Hepatozoon sp.
Hepatozoon sp. (lat. Hepatozoon sp. )- Apicomplexa Levine tipinə aid olan növ.
== Xarici quruluşu ==
Hepatozoon sp. Nüvə dairəvidir, bədənin enli tərəfinə yaxın yerləşir, qırmızı və ya çəhrayı rəngə boyanır. Bədənin uzunluğu 27,0–29,5 (orta 28,1±1,8 mkm), eni bədənin enli hissəsində - 2,2–2,9 (orta 2,6 ± 0,4 mkm), nüvənin uzunluğu 5,0–6,0 (orta 5,5±0,6 mkm), eni - 2,3–2,9 (orta 2,6±0,5 mkm). Sitoplazma aşıq bənövşəyi rənglənir. Yoluxmuş eritrosit boyandıqda solğun mavi olur və yumru formadadır, bir az hipertrofikdir, nüvə kənara çəkilmişdir. Trofozoitlər ovaldır, sitoplazma zəif çəhrayı rənglənir.