HALSIZ

HALSIZ (müxtəlif mənalarda) [Əşrəf] keçən həftə evə gedərkən xəstə anasını çox halsız görmüşdü (A.Şaiq); BİHAL Kərbəlayı Qulaməli hacının bu sözlərini eşidəndə bihal dizi üstə çökdü (Ə.Haqverdiyev); BİHALƏT İkinci İrakli bihalət yıxılır səndəlin üstünə (Ə.Haqverdiyev); BİTAB Biçarə Məşədi Əsgər qolunun ağrısından bitab düşüb.. (S.Qənizadə); GÜCSÜZ Balaş: Mən gücsüz qadını təkbaşına həyatın dəhşətləri içinə atdım (C.Cabbarlı); TABSIZ Sayalı əvvəlcə ürəyində onu asıb-kəsir, “tabsız”, hətta “qorxaq” deyə qarasına danışırdı (İ.Şıxlı); TAQƏTSİZ Firəngiz taqətsiz bir hərəkətlə başında əl gəzdirdi (B.Bayramov); ÜZGÜN (bax).

HALQA
HALSIZLAŞMAQ

Значение слова в других словарях