HİDDƏT

HİDDƏT [Balağa:] Bu məğlubiyyət ona Həmidə pis təsir eləmişdi, hiddətindən bığlarını gəmirirdi (H.Abbaszadə); ACIQ Cəmil .. güləndə acığından Tahirin əlləri titrəməyə başladı (M.Hüseyn); HİKKƏ Bu gülüş, yamanca dəydi hədəfə; Dala da baxmadı o, hikkəsindən (B.Vahabzadə); HİRS Məmməd bəyin qan beyninə vurdu. Hirsindən titrədi.. (Çəmənzəminli); QEYZ Pasi yırğalana-yırğalana qeyz və istehza ilə: “Mən neylamişəm?” – dedi (S.Rəhimov); QƏHƏR Qəndab: Ancaq ayaqlarım getmir, qəhər məni boğurdu (B.Bayramov); QƏHR (köhn.) Mirzə Rza: Əcəba qorxursunuzmu qəhri-ilahidən? (C.Cabbarlı); QƏZƏB ..Həya və qəzəbdən boğular kimi olub söz tapa bilmədim (M.İbrahimov); QIMIR (məh.) Zöhrə xanım dayənin qımırını başa düşüb, başladı Tahir Mirzəni oyatmağa (“Tahir və Zöhrə”); ÖFKƏ (dan.)

HİCRAN
HİDDƏTLƏNDİRMƏK

Значение слова в других словарях