havanın kondisionerləşdirilməsi

ру кондиционирование воздуха en air conditioning de Klimatisierung fr conditionnement d’air es acondicionamiento de aire it condizionamento dell’aria
havanın hərəkət sürəti
havanın kondisionerləşdirilməsi texnikası
OBASTAN VİKİ
Havanın kondisiyalaşdırılması
Bağlı yerlərdə (bina daxilində, otaqda), nəqliyyat vasitələrində və s.-dəki hava mühitinin parametrlərinin (havanın temperaturunun, nisbi nəmliyinin, tərkibinin və təzyiqinin) adamların səhhəti üçün, bəzi istehsalat prosesləri aparmaq, avadanlıq, məhsul saxlamaq və s. üçün ən əlverişli hədlərinin yaradılması və onların avtomatik olaraq saxlanılması. Havanın kondisiyalaşdırılması sistemlərindən yaşayış (cənub rayonlarında), ictimai, mülki, sənaye binalarında, təyyarə salonlarında, qatar, avtomobil və gəmilərdə, elmi tədqiqat institutlarında, arxiv, muzey, səhiyyə ocaqları, isti şitilliklər və s.-də istifadə edilir. Havanın kondisiyalaşdırılması sistemi, əsasən, havanı tozdan təmizləmə, qızdırma, soyutma, qurutma və nəmləşdirmə, habelə onun parametrlərini avtomatik tənzimləmə, idarə və nəzarət vasitələri ilə təchiz edilir. Havanın kondisiyalaşdırılması üçün kondisioner adlı aqreqatlardan istifadə olunur.
Havanın rütubətliyi
Havanın rütubəti havada olan su buxarının miqdarına deyilir. Su buxarı, əsasən atmosferin aşağı qatlarında cəmlənmişdir. Bütün qazlar kimi onun da təzyiqi var. Havada olan su buxarının limit qiyməti olaraq doymuş buxarın elastikliyi götürülür. Havanın temperaturu nə qədər çox olarsa, onun doymuş halda təzyiqi də bir o qədər çox olar. Məsələn, −20 °C temperaturda o, 1,0mm, +20 °C temperaturda isə 17,5mm təşkil edir. Havanın rütubətliyi mütləq və nisbi rütubət olaraq iki əsas göstərici ilə səciyyələnir. Mütləq rütubət(a) – 1m³ havadakı su buxarının kiloqramla miqdarıdır. Nisbi rütubət(f) – Su buxarının e elastikliyinin doymuş buxarın E elastikliyinə olan nisbətinin faizlə ifadəsidir: f = p / p 0 ∗ 100 % {\displaystyle f=p/p0*100\%} Su buxarının elastikliyi meteoroloji budkadakı quru və yaş termometrlərin göstəricilərinə əsasən Psixrometrik cədvəldən tapılır. Havanın rütubətinin növbəti xarakteristikaları vardır: Su buxarının elastikliyi(e) – verilən temperaturda havadakı su buxarının parsial təzyiqidir.
Havanın temperaturu
Havanın temperaturu - termometr vasitəsilə açıq havada müəyyən edilən temperatur. Havanın temperaturu adətən yer səthindən 2 m hündürlükdə meteoroloji budkada qoyulmuş quru psixrometrik termometr ilə ölçülür. Havanın temperaturu avtomatik olaraq termoqraf vasitəsilə qeyd olunur. Müəyyən vaxt daxilində ən soyuq və ən isti temperaturu bilmək üçün minimal və maksimal termometrlərdən istifadə edilir. Atmosferin yüksək təbəqələrində Havanın temperaturu şarzond, təyyarə və s.
Havanın mütləq rütubətliyi