HEP

1) hamı, bütün, hər şey; hepiniz – siz hamınız; hepsini biliyor o – hər şeyi bilir; 2) həmişə; sen hep geç kalırsın! – sən həmişə gecikirsən
bütün, daima, hamı, həmişə
HENÜZ
HEPSİ
OBASTAN VİKİ
HEP ənənəsi
HEP ənənəsi — Türkiyədə bir-birinin davamı olan bir sıra solçu kürd tərəfdarı siyasi partiyalar. Bu ardıcıllıq Xalqın Əmək Partiyası, yəni HEP ilə başlamışdır. == İdeologiya == HEP ənənəsinin partiyalarının ideologiyaları demək olar ki, eynidir. Onların əsası liberalizm, proqressivizm, solçu populizm, sosial-demokratiya, regionalizm və feminizmdir. İdeologiya kürdlərin və bütün azlıqların bərabər olduğu vahid və sülhsevər Türkiyəni müdafiə edir. == Tənqidi == HEP ənənəsi və onun ideologiyası və məqsədləri bir çox sağçı kürd milliyyətçiləri tərəfindən tənqid edilir. Mehmet Mətinər 2018-ci ildə HEP ənənəsinə istinad edərək PKK və HDP-nin "kürdlərə kafir ideologiyasını yaymağa çalışdığını" bəyan etmişdir. HEP ənənəsi PKK-nin siyasi qanadı olmaqda ittiham edilmişdi və bir çox Türkiyə partiyaları HEP ənənəsi partiyalarının bağlanması cəhdlərini müdafiə etmişdilər.
HEPAR
Haqq və Bərabərlik Partiyası (türk.: Hak ve Eşitlik Partisi) ya da rəsmi qısaltması ilə HEPAR, qurucusu əməkdar əsgər Osman Pamukoğlu olan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Partiyanın simvolu Anadolu qartalıdır. 2011 Türkiyə Parlament Seçkilərindən uğursuz nəticə ilə çıxan partiyanın başçısı Osman Pamukoğlu, 23 İyun 2011 tarixində partiyanı bağlama qərarı aldığını bildirmiş, ancaq 10 İyul 2011 günü baş tutan qurultayda partiyanın bağlanmaması qərara alınmış və partiya fəaliyyətinə davam etmişdir. == Seçkilərdə == Partiya, 10% seçki sərhədi səbəbi ilə 2015-ci ildə seçkiyə müstəqil millət vəkili namizədləri ilə girib məclisdə qrup yaratmağı planlayırdı. Bu səbəbdən ötrü də partiyanın sədri Osman Pamukoğlu vəzifəsindən istefa verərək İstanbul 3-cü seçki bölgəsindən namizəd olaraq səs hədəfinin 400 min olduğunu söyləmişdi. Lakin seçkilərdə heç bir partiya üzvü müvəffəqiyyət əldə edə bilmədi və Türkiyə Böyük Millət Məclisində yer ala bilmədilər.
Hepard
Hepard — pişik cinsinə mənsub məməli heyvan. = Ümumi = Hepardlar (çitalar) qərbi və cənubi Afrika savannalarında yaşayırlar. Bədənindəki xallar, gözündən ağzına və çənəsinə enən qara xətləri var və bu xətlər günəş işığın çəkər, beləcə digər yırtıcılardan fərqli olaraq günün istisində belə rahatlıqla ovlana bilərlər. Həmçinin şuranın xəzi onu otlar arasında kamuflyaj edir. Ən məşhur xüsusiyyəti sürətlə qaçmasıdır. Dünyanın ən sürətli qaçan məməlisidir. Aslanlar kimi sürü şəklində və gizlənərək ovlanmaq yerinə, yüksək sürət avantajı sayəsində ovlanan heyvandır. Sıfırdan 125 km/saat sürətə sadəcə 3.5 saniyəyə çatır.[mənbə göstərin] Hepard kimi sürətli ovçudan heç bir şikar qaçıb canını qurtara bilməzdi, əgər bir mənfi xüsusiyyəti olmasa idi: Hepardlar uzun müddət bu sürətlə qaça bilmirlər. Əgər 500 metrdən artıq qaçarsa bədən temperaturu 46 dərəcəyə qalxır və bu da hepardın beyninə zərər verə bilər. Hepard balalarının ölüm təhlükəsi 90%-dir.
Hepard (cins)
Hepard (lat. Acinonyx) — pişiklər fəsiləsinə aid heyvan cinsi.
Heparin
Heparin (lat. heparinum, yun. ἧπαρ qaraciyər) sinonimläri: lat. Liquaemin, Pularin, Thromboliquin, Vetren və s. insan və heyvan orqanizmin təbii və fizioloji olaraq qanın laxtalanmasının qarşısını alan faktorudu. Fibrinolizin ilə birlikdə heparin orqanizmin qanın laxtalanmasının qarşısını alan fizioloji sistemə daxildir. Heparin birbaşa təsirə malik, bilavasitə qanın laxtalanma faktorlarına (XII, XI, X, IX, VII, II) təsir edən antikoaqulyantdır. O, trombinin sintezinin qarşısını alır, trombositlərin aqreqasiyasının azaldır. Heparinin qanın laxtalanmasının qarşısını alması həm lat. in vivo – orqanizmdə və həm də lat.
Hepatiarius longissimus
Hepatiarius longissimus (lat. Hepatiarius longissimus) — yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Bədəni dartılmış və yastıdır. Bədənin ön tərəfi sormaclar arasında enlidir və güclü əzələ sistemi ilə təchiz edilmişdir. Parazitin uzunluğu 13–16, eni isə 0.8–1 mm-dir. Ağız sormacı 0,156 – 0,180x0,204 – 0,288 mm-dir. Farinksin uzunluğu 0.180 – 0.210 mm, eni isə 0,132 – 0,204 mm. Prefarinks yoxdur. Qida borusu 0,3 – 0.42 mm uzunluqdadır. Geridə qarın sormacı 0,21 – 0,27x0,258 – 0,36 mm diametrindədir.
Hepatiarius sudarikovi
Hepatiarius sudarikovi (lat. Hepatiarius sudarikovi) Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Spiral formasında silindrik bədənə malikdir. Bədənin ön hissəsi sormaclar arasında yastı və enlidir, nəinki bədənin qalan hissəsi. Bədənin bu hissəsi güclü yığılmağa malik əzələlərdən təşkil olunmuşdur. Bədənin uzunluğu 10 - 13 mm, eni isə 0,78 – 1,02 mm -dir. Ağız sormacı qarın sormacından 2 dəfə və daha çox böyükdür, ölçüsü 0,120 – 0,180 mm-dir, eni isə 0,240 – 0,300 mm –ə çatır. Qarın sormacı çox balacadır demək olar ki, öz fiksator funksiyasını itirib. Ölçüsü 0,072 – 0,144x0,096 – 0,156 mm. Fariks 0,204 – 0,207x0,198 – 0,388 mm diametrindədir.
Hepatica nobilis
Hepatica nobilis (lat. Hepatica nobilis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ciyəryarpaq cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemone hepatica L. Hepatica hepatica (L.) H.Karst. Hepatica hepatica var. vulgaris Farw.
Hepatica triloba
Hepatica nobilis (lat. Hepatica nobilis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ciyəryarpaq cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemone hepatica L. Hepatica hepatica (L.) H.Karst. Hepatica hepatica var. vulgaris Farw.
Hepaticopsida
Marchantiophyta (lat. Marchantiophyta) — mamırkimilər şöbəsinə aid bitki sinfi. == Təbii yayılması == == Botaniki təsviri == Ciyərotu sinfi iki yarımsinfi özündə cəmləşdirir: marşansiya (Marchantiidae) və yungermani (Jungermanniidae). Ciyərotu sinfinin nümayəndələrinin qametofit nəsli lövhəcik, tallom və ya gövdəli yarpaqlı formada olur. Tallom dorzoventral quruluşa malikdir, anatomik morfoloji qurluşuşuna görə tallomun üst tərəfi alt tərəfindən fərqlənir. Rizoidləri yalnız birhüceyrəli, müxtəlif quruluşa malik olur. Sinfin nümayəndələrinin sporoqonisi üçün xarakter əlamət onların tək və ya çoxqatlı qutucuq divarının alt hissəsində sporların inkişaf etməsidir. Sporlar tam inkişaf etdikdə sporoqoninin divarları ya qatlanır, ya da çat verir. Beləliklə, sporların yayılmasının aktivliyi təmin edilir. Sporoqonidə sporlardan əlavə sporları yaymağa xidmət edən gərilmiş hüceyrələr elaterlər olur.
Hepatit
Hepatit (yun. ἡπατῖτις yun. ἥπαρ, "qaraciyər") - qaraciyərin iltihabıdır və bir çox səbəbdən meydana gələ bilər. Adətən bu, viral infeksiyanın və ya spirtli içkilərin səbəb olduğu qaraciyərin zədələnməsinin nəticəsidir. Hepatitin bir neçə fərqli növü var. Bəzi növlər heç bir ciddi problem olmadan keçir, digərləri isə uzun müddətli (xroniki) ola bilər və qaraciyərdə çapıqlar (sirroz), qaraciyər funksiyasının itirilməsi və bəzi hallarda qaraciyər xərçənginə səbəb ola bilər. == Əlamətləri == Əzələ və oynaq ağrısı Yüksək temperatur İştahsızlıq Tünd rəngli sidik Solğun, boz rəngli nəcis Qaşınan dəri Gözlərin və dərinin saralması (sarılıq) Ürək bulanması, qusma, ishal Mədə – bağırsaq şikayətləri Qarnın üst bölgəsində ağrı Yorğunluq. Hepatit A-da 38 C yüksək temperaturla yanaşı (influenzadakı kimi) oynaq ağrıları da əmələ gəlir. Temperatur, ümumiyyətlə sarılığın ilk bir neçə günündə normala dönür. Xroniki hepatit, qaraciyərin funksiyaları dayanana qədər (qaraciyər çatışmazlığı) heç bir aşkar simptoma malik olmaya bilər və yalnız qan testləri zamanı aşkar edilə bilər.
Hepatit A
Hepatit A (xalq arasında "sarılıq" deyilir) virusu ən çox çirkli sulardan keçdiyi üçün yay aylarında bu xəstəliyə tutulanların sayında hədsiz dərəcədə artım görünür. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da Hepatit A virusuna yoluxma riski daha çoxdur. Hepatit A xəstəliyinin simptomları: solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsi. == Xəstəlikdən qorunma üsulları == Xəstəlikdən qorunmaq üçün həkimlər tərəfindən uşaqlara peyvəndin olunması tövsiyə edilir. Açıq yerlərdə satılan yeməkləri yeməmək, təmiz su içmək, əlin gigiyenasına xüsusi diqqət etmək başlıca qorunma amillərindən sayılır. Həkimlər bu xəstəliyin ən yaxşı müalicəsinin istirahət etmək olduğunu vurğulayır.Bu xəstəliyin müalicəsi zamanı ən azı 3 həftə yataq rejimində olmaq lazımdır. Bundan əlavə həkim tərəfindən tövsiyə edilən preparatları vaxtlı-vaxtında qəbul etsələr tez zamanda sağalmaq olar. Bu gün Hepatit A xəstəliyindən tam qorunmanın ən təsirli yolu peyvənd edilmədir. Peyvəndin qoruyuculuğu 94 – 100% olub təsirini təxminən 20 il saxlayır. Bu səbəblə cəmiyyətdə, restoranlarda, hərbi hissələrdə, xəstəxanalarda, fabriklərdə, internat məktəblərində, körpələr evləridə, qocalar evinde və başqa təşkilatlarda işlyən bütün mətbəx personalının Hepatit A infeksiyasını daha əvvəl keçirib-keçirmədiyi müəyyən olunulmalı və peyvənd edilməsi uyğun görülənlərin peyvənd edilməsi təmin edilməlidir.
Hepatit B
Hepatit B virusunun əmələ gətidiyi, ilk olaraq qaraciyərdə iltihab və qaraciyər hüceyrələrinin məhviylə müşahidə edilən bir xəstəlikdir. Hepatit B virusu qaraciyərdə yaşayan, yalnız insanlarda xəstəlik törədən DNT tərkibli virusdur. Viruslar xaricində metabolik xəstəliklər, toksik və qaraciyərdə qidlanmanı pozan, dərmanlar, bəzi bakteriyalar, parazitlər və bəzi digər viruslarla inkişaf edən xəstəlik ya da infeksiyalar əsnasında da kəskin virual hepatit inkişaf edə bilər. == Təhlükəsi == Hepatit B infeksiyası bütün dünyada olduqca çox yayılmışdır. Dünyada hər il 50 milyon adam Hepatit B ilə yoluxmaqda və bugünkü ədədlərlə dünya əhalisinin 2/5-si (2 milyard) bu virusla yoluxmuş vəziyyətdədir. Hər il Hepatit B -yə bağlı səbəblərlə 1–2 milyon insan ölür və dünyada 350 milyon insan bu virusun daşıyıcısına çevrilir. == Risk daşıyan qruplar == Hepatit B infeksiyası üçün hər kəs bərabər dərəcədə risk daşımır. Bəzi insanlarda infeksiya daha sıx təsadüf edilər. Hepatit B infeksiyası üçün risk daşıyan qruplar bunlardır: a) Səhiyyə personalı, b) Çox sayda qan köçürmə edilən xəstələr, c) Hemofil və hemodializ xəstələr, d) Hepatit B daşıyan adam ilə eyni evdə yaşayanlar, e) Homoseksual və biseksual kişilər, f) Damar daxili narkotik istifadə edənlər, g) Fərdi gigiyenanın yaxşı olmadığı körpələr evi, yurd və həbsxana kimi yerlərdə yaşayanlar, h) HBsAg müsbət olan anadan doğulan körpələr və b. == Hepatit B-nin yoluxması == Hepatit B infeksiyasına 4 yolla yoluxma mümkündür.
Hepatit C
Hepatit C eyni adla xatırlanan (Hepatit C virusu) virusla bağlı inkişaf edən xəstəlikdir. Xəstəlik uzun müddətə qaraciyəri zədələyir və qaraciyər sirrozunun inkişafına səbəb olur. Virus 1989-cu ildə kəşf edilmişdir. Bilinmədiyi dövrlərdə, hadisələr hepatit A və hepatit B xəstəliklərinə bənzədiyindən bu xəstəlik non A- non B hepatiti (A və B-yə bağlı olmayan) adı ilə xatırlanmaqda idi. == Ümumi məlumat == Hepatit C infeksion xəstəlikdir. Qaraciyəri yoluxdurur və qaraciyər alovlanmasının – hepatitini əmələ gətirir. Əksər hallarda simptomları müşahidə olunmur, ancaq xroniki hepatiti izləmək mümkündür. Xəstəliyin sonrakı gedişi qaraciyərin liflərinin dağılması – qaraciyər sirrozu ilə nəticələnir. Hepatit C virusu (HCV) qan vasitəsilə yayılır. C hepatitinə qarşı heç bir vaksin yoxdur.
Hepatit D
Hepatit D — Viruslu hepatit D (delta, δ), (ing. Hepatitis delta virus, HDV) — hepatit delta virusunun yaratdığı xəstəlik. Hepatit delta virusu ilkin olaraq ağır Hepatit B infeksiyası olan xəstələrdə müşahidə olunur. Hepatit D ilə yoluxma həm hepatit B (koinfeksiya) ilə birlikdə həm də xroniki hepatit B ilə üst-üstə düşə bilər. Hər iki halda xəstələrdə xəstəliyin əlamətləri tək hepatit B olan xəstələrə nisbətən daha qabarıq şəkildə özünü göstərir. Həm hepatit B, həm də hepatit D-yə yoluxmuş xəstələrdə kəskin infeksiya, qaraciyər sirrozunun sürətli inkişafı nəticəsində son mərhələdə qaraciyər xəstəliyinə tutulma ehtimalı daha yüksək olur və xroniki infeksiya halında, hepatoselüler karsinom ehtimalı artır. == Patogeni == Hepatit delta virusu insan və heyvan patogenləri arasında bir sıra ümumi xüsusiyyətlərə malikdir, həm bitki viroidləri, həm də bitki viroidə bənzər satellit RNT-ləri ilə. Bu kiçik RNT tərkibli yoluxucu agent satellik virusdur, çünki o, hüceyrələrdə çoxalması və infeksiyanı inkişaf etdirməsi üçün hüceyrələrin hepatit B virusu ilə yoluxmasını tələb edir (genomunu paketləmək üçün hepatit B zərf zülallarından (S antigenləri) istifadə edir). Delta hepatit virusunun hüceyrə transkriptini tutan primitiv viroid kimi RNT-dən inkişaf etdiyinə dair fərziyyə var. Qanla ötürülən bu patogen qaraciyərdə çoxalır və tez-tez həm primatlarda, həm də primat olmayan məməlilərdə kəskin hepatitə səbəb olur.
Hepatit E
Hepatit E — (HEV) bir virusun yaratdığı qaraciyər xəstəliyi. Hepatit E virusu oral yolla, əsasən çirklənmiş su vasitəsilə ötürülür. Xəstəliyin ağır gedişi demək olar ki, yalnız hamilə qadınlarda müşahidə olunur. Hamiləliyin üçüncü trimestrində xəstəlik ən təhlükəlidir və bu dövrdə ölüm 25% -ə qədər çata bilər. == Etiologiyası == Xəstəliyin törədicisi Hepevirus cinsinə aid olan hepatit E virusudur (HEV). Virus ikosahedron formasına malikdir, üst qabığı yoxdur. Virus hissəciklərin ölçüsü 32–34 nm-dir, genomu təxminən 7,5 kb uzunluğunda tər ipli zəncirli kodlaşdırıcı RNT ilə təmsil olunur. Müxtəlif bölgələrdə — Asiya-Afrika, Meksika və Şimali Amerikada təcrid olunmuş beş HEV genotipi var: genotip 1 və 2 yalnız insanlarda, 3 və 4 zoonotik, insanlarda və isti qanlı heyvanlarda (qaban, maral) aşkar edilir, genotip 7 əsasən dromedarlara təsir göstərir. == Epidemiologiyası == Xəstəlik daha çox ekvatora yaxın inkişaf etməkdə olan ölkələrdə qeydə alınır. İnfeksiya mənbəyi əsasən xəstəliyin ilkin mərhələsində olan xəstə insandır.
Hepatologiya
Hepatologiya – qastroenterologiyanın ayrılmaz bir bölməsi olaraq qaraciyər, mədəaltı vəz və öd kisə-ödçıxarıcı yolların xəstəliklərini, onların müalicəsi və profilaktika yollarını öyrənir.
Hepatorenal Sindrom
Hepatorenal sindrom — ağır qaraciyər xəstələrində böyrək funksiyalarının pozulması və hətta böyrək çatışmazlığı ilə müşayiət olunan patoloji vəziyyət. Bərabər zamanlı meydana gələ bilən karbontetraxlorid zəhərlənməsi, bəzi mikotoksinlərə məruz qalma, ya da Vilson xəstəliyində müşahidə edilən mis toksikliyi kimi vəziyyətlər belə bu zaman kənarda qalır. Ayrıca, irəli dərəcədə qaraciyər çatışmazlığı zamanı ortaya çıxan və kəskin tubulyar nekroz və böyrək çatışmazlığına səbəb olan qan dövranı problemləri belə bu sindroma aid deyil. Qaraciyər çatışmazlığı düzələrsə böyrək funksiyaları da sürətlə əvvəlki halına geri dönür. Bu halın ortaya çıxmasının səbəbi tam olaraq bilinməsə de araşdırmalar, daxili orqanlarda vazodilatasiyanın və sistemik vazokonstruksiyanın böyrəkdə, xüsusilə də korteksdə qan axımında irələ dərəcəda azalmaya yol açdığı göstərilməkdədir. Tipik olaraq bu sindromun başlanğıcında, sidik miqdarında azalma və qan azot məhsullarının və kreatinin miqdarında bir artım müşahidə edilir. Sirozlu xəstələrdə hepatorenal sindrom ehtimalı təqribən 1 ildə 20%, 5 ildə 40%-dir. Hiponatremiya və azotemiya hepatorenal sinromun xarakterizə edir. Sidikdə natrium konsentrasiyası 10 mq/l-dən aşağıdır. Sidik sedimenti normaldır.
Hepatozoon sp.
Hepatozoon sp. (lat. Hepatozoon sp. )- Apicomplexa Levine tipinə aid olan növ. == Xarici quruluşu == Hepatozoon sp. Nüvə dairəvidir, bədənin enli tərəfinə yaxın yerləşir, qırmızı və ya çəhrayı rəngə boyanır. Bədənin uzunluğu 27,0–29,5 (orta 28,1±1,8 mkm), eni bədənin enli hissəsində - 2,2–2,9 (orta 2,6 ± 0,4 mkm), nüvənin uzunluğu 5,0–6,0 (orta 5,5±0,6 mkm), eni - 2,3–2,9 (orta 2,6±0,5 mkm). Sitoplazma aşıq bənövşəyi rənglənir. Yoluxmuş eritrosit boyandıqda solğun mavi olur və yumru formadadır, bir az hipertrofikdir, nüvə kənara çəkilmişdir. Trofozoitlər ovaldır, sitoplazma zəif çəhrayı rənglənir.
Hepbörn sistemi
Hepbörn sistemi (yap. ヘボン式 hebon-şiki, ing. the Hepburn romanization system) — yapon dilinin latın qrafikası ilə transkripsiya edilməsi üçün qaydalar. Sistemi Ceyms Hepbörn 1867-ci ildə çap etdiyi yapon-ingilis lüğəti üçün tərtib edib məşhurlaşdırmışdı. Sonradan bu sistem yenidən baxılıb 修正ヘボン式 Süsey Hebon-şiki adlandırıldı. Bu sistemi həm də 標準式 Hözün-şiki — "standart sistem" adlandırırlar. Hepbörn sistemi bu günə qədər yapon dilinin latinizasiyasının ən məşhur üsuludur. İngilisdillilər üçün bu sistem yapon sözlərinin tələffüzü haqqda maksimal təsvir yaradır. == Hüquqi status == Hepbörn sistemi ingilis dilinin fonologiyası əsasında qurulduğundan Yaponiyada qarşılığlarla qəbul dildi. 21 sentyabr 1937-ci ildə yapon hökuməti kunrey-şiki kimi tanınan sistemdən istifadə etmək tələb edən fərman buraxmışdı.
Hepsi
Hepsi — Türkiyə musiqi qrupu. Qrupda 4 ifaçı var. Eren Bakıcı 1984-cü il mayın 18-də İstanbul şəhərində anadan olub. Memar Sinan Gözəl Sənətlər Universitetinin Dövlət Konservatoriyasının "Balet" fakültəsinin məzunu olub. Elə həmin məktəbdə müasir rəqs təhsili alan Eren Bakıcı Atatürk Mədəniyyət Mərkəzi Uşaq və Gənclik Baletinin sərgilədiyi oyunlarda altı il ərzində müxtəlif rollar oynayıb. Londonda Urdang Dans Akademiyasında və Budapeştdə Rəqs məktəbində təhsil alıb. Rəqs nominasiyaları ilə Çində Türkiyəni təmsil edən Eren reklam üçün kiçik jing-lar səsləndirib. Britney Spears və Michael Jackson kimi dünya ulduzları ilə çalışan Selatin Qara ilə bir aylıq "workshop" çalışmasını gerçəkləşdirib. Qrupun ən cazibədar üzvlərindən olan Cemre Kemer 1985-ci il fevralın 17-də İstanbulda dünyaya gəlib. Memar Sinan Gözəl Sənətlər Universitetinin Dövlət Konservatoriyasının Balet fakültəsini bitirib.
Heptacodium
Heptacodium (lat. Heptacodium) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki cinsi.
Heptacodium miconioides
Heptacodium miconioides (lat. Heptacodium miconioides) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin heptacodium cinsinə aid bitki növü.
Heptan
Heptan və ya normal heptan H3C(CH2)5CH3 və ya (C7H16) — Alkanlar sinfindən doymuş karbohidrogen.
Heptanthus
Heptanthus (lat. Heptanthus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Heptanthus brevipes Griseb. Heptanthus cochlearifolius Griseb. Heptanthus cordifolius Britton Heptanthus lobatus Britton Heptanthus ranunculoides Griseb.
Ketrin Hepbern
Ketrin Hepbern (ing. Katharine Houghton Hepburn; 12 may 1907[…], Hartford – 29 iyun 2003[…], Old-Seybruk[d]) — məşhur ABŞ kinoaktrisası. O, başının dikliyi, canlı xarakteri və açıq sözlülüyü ilə tanınırdı, bu ictimai imajla uyğun gələn bir ekran şəxsiyyəti yaradaraq və daima güclü iradəli, incelikli qadınları canlandıra. Onun işi screwball komediyadan ədəbi dramaya qədər olan müxtəlif janrlarda idi və ona müxtəlif təltiflər qazandırdı, o cümlədən Akademiya Mükafatlarından dördü Ən Yaxşı Aktrisa üçün - bu, hər hansı bir ifaçı üçün rekorddu. 1999-cu ildə Hepburn ən böyük qadın ulduzu kimi klassik Hollivud kinematoqrafiyasında Amerika Film İnstitutu tərəfindən təsis edilmişdir. Bağlı, varlı progressiv valideynlər tərəfindən Konektikutda böyüdü, Hepburn Bryn Mawr Collegeda iken aktrisa kimi çıxış etməyə başladı. Broadwaydəki işinə görə müsbət rəylər onu Hollivuda diqqətinə çəkdi. Kino sahəsindəki ilk illəri ona beynəlxalq şöhrət qazandırdı, o cümlədən üçüncü filmi Morning Glory (1933) üçün Ən Yaxşı Aktrisa üçün Akademiya Mükafatı, lakin buna kommersiya uğursuzluğları sırası ilə izlədi, o cümlədən kritik rəyə görə kassa uğursuzluğu Bringing Up Baby (1938). Hepburn özünün geri dönüşünü təşkil etdi, RKO Radio Pictures ilə müqaviləsini satın aldı və The Philadelphia Story filminin hüquqlarını əldə etdi, şərti ilə o ulduz olmalıdır. Bu komediya filmi kassa uğuruna çatdı və ona üçüncü Akademiya Mükafatı namizədliyi təqdim etdi.

Digər lüğətlərdə