Fiziki hadisələr
Cisimlərin daxilində, xaricində, onların iştirakı ilə baş verən hadisələr fiziki hadisələrdir. Fiziki hadisələr zamanı maddənin aqreqat halı, forması və s. dəyişir. Suyun donması, buzun əriməsi, mayenin buxarlanması, metalların döyülərək müxtəlif formalara salınması, neftin fraksiyalara ayrılması, qarışıqların süzmə, buxarlandırma, distillə, çökdürmə, kristallaşma, maqnitlə və xromatoqrafiya üsulu ilə ayrılması və s. fiziki hadisələrdir.
Fiziki hadisələr 7 qrupa bölünür:
mexaniki
işıq
elektrik
maqnit
səs
istilik
atom
Mexaniki hadisələr cisimlərin bir-birinə nəzərən zamanı baş verir. Yelləncəyin hərəkəti, təyyarənin uçuşu, Yerin Günəş ətrafında hərəkəti və s. buna misal ola bilər.
İşıq hadisələri işıq şüalarının təsiri ilə baş verən hadisələrdir. Məsələn,göy qurşağının
yaranma, işığın yanması, günəş işığının şüşəyə yansıması və s.