Hidrobiontların ekoloji qrupları
Hidrobiontların aşağıdakı ekoloji qrupları vardır:
Plankton -Plankton sözü yunan kəlməsi olub, azərbaycan dilində azmış, su qatlarında üzən mənasındadır. Termin ilk dəfə alman alimi V. Genzen tərəfindən 1887-ci ildə irəli sürülmüşdür. Planktonun mahiyyətini isə V. Rilov və A. Skabiçevski açmışlar. Onlar planktona belə tərif vermişlər: Plankton su qatlarında yaşayan, suyun hərəkətinə müqavimət göstərə bilməyən, zəif hərəkətli canlılar qrupudur. Bu qruplaşmaya bir hüceyrəli yosunlar, infuzorlar, rototorlar, ibtidai xərçənglər, inkişaf mərhələlərində olan molyusk və bığayaq xərçəng süfələri aiddir.
Planktonda yaşayan orqanizimlər ölçülərinə görə meqaplankton, makroplankton, mezoplankton, mikroplankton və nanoplankton qruplarına bölünürlər.
Meqaplankton- ölçüləri 1 metrdən böyük olan orqanizimlərdir. Meduzalar, sifonoforlar buraya aiddir.
Makroplankton- ölçüləri 1 sm-dən 100 sm-ə qədər olan orqanizimlərdir. Meduzalar bu qrupa aid orqanizimlərdir.