Avropa Milli Hesablar Sistemi
Avropa Milli Hesablar Sistemi (AMHS-1995) — Avropa İttifaqının üzvləri tərəfindən istifadə edilən milli hesablar və regional hesablar sistemi. Bu, ardıcıl, dəqiq və müqayisə edilə bilən statistik məlumatlardan istifadə etməklə üzv ölkələrin iqtisadiyyatının kəmiyyət baxımından ifadəsini təsvir etmək üçün zəruri uçot qaydalarını müəyyən edir.
AMHS-in strukturu sektor hesabları və xərclər-buraxılış olmaqla iki əsas cədvəllər qrupundan ibarətdir. Sektor hesabları institusional sektorlar üzrə iqtisadi prosesin müxtəlif mərhələlərinin sistemli təsvirini təqdim edir. Sektor hesablarına həmçinin hesabat dövrü ərzində aktivlərin, öhdəliklərin və şəxsi kapitalın xalis dəyərinin olub-olmamasını müəyyən etmək üçün aktiv və passiv balansı daxildir. Xərclər-buraxılış cədvəli və sahələr üzrə hesablardır. İstehsal prosesini, məhsul və xidmətlərin hərəkətini daha ətraflı təsvir edir. AMHS həmçinin əhali və məşğulluq anlayışlarını özündə birləşdirir. Bu anlayışlar həm sektor hesabına, həm də xərclər-buraxılış cədvəlinə uyğundur. AMHS illik milli hesablarla məhdudlaşmır, həm də rüblük və regional hesabları əhatə edir.