hemodializ

hemodializ
hemodez
hemodinamika
OBASTAN VİKİ
Hemodializ
Hemodializ — böyrəklərin fəaliyyətinin pozulması nəticəsində bədəndə toplanan artıq maddələrin, azot qalıqlarının və mayenin xaric edilməsi üsuludur. Bu üsul böyrəklərin xroniki xəstəliyi (funksiyaların davamlı, geridönməz və proqressivləşən pozulmaları) zamanı aparılır. Böyrəklərin xroniki xəstəlikləri irsi xəstəliklər, şəkərli diabet, hipertoniya, uroloji patologiyalar, maddələr mübadiləsinin pozulmaları və transplantantın uyğunsuzluğundan sonra baş verir.Hemodializ həftədə 3 dəfə dövri olaraq daim aparılır. Müalicə hər dəfə 3-4 saat davam etməklə, həftədə 12-15 saat aparılır. Hemodializ aparmaq üçün qan damarlarına sərbəst giriş təmin olunmalıdır. Bu məqsədlə kateterdən istifadə olunur.Hemodializ xəstələrinin əksəriyyəti müəyyən qaydalara əməl etməlidir: qida rasionunda kalium, fosfatlar, duzla zəngin qidalar məhdudlaşdırılmalıdır Pəhriz fərdi qaydada dietoloq tərəfindən tərtib edilməlidir Zülalın qəbul miqdarı xəstənin yaşam keyfiyyətini və əfvalını təmin etməlidir Gün ərzində qəbul edilən suyun miqdarı məhdudlaşdırılmalıdır (dializlərarası dövrdə ödemlər, arterial hipertenziya, təngnəfəslik, bəzən boğulma, narahatlıq və s.-nin baş verməməsi üçün) Dializlərarası dövrdə çəkiyə nəzarət edilməlidir (bədənin çəkisi ümumi çəkinin 2-3%-i qədər arta bilər) Hemodializ – xroniki böyrək xəstələr üçün müalicə deyil, yaşam üsuludur!