HİDRAVLİKA

(yun. hydraulikos – sulu; hüdor-su+aulos-borucuq) mayelərin hərəkət və müqavimət qanunları və onların bərk cisimlərlə qarşılıqlı əlaqəsi, habelə həmin qanunların mühəndis məsələlərinin həllində tətbiqi üsulları haqqında elm;
HEMOGEN ÇÖKÜNTÜLƏR
HİDRİK SUKSESSİYA
OBASTAN VİKİ
Hidravlika
Hidravlika qədim elm olmaqla, onun inkişafı insanların saya təlabatının ödənilməsi ilə başlanır. Bizim eradan 250 il əvvəl Arximed hidravlikanın əsas qanunlarından sayılan “cisimlərin üzməsi” qanununu vermişdir. Hidravlikaya aid ilk elimi əsər Leonardo da Vinçinin (1452-1519) suyun hərəkəti və ölçülməsi əsəridir. Sonralar bu sahəyə aid əsas işlər Qalileo Qalileyin (1564-1542), Toriçellinin (1608-1647), Blez Paskalın (1623-1642), İsaak Nyutonun (1642-1726) olmuşdur. Mixail Lomonosov (1711-1765) hidrodinamikanın əsası və təbiət qanunlarından ən mühüm sayılan “enerjinin itməməsi” qanununu verib. D. N. Bernullu (1700-1782) Rusiyada 1725-1730-cu illərdə hidrodinamikadan çox mühüm tədqiqat aparmış 1738-də “hidrodinamikanın əsasları” adlı əsər nəşr etdirmiş, 1738-də o, hidrodinamikanın əsas tənliklərindən-maye hərəkətinin tənliyini vermişdir. L. P. Eyler (1707-1783-ci ildə) ideal maye hərəkətinin diferensial tənliyini almış, buna əsasən də hidroməkanın inkişafına təkan vermişdir. == Mayelər haqqında == Mayelər hər tərəfdən sıxlığı olan arasıkəsilməyən mühitdir. O, W-ni saxlamaqla vahid formaya malik olmayan fiziki cisimdir. Maye hissəcikləri arasında əlaqə qüvvəsi, bərk cisimlərə nisbətən çox zəif olduğu üçün maye hissəcikləri axıcılıq xassəsinə malikdir.

Digər lüğətlərdə