Elektron Hesablayıcı Maşınlar zavodu
Elektron Hesablayıcı Maşınlar zavodu — Müdafiə Sənayesi Nazirliyinin tabeliyində müəsisə.
== Tarixi ==
Elektron Hesablayıcı Maşınlar zavodu SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli, 944 nömrəli qərarı ilə yaradılmış, tikintisi 1972-1986-cı illərdə aparılmışdır.
1993–2005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir.
2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyindədir.
== Fəaliyət sahələri ==
Elektron Hesablayıcı Maşınlar zavodu yaradıldığı zaman vahid seriyalı (EC-1010-1061) elektron-rəqəm hesablama maşınlarının tərkibinə daxil olan elektron və elektromexaniki qurğuların hazırlanması üzrə ixtisaslaşmışdı.
Elektron Hesablayıcı Maşınlar zavodunun fəaliyyət istiqamətləri aşağıdakılardır:
Elektron aparatların və qurğuların istehsalı
Elektromexaniki və mexaniki qurğuların istehsalı
Elektrik avadanlıqlarının istehsalı
Elektrotexniki qurğuların və su təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı
Lokomotivlərin avtomatik bloklarının istehsalı
Sənaye və məişət cihazlarının istehsalı
Ağac emalı
Texnoloji tərtibatların və alətlərin hazırlanması
== Texnoloji imkanları ==
Elektron Hesablayıcı Maşınlar zavodunun fəaliyyəti aşağıdakı istehsal sahələrindən ibarətdir:
Mexaniki yığma sahəsi:
müxtəlif materiallardan olan detalların mexaniki emalı
dairəvi şlifləmə
qaz mühitində yarımavtomat qaynaqlama
Karkas ştamplama və qaynaqlama:
pressləmə
soyuq ştamplama
arqon-qövs qaynağı
qövs qaynağı
qaz qaynağı
Metalların, alətlərin və tərtibatların termiki emalı
Əlvan metalların, rezin və plastik kütlələrin tökülməsi və emalı
Ağac emalı
Qalvanik emal:
misləmə
kimyəvi oksidləmə
sinkləmə
xromlama
anodlama
passivləşdirmə
Lak-boya ilə örtükləmə.
Alət istehsalı:
ştampların və pres qəliblərinin istehsalı
alət və tərtibatların hazırlanması
Qeyri-standart avadanlıqların hazırlanması
Metroloji nəzarət:
zərbə və rəqsi sınaq parametrlərinin təyin edilməsi
elektrik və radioelektrik ölçmələri
kütlə, qüvvə və təzyiq ölçmələri
sürət, təcil və zaman ölçmələri
iqlim və metroloji sınaqlar.