texnologiyaları, İdman, Turizm və tədbirlərin idarə edilməsi, Jurnalistika və Müəllim təhsili üzrə bakalavr və magistr kursları təklif edir. Təxminən 11.000 tələbəsi var, onlardan 1.000-dən çoxu xarici tələbələrdir.
Biznes sahəsində universitet Skandinaviya ölkələrinin ən böyük universitetlərindəndir.
Universitet 29 dərəcə proqramı təklif edir. Onlardan 16-sı bakalavr, 13-ü isə magistr dərəcələridir. 15 dərəcə proqramları tamamilə ingilis dilində aparılır.
Peşəkar müəllim təhsil proqramı
Aviasiya biznesi
İnformasiya Texnologiyaları biznesi
Rəqəmsal Biznes İnnovasiyaları
Beynəlxalq biznes
Turizm və Tədbirlərin İdarə Edilməsi
Turizm Təcrübəsinin İdarə Edilməsi
Strateji Turizm menecmenti, onlayn
İdman məşqçisi və İdarəetməsi
Biznesin idarəetməsi üzrə AI dərəcə proqramı, Avropa Birgə Magistr dərəcəsi
Biznes Texnologiyaları və İdarəetmə üzrə İkili Diplom Proqramı, MCI Sahibkarlıq Məktəbi, İnsbruk, Avstriya
Biznes Texnologiyaları üzrə dərəcə proqramı
Aparıcı Biznes idarəetməsi
Təşkilatlarda Strategiya, Virtual tədqiqatlar
Davamlı Aviasiya Biznesi, Virtual tədqiqatlar
Haaga-Helia 5 kampusda fəaliyyət göstərir: Pasila, Haaga, Malmi, Porvoo və Vierum kampusları.